Azərbaycanlı qadın Türkiyədə təcavüz edildi, yandırıldı - FOTOİşləmək üçün Türkiyəyə gedən azərbaycanlı qadın təcavüzə məruz qalıb, üzərinə nitrat turşusu tökülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 41 yaşlı, 2 uşaq anası Arzu İsmayılovaya qarşı bu hərəkəti borc pul istədiyi tanışı edib.
Samsun Təhsil və Tədqiqat Xəstəxanasının yanıq mərkəzində müalicə alan A.İsmayılova ona qarşı bu hərəkəti edənin cəzalandırılmasını tələb edib.

A.İsmayılova bildirib ki, 3-4 il əvvəl işləmək üçün Azərbaycandan Samsuna gedib:

“Bir neçə gün əvvəl isə borc pul istədiyim R.P. adlı şəxs mənə təcavüz etmək istədi, ona etiraz edəndə isə nitrat turşusunu üstümə tökdü. Evdən qaçaraq qonşuları çağırdım. Onların köməyilə xəstəxanaya yerləşdirildim. Bu halımla belə o, məni təhdid edir, mesaj yazaraq öldürəcəyini deyir. Mənə köməklik edilməsini istəyirəm. Həmin şəxs tutulmalıdır”.

A.İsmayılovanın vəkili Səməd Çaylan hadisə ilə bağlı hüquqi prosedurların başlandığını bildirib. Məlumata görə, qadının üstünə nitrat turşusu tökən R.P. polis tərəfindən saxlanılıb, ifadə verəndən sonra sərbəst buraxılıb.
Ağdaşda "Mal bazarı"nda kütləvi davaAğdaş rayonundakı "Mal bazarı"nda kütləvi dava olub.

Report-un xəbərinə görə, Ağdaş və Tərtər sakinləri arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə yüngül və ağır xəsarət alanlar olub.

Başından ağır zərbə alaraq yaralanan Ağdaş rayonu, Mürsəl kənd sakini 1976-cı il təvəllüdlü Həmidov Bəhruz Əhmədiyyə oğlu təcili xəstəxanaya çatdırılıb. Onun başına tikiş qoyulub. Yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.
Bərzanini sevən laçınlı məmurdan yeni paylaşım - Fotoİraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev öz “sevgisinin” nümayişində qəti olduğunu bir daha təsdiqləyib.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə Bərzani sevgisini gizlətməyən F.Tanirverdiyev dayanmadan Şimali İraq Kürd Muxtariyyətinin separatçı rəhbərinin fotolarını paylaşır. Maraqlıdır ki, separatizmə açıq dəstək nümayiş etdirən bu şəxslə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı tədbir görüləcəyini bildirsə də, aradan keçən bu müddət ərzində heç bir addım atılmayıb.

Xatırladaq ki, F.Tanirverdiyev hətta dövlətimizi də şantaj etmişdi: “Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.

İcra başçısının rəsmi açıqlamasından sonra görülən tədbirin nədən ibarət olmasını öyrənmək üçün günlərdir etdiyimiz müraciətə də heç bir cavab verilmir. Hətta İcra Hakimiyyətinə etdiyimiz davamlı zənglərimiz də cavabsız qalır. Laçın RİH F.Tanirverdiyev məsələsində açıqlama verməyə maraqlı deyil.

Daha bir qəribə məqam Laçın rayonundan seçilən deputat Mahir Abbaszadənin mövqeyidir. Millət vəkillərinin parlamentdə kəskin reaksiyasından sonra belə separatizmə dəstək verən bu məmurla bağlı Laçının deputatından cavab almaq mümkün deyil. Hər müraciət və göndərdiyimiz yazılı ismarıclara “bir saat müddətində cavab verəcəyini bildirən M.Abbaszadənin “bir saatı” 9 gündür ki, bitmir.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib. O, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Azərbaycan rəsmi olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dünyada baş verən bütün separatizmlərə qarşı olduğunu bildirib. Dövlətin bu siyasi mövqeyindən sonra bir məmurun separatizmə açıq dəstəyi və onunla bağlı hər hansı addımın atılmaması diqqətçəkicidir.

Baş Prokurorluq olayı diqqətə aldığını və araşdırma aparıldığını açıqlasa da, nəticə barədə rəsmi açıqlama verilməyib.
Daha bir qalmaqal: dərslikdə nurçu nağılı - FotoDərsliklərdə dinin təbliğ olunmasına böyük yer ayrılır.

Kult.az xəbər verir ki, bu barədə məlumatı alim Yalçın İslamzadə paylaşıb. O bildirib ki, 4-cü sinif üçün nəzərdə tutulmuş “Həyat bilgisi” (Formativ və Summativ Qiymətləndirmə, “Hədəf Nəşrləri”) kitabında əksini tapan parçanı diqqətə çatdırıb:

“4-cü sinifdə oxuyacaq şagird tətildən qayıdır, ilk materialın mövzusu: Yaşlı qadın hər gün "Allaha şükür", qonşusu da "Allah yoxdur" deyirmiş. Qonşusu ərzaq alır, qapının ağzına qoyur, qadın "Şükür" deyəndə, qonşusu "Hehehe, onları mən almışam” deyir. Qadın da “Uca Allahım! Bu nemətləri sən alıb, xərcini şeytana ödətdirmisən” deyir”.

Yalçın İslamzadə qeyd edib ki, onsuz da dərsliklərdəki “Cırtdan”la “Div” məsəllərindən uşaqlar boğaza yığılıb, amma yenə onun əfsanə olması aşkardır.

“Kitabda zəhməti olan iki elmlər doktoru bu uydurmanı 4-cü sinif şagirdlərinə oxutmanın zərurətini necə əsaslandırır? Bu olmuş rəvayət kimi uydurulan nurçu nağıllarını uşalara təbliğ etməkdə məqsəd nədir? Sonra xaricdə kimsə uğur qazananda həmyerli çıxarmağa çalışırıq. Son dövrdə bir neçə Azərbaycana genetik yaxınlığı olan uşaqların çıxışlarını paylaşıb fəxr ediblər. Burda niyə o uşaqlara imkan yaradılmır? Belə nağıllar uşağın inkişafının hansı istiqamətinə kömək edir?”

Qeyd edək ki, builki orta məktəb dərsliklərindəki ciddi qüsurlarla bağlı tənqidlərin son zamanlar ardı-arası kəsilmir.
Daha bir TV rəhbəri işdən çıxarıldı"ARB Kəpəz" Müstəqil Teleradio Şirkətinin rəhbəri vəzifəzindən azad olunub.

Report-un məlumatına görə, teleşirkətin baş direktoru Fuad Cabbarov işdən çıxarılıb.

Onun səlahiyyətləri baş direktorun müavini Nofəl Dərgahova həvalə edilib.

Məlumata görə, F.Cabbarova şirkətdə başqa vəzifə verilib.
Suriyada “İŞİD”in nüfuzlu sahə komandirləri öldürüldüSuriyada Şimali Qafqazdan olan “İŞİD” komandirləri məhv edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Sözügedən “İŞİD” komandirləri Əbu Ömər əş-Şişani, Alyauddin əş-Şişani və Səlahəddin əş-Şişanidir. Onlar uzun müddət İraqda gizli fəaliyyət göstəriblər.

Rus general-mayor Suriyada “İŞİD”ə qarşı əməliyyatların davam edəcəyini vurğulayıb.
Qadınlar bu kişilərlə seks üçün SİNOV GEDİRLƏR - ARAŞDIRMAAparılan yeni araşdırma döyməli kişiləri sevindirəcək.

Publika.az xəbər verir ki, araşdırmaya görə, qadınlar döyməli kişiləri seks baxımından daha aqressiv və cəlbedici hesab edirlər. Bu da onları qadınların gözündə daha cazibədar edir.

Bir az mürəkkəbin bu qədər təsirli ola biləcəyinə mat qalmamaq əldə deyil...

2500 qadının kişi fotolarına verdiyi reaksiya araşdırılıb. Araşdırma zamanı qadınlardan çılpaq haldakı kişi fotoşəkillərinə baxmalarını və buna qeyd vermələrini istəyiblər.

Bəzi fotoşəkillərə, rəqəmsal olaraq döymələr əlavə edilib.

Nəticələrə görə, döyməli oğlanlar qadınlar tərəfindən daha kişiyə xas, daha aqressiv və dominant görünüb. Onlar döyməli kişiləri döyməsi olmayanlara görə daha sağlam hesab ediblər.

Həm qadınlar, həm də kişilər döyməli insanların seksdə daha yaxşı performans göstərəcəyinə inanırlar.

Ciddi əlaqələr axtaran qadınlar isə döyməli kişiləri ilk sırada görürlər.

Qeyd edək ki, döyməli kişilərin gələcəkdə yaxşı ata olması qadınlarda şübhə yaradıb.
BİABIRÇILIQ: tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq göstərilib - FOTO“10-cu sinifləri üçün tarix dərsliyində “dənizdən dənizə böyük ermənistan”ın xəritəsi verilib”.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Əməkdar jurnalist Azər Həsrət yayıb:

“Təsəvvür belə etmək istəməzdim, amma baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir “Şərq – Qərb” nəşriyyatıdır. Və bəlli olub ki, bu tarix dərsliyində “dənizdən dənizə böyük Ermənistan”ın xəritəsi verilib! Səs-küy qopub, etirazlar başlayıb, nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb! Ola bilər ki, proses hələ başa çatmayıb! Hər yoldan ötənə dərslik yazdırıb hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur! Mövzu diqqətimizdədir.”
BİABIRÇILIQ: tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq göstərilib - FOTO
BİABIRÇILIQ: tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq göstərilib - FOTO
Məşhur müğənnidən efirdə ŞOK AÇIQLAMA: "19 yaşım olanda mənə təcavüz ediblər, bunu hamıdan gizlətmişəm" - VİDEOTürkiyənin məşhur müğənnisi Zərrin Özər efirdə gəncliyində ona təcavüz edildiyini açıqlayıb.

A24.Az xəbər verir ki, Türkiyənin “TV 8” kanalında hər həftə yayımlanan “Bir Hülya Avşar Sohbeti” verlişinin bu həftəki qonaqı məşhur mügənni Zərrin Özər olub.

O, həyatı haqqında şok açıqlamalar verib. “Bu sənətə çox pis başladım. Bir gənc qızın yaşaya biləcəyi ən pis şeyi yaşadım. 19 yaşımda mənə təcavüz etdilər. 20 il ailəmdən bunu gizlətdim. Bu haqda danışmağa utanırdım. İnsanlar gözlərimi görməsin deyə həmişə qara eynəklər taxırdım. Bu yolla insanlardan gizlənirdim”, – deyə müğənni açıqlayıb.

Həmin proqramdan olan görüntüləri təqdim edirik: