Hamamda nişanlısı ilə görüşən oğlandan DƏHŞƏTLİ ƏMƏL - Bakıdakı olayın ŞOK TƏFƏRRÜATIBakıda nişanlısının qətlində və onun bacısına xəsarət yetirməkdə ittiham olunan Nəcəf Məcidovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Nəcəf Məcidovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəcəf Məcidov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nəcəf Məcidov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin olunan hökmün dəyişdirilməsini, ona aşağı həddə cəza təyin edilməsini xahiş edib.

İttihama görə, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.
Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı biçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Nəcəf Məcidov əməliyyat məlumatı əsasında saxlanılıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.

Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub.

Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. İlahə Ağayeva hadisə yerində ölüb, Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

İttihama münasibət bildirən Nəcəf Məcidov özünü təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, cinayət işində bəzi qaranlıq qalan məqamlar var. Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərindəki hamamda görüşüblər: “Həmin vaxt biz hamamda olanda qapını içəridən bağlamışdım. Yazılıb ki, qapı açıq olmayıb, qapını zorla açıblar. Əslində isə belə deyil. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, isti olsun. Həmin gün də qapını içəridən bağlamışdım. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım.

Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Mən də onu vurdum. Həmin vaxt özümdə olmamışam”.

Nəcəf Məcidov qeyd edib ki, son günlər İlahə ilə münasibətləri pozulubmuş: “Ona iradlarımı bildirirdim, əhəmiyyət vermirdi. Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamaqda məqsədim havanın soyuq olması idi. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yarandı. İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum”.
“Faytonçu Nazim”i xəstə salan həkimin əmlakına həbs qoyuldu“Faytonçu Nazim”i əməliyyat edən həkimin və klinikanın əmlaklarına həbs qoyulub. “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın və əməliyyat edən həkim Elman Əzimovun əmlakları üzərinə həbs qoyulub.

Bu barədə APA-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib.

Vəkil bildirib ki, bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətindəki problemlər nəinki azalıb, əksinə daha da kəskinləşib. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Həkim səhlənkarlığı və qeyri-peşəkarlıqla üzləşən müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.
Telefonla sekslə məşğul olan deputat SİRRİNİ AÇDI: "Rəfiqəmlə..." - FOTOUkrayna Ali Radasının deputatı Nadejda Savçenkonun “112 Ukrayna" telekanalına müsahibəsində “telefonla seks” xidmətində işin təfərrüatlarından danışıb.

Publika.az xəbər verir ki, Savçenkonun sözlərinə görə, “telefonla seks” xidmətində iş ona kişilərin xarakterlərini anlamağı və ödəmə qabiliyyəti olanları öyrənməyi öyrədib.

“Sonra asanlıqla hesablaya bilirdim ki, məhz kim belə xidmətlərdən istifadə edir. Çünki bilirdim ki, bu xətlərə necə, hansı vaxta və hansı tariflərlə qoşulurlar”, - Savçenko deyib.

O, əlavə edib ki, həmçinin telefona qoşulma sisteminin iş prinsiplərini anlamağı bacarıb: “Orada anlamaq lazım idi, müştərilərdən kimlərin ödəmə qabiliyyəti var. Bunun üçün bütöv sistem var. Qaçan sətirlər var və sən informasiyanı daim yoxlayırsan. Buna görə də bu iş ilk növbədə diqqəti toplamağı öyrətdi”.

Qeyd edək ki, Savçenko “telefonla seks”in xidmətində işdən ilk dəfə avqustun 2-də danışdı. Onun sözlərinə görə, 21 yaşında bununla məşğul olur və “qəşəng” maaş alırdı.

“Rəfiqəmlə iş axtarırdıq. Qəzetdə elan gördük: “Xoş səsi, istənilən mövzulara danışmaq bacarığı olan qız axtarılır”. Bunun nə iş olduğunu bilmirdim. Göstərilən ünvana gəldik. Orada mənə bir bulvar romanını verdilər və mikrofona seksual səhnəni oxumağımı istədilər. Mən əvvəlcə buna güldüm. Ora gələn qızların çoxu şokda idilər, çox az adam bunu oxuya bilirdi. Öz-özümə dedim: “Sən aktrisasan, sən bunun oxuyacaqsan”, - deputat xatirələrini bölüşüb.

Xatırladaq ki, 36 yaşlı Savçenko “Aydar” batalyonunun tərkibində Donbasda vuruşurdu. O, 2014-cü ilin iyununda Luqansk vilayətindən əsir düşür və Rusiyaya aparılır. 2016-cı ilin martında Rostov vilayət məhkəməsi Savşenkonun Rusiya jurnalistlərinin qətlində iştirakda günahkar tanıyıb və 22 il azadlıqdan məhrum edib. Pilot öz günahını qəbul etməyib. Mayın 25-də isə onu Rusiya hərbçiləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişirlər.

2014-cü ilin oktyabrında “Batkivşina” Partiyasından Ali Radaya seçilib. 13 aprel 2017-ci ildə “Nadejda Savçenkonun İctimai-siyasi platforması” yeni siyasi partiyanı yaradıb.

Ali Rada üzvü 2019-cu ildə prezident seçkilərində iştirak etməyə hazırlaşır.
Erməni diaspor liderinin öldürülmə anı – VİDEO/23+Erməni biznesmen Arsen Papazyanın öldürülmə anının görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, “İzvestiya” qəzetinin yaydığı görüntüdə killerin Papazyanı necə öldürməsi açıq-aşkar nümayiş olunub.

Qeyd edək ki, oktyabrın 5-də Moskvanın mərkəzində Voronej vilayətinin İctimai Palatasının üzvü və “Ani” erməni mədəni-xristian ictimai təşkilatının rəhbəri Arsen Papazyan öldürülüb.

Papazyanın nüfuzlu iş adamı, erməni diaspor təşkilatının aktivi olub və xeyriyyə işlərinə külli miqdarda pul xərclədiyi bildirilir. Papazyanın əslində Voronejdə erməni disaporuna faktiki rəhbərlik etdiyi də qeyd olunur.

O, Ukraynada tikinti sahəsində tenderin qalibi olan müəssisəyə rəhbərlik edib. Rəsmi materiallara görə, “Jozefina” VİP istirahət kompleksi, “Noyev kavçek” və “Qarun” kafesi Papazyana məxsus olub. Həmçinin o, yerli Kikboksinq Federasiyasına da rəhbərlik edib.
24 gündə 300-dən çox insanı ölümdən xilas edən ulaqMyorfi adlı eşşək dünyanın ən cəsarətli ulağı elan edilib.

Avrasiya.net xarici mediaya istinadən xəbər verir ki, bu heyvan yüzlərlə insanı ölümdən xilas etdiyinə görə xilaskar eşşək hesab edilir.

Myorfi bir neçə il əvvəl cəsurluğuna görə Avstraliyanın "Qırmızı Xaç" ordeni ilə də təltif edilib.

Ulaq Birinci Dünya Müharibəsinin gedişində, Dardanel əməliyyatında yaralı əsgərləri daşıyıb. O, bu işi qayalı yarğanlardan keçməklə həyata keçirib. Özü də itki vermədən... Məhz onun sayəsində bütün əsgərlər sağ-salamat səhra hospitalına çatdırılıb.

Myorfiyə 22 yaşlı sanitar-xərəkçi Con Simpson Kirkpatrik xüsusi təlim keçib. O, ulağa su ilə yanaşı, yaralı əsgərləri də səhra hospitalının palatasına daşımağı öyrədib.
Simpson İngiltərədə dünyaya göz açsa da, Avstraliyaya köçüb. 1914-cü ildə Avstraliya ordusunda sıravi əsgər kimi hərbi xidmətə başlayıb.

O, 24 gün ərzində öz ulağı ilə 300-dən çox əsgəri tibb məntəqəsinə daşıyıb. Gənc sanitar öz eşşəyi ilə Avstraliya və Yeni Zelandiya ordu korpusunun xilaskarlıq rəmzinə çevrilib.

Anar Tağıyev
Görkəmli şəxsiyyətlərin xatirə lövhələrini oğurlayan şəxslər tutuldu - FotolarDaxili işlər orqanlarının əməkdaşları Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, nazirliyin ayrı-ayrı strukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Axundov və Hüseyn Abbasov, Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyənləşdirilərək məsuliyyətə cəlb edilib.

Dəstə üzvü olan K. Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyənləşib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Görkəmli şəxsiyyətlərin xatirə lövhələrini oğurlayan şəxslər tutuldu - Fotolar
Görkəmli şəxsiyyətlərin xatirə lövhələrini oğurlayan şəxslər tutuldu - Fotolar
Tərtərdə qəza - Məktəb direktorları ağır yaralandıTərtər rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü il təvvəlüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanlar - İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin drektoru vəzifəsində calışır.
Qusarda 2 dost epilepsiya xəstəsi olan qızı - İçirtdilər, zorladılar... - TƏFƏRRÜATLARQusar rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Ramin Nağıyev və Ramin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ramin Nağıyev 16 avqust 2014-cü il tarixdə, saat 19-da tanışları ilə birlikdə Qusar rayon avtovağzal kompleksinin ərazisində olan kafedə yemək yeyib, spirtli içki içib.

Daha sonra Ramin kafedən çölə çıxıb. Bu zaman Bakı şəhərindən yaşadığı Xaçmaz rayonuna qayıtmaq istədiyi halda səhvən Qusar rayonuna gələn Sahibə Əliyevanın (ad və soyad şərti verilib – Red.) Qusar rayon avtovağzalında polis nəfəri Bəhram Xanbabayevə yaxınlaşıb və gecələmək üçün yer axtarmasını barədə danışıqlarını eşidib.

Təcavüz planı

Sahibənin tək və əraziyə nabələd olduğunu, habelə özünü psixi cəhətdən qeyri-adekvat apardığını, yüngül əqli geriliyini hiss edib, ona qarşı edilən hərəkətlərin mahiyyətini əvvəlcədən planlaşdırıb. Ramin yaranmış vəziyyətdən istifadə edərək onunla cinsi əlaqədə olmaq istəyib.

Bu məqsədlə Ramin avtovağzalın ərazisində Sahibəyə yaxınlaşıb, onu gecələmək üçün yer tapacağı barədə aldadaraq özünün qaldığı evə aparıb. Evdə o, qadını dostu Ramin Xəlilov ilə tanış edib.

Hədə-qorxu, zirzəmidə zorakılıq

Evdə Sahibəni sərxoş hala salıb və tam köməksiz vəziyyətə gətirmək məqsədilə ona spirtli içki qəbul etməyi təklif edib. Bu zaman Sahibə spirtli içki qəbul etməkdən imtina edib. Ramin ona spirtli içki içməyəcəyi təqdirdə onun üçün “pis olacağını” deyib, döyəcəklərilə hədələyib, zorla spirtli içki olan pivəni onun ağzına tökərək içməyə məcbur ediblər.

Zorla cinsi əlaqədə olmaq istəyi

Bundan sonra hər iki dost sahibəni başqa şəxslərin görməməsi üçün evin zirzəmisində gizlədiblər. Ramin Nağıyev onun qaçmaması üçün dostuna onun yanında gözləməsini tapşırıb.

Ramin Xəlilov həmin gün, saat 20:30 radələrində Sahibə ilə zorla cinsi əlaqədə olmağa cəhd göstərib. Amma Sahibə Ramin Xəlilova fiziki müqavimət göstərərək, ona imkan verməyib, qışqıraraq səs-küy salıb.

Ramin Xəlilov səs-küyə kənar şəxslərin gələcəyindən ehtiyat edərək Sahibəni buraxmağa məcbur olub. O, Sahibə ilə cinsi əlaqədə olmayıb və oranı tərk edib.

Yeni plan

Bundan sonra həmin gün saat 21-də Ramin Nağıyev Sahibənin saxlandığı yerə qayıdıb. O, Ramin Xəlilovla birlikdə Sahibə ilə cinsi əlaqədə olmaq barədə əvvəlcədən planlaşdırdıqları niyyətlərini həyata keçirmək məqsədilə axşam, qaranlıq düşdükdən sonra onu kənar şəxslərin, o cümlədən Ramin Nağıyevin həmin evdə yaşayan həyat yoldaşının görməyəcəyi yerə aparmaq barədə qərara gəliblər.

Hava qaraldıqdan sonra, yəni saat 22-də Ramin Nağıyev Ramin Xəlilova Sahibəni başqa yerə aparmasını tapşırıb. Buna görə də Ramin Xəlilov Sahibəni həmin yerdən çıxararaq, başqa bir mənizlə aparıb. O, Sahibəni həmin məzilə salaraq qapını arxadan bağlayıb və mənzilin açarını geri qayıdaraq Ramin Nağıyevə verib.

Yalan vəd və xəstəlik

Ramin Nağıyev saat 22.30-da sərxoş vəziyyətdə həmin mənzilə gəlib. O, çarpayının üstündə Sahibə ilə oturub söhbət edərək, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Sahibə isə buna etiraz edib.

Bundan sonra Ramin Nağıyev Sahibə ilə cinsi əlaqədə olmağa nail olmaq üçün onu aldatmaq qərarına gəlib. O, yalandan Sahibəyə guya subay olduğunu və onunla evlənəcəyini bildirib. Sahibə isə epilepsiya xəstələyindən əziyyət çəkdiyini, özündən getmələri olduğunu, bu səbəbdən də evlənmələrinin mümkünsüzlüyün deyib.

Ramin Nağıyev Sahibəyə onunla cinsi əlaqədə olacağı təqdirdə xəstəliyinin keçib gedəcəyini bildirərək onu yenidən aldatmağa çalışıb. Sahibə yenə də ona etiraz edib, onunla yalnız toyları olandan sonra cinsi əlaqədə olmağa razılıq verəcəyini deyib.

Gecə yarısı zorlama

Bu zaman Ramin Nağıyev Sahibəni aldatmaqla onunla cinsi əlaqədə olmağın mümkün olmayacağını görüb və zor tətbiq etməklə niyyətini gerçəkləşdirmək istəyib. O, Ramin Nağıyev zorla Sahibənin paltarlarını soyundurmağa başlayıb. Sahibə nə qədər ona yalvarsa da, Ramin Nağıyev öz hərəkətlərini dayandırmayıb.

Sahibə Ramin Nağıyevə qışqıracağını deyib. Amma Ramin Nağıyev bir əli ilə onun ağzını tutaraq, qışqıracağı təqdirdə ona “pis olacağını” bildirib, döyəcəyi ilə hədələyib. O, Sahibə ilə zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra saat 24 radələrində Ramin Xəlilov sərxoş halda həmin mənzilə gəlib. O da Sahibə ilə cinsi əlaqədə olmaqla onu zorlayıb.

Bundan sonra Ramin Xəlilov mənzilin qapısını bayır tərəfdən açarla bağlayaraq gedib. Sahibə mənzili tərk etmək istəsə də, giriş qapısı bağlı olduğu üçün mənzildən çıxa bilməyib.

Sahibə epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən Ramin Nağıyevin və Ramin Xəlilovun ona qarşı törətdikləri hərəkətlərdən əsəbiləşərək “qıcolma tutması” vəziyyətinə düşüb, bir müddət otaqda hərəkətsiz qalıb. O, ayıldıqdan sonra yenidən mənzili tərk etməyə çalışsa da, bunu bacarmayıb.

Bağlı qapılar arxasından qadın necə xilas oldu?

Avqustun 17-də, saat 04-də Sahibə mənzilin giriş qapısının bağlı olması səbəbindən oranı tərk edə bilmədiyini görərək, Ramin Nağıyev və Ramin Xəlilov tərəfindən zorlandığı otağın balkonuna açılan qapısından çıxmaqla mənzili tərk etməyə çalışıb. Lakin həmin qapının da bağlı olması səbəbindən mənzilin pəncərəsindən balkona çıxıb və orada səs-küy salmaqla, kənar şəxslərin köməkliyi ilə oranı tərk edə bilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan olunub.

“Evdən qaçdığını dedi”

Məhkəmədə ifadə verən Ramin Nağıyev ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, avqustun 16-da, saat 18 radələrində Qusar rayon, avtovağzalı nəzdindəki “Qaya Bulaq” kafesində tanışları Oktay, Şakir və İsmayıl adlı şəxslərlə yemək yeyib, spirtli içki qəbul edib: “Sonra avtovağzalın girəcəyində Oktyla dayanaraq söhbət edərkən bizdən bir-neçə metr məsafədə olan polis əməkdaşı Bəhram Xanbabayevə bir nəfər qızın yaxınlaşaraq jestlə danışması diqqətimi cəlb etdi. İşarə ilə qızı yanıma çağırdım. Qız mənə evdən qaçdığını, Qusar rayonuna təsadüfən gəldiyini, burada heç kimi tanımadığını, gecə qalmağa yerinin olmadığını dedi.

“Zərərçəkmişlə cinsi əlaqədə olmamışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, qıza köməklik edə biləcəyini və qalmağa yer verəcəyini bildirib: “Yolda Ramin Xəlilova öz mobil telefonumla zəng edərək, bir nəfər qızla gəldiyimi, məni qarşılamasını dedim. “Atlant” mağazasının yanında qızı Ramin Xəlilova təhvil verdim, özüm isə başqa yerə getdim. 10-15 dəqiqə sonra Ramin Xəlilov zəng edərək qızın dəli olduğunu bildirdi. Bir müddət sonra yenə qızın olduğu yerə qayıtdım. Orada masanın üstündə kolbasa, çörək pivə olub. Həmin vaxt və sonra zərərçəkmişlə cinsi əlaqədə olmamışam”.

Ramin Xəlilov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Ramin Nağıyevin ifadəsinə uyğun danışıb.

Amma zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə tamam fərqli danışıb. O, hadisənin təfərrüatını olduğu kimi dilə gətirib və hər iki təqsirləndirilən şəxs tərəfindən zorlandığını deyib.

“Qalmağa yer tapacağını dedi”

Sahibənin sözlərinə görə, uşaq yaşlarında olarkən hər iki valideyni vəfat etdiyindən bibisi Sədiqənin himayəsində yaşayıb: “Epilepsiya xəstəliyndən əziyyət çəkdiyim üçün uzun müddət müalicə olunsam da, yenə də tez-tez qıcolma və özümdən getmə halları olduğundan bibim məni arabir Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasına aparırdı. Xəstəliyimlə əlaqədar evdəkiləri narahat etdiyim üçün bibim məni xəstəxanaya yerləşdirəcəyini demişdi. Buna görə də avqustun 16-da səhər tezdən evdən gizlincə çıxaraq Bakı şəhərinə gəldim. Həmin gün avtovağzaldan Quba yazılan avtobusa minərək geri qayıtdım. Avtobusda yatdığımdan ayılarkən artıq Qusar rayon avtovağzalında olduğumu gördüm. Avtobusdan düşərək avtovağzalda bir nəfər polis əməkdaşına yaxınlaşdım. Ona Qusar rayonuna səhvən gəldiyimi, burada heç kimi tanımadığımı, qalmağa yerimin olmadığını bildirdim. Bu vaxt qalmağa yer axtardığımı öyrənən bir şəxs mənə yaxınlaşdı. O, mənim üçün qalmağa yer tapacağını dedi”.

“Zirzəmidə məni zorlamaq istədi”

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, həmin şəxsin Ramin olduğunu bilib. O, ifadəsində Raminin onu evlərinə aparmasından, sonra da evin qapısını üzünə bağlamasından, təcavüzə məruz qoymasından danışıb. O, qeyd edib ki, Ramin Nağıyevin yanına sonradan Ramin Xəlilov gəlib: “Ramin Nağıyev Ramin Xəlilovu pivə və yemək almağa göndərdi. Ramin Xəlilov pivə və kolbasa alaraq geri qayıtdı. Biz bir yerdə yemək yedik. Bu zaman Ramin Nağıyev və Ramin Xəlilov zorla mənə pivə içirtdi. Sonra Ramin Nağıyev oradan çıxdı, o, Ramin Xəlilova tapşırdı ki, məni zirzəmidə gizlətsin, heç kim görməsin. Ramin Xəlilov məni zirzəmiyə apardı, orada zorlamaq istədi. Onu itələyərək müqavimət göstərdim, qışqırdığımdan məni buraxdı. Sonra Ramin Nağıyev ora gəldi, məni sakit gözləməyimi tapşırdı”.

“Cinsi əlaqədə olandan sonra xəstəliyimin keçəcəyini dedi”

Sahibə qeyd edib ki, axşam saatlarında onu başqa evə aparıblar: “Ramin Nağıyevə qorxduğumu dedim. O isə, məni arxayın salaraq Allahdan qorxduğunu, mənə heç nə etməyəcəyini, bir evdə bacı-qardaş kimi yatacağımızı dedi. Söhbət zamanı Ramin Nağıyev və Ramin Xəlilova evdən qaçdığımı, xəstə olduğumu, hərdən özümdən getdiyimi, ruhi-əsəb dispanserində müalicə olunduğumu və bibimin məni yenə xəstəxanaya aparmaq istədiyi üçün evdən qaçdığımı danışdım. Qaranlıq düşdükdən sonra Ramin Nağıyev Ramin Xəlilova məni heç kimin görməyəcəyi şəraitdə beşmərtəbəli binaya aparmağı, bayırdan görsənməməsi üçün evin işığını yandırmamağı tapşıraraq, özü də bir qədər sonra gələcəyini dedi. Ramin Xəlilov məni apararaq beşmərtəbəli binanın birinci mərtəbəsindəki mənzilə saldı, mənzilin işığını yandırmadı, sonra isə mənzilin qapısını bayır tərəfdən açarla bağlayaraq getdi. Evdə bir müddət tək qaldıqdan sonra Ramin Nağıyev gəldi. O, otağın pərdəsini çəkdi, sonra otaqda olan çarpayının üstündə oturaraq mənə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Mən də ona etiraz etdim. Sonra Ramin Nağıyev subay olduğunu söylədi, mənimlə evlənəcəyinə söz verdi. Mənsə xəstə olduğumu bildirdim. Ramin Nağıyev mənlə cinsi əlaqədə olandan sonra xəstəliyimin keçib gedəcəyini dedi”.

“Zorla mənimlə cinsi əlaqədə oldu”

Zərərçəkmiş qeyd edib ki, Ramin Nağıyev nə qədər onunla cinsi əlaqədə olmağa çalışsa da, o, bu hərəkətlərin ancaq toydan sonra ola biləcəyini deyib: “Bundan sonra Ramin Nağıyev məni zorla soyundurmağa başladı. Nə qədər yalvarsam da, məni buraxmasını xahiş etsəm də, qulaq asmadı. Ramin Nağıyev otaqdakı iki çarpayının arasında olan xalçanın üstünə ağ parça sərdi və məni onun üstünə yıxaraq zorla soyundurdu. Qışqıraraq səs-küy salacağımı dedim. Ramin Nağıyev bir əli ilə ağzımı tutdu və qışqıracağım təqdirdə mənim üçün pis olacağını söylədi. Özü də soyunaraq mənimlə cinsi əlaqədə oldu”.

“Nəfəs ala bilmədim”

Sahibənin sözlərinə görə, Ramin Nağıyev onunla cinsi əlaqədə olandan sonra paltarını geyinib və qapını onun üzünə bağlayaraq gedib: “Bundan sonra paltarlarımı geyinərək mənzildən çıxmaq istədim. Lakin qapı bağlı olduğundan oradan çıxa bilmədim. Daha sonra Ramin Xəlilov gələrək mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Ona da etiraz etdim. Ramin Xəlilova Ramin Nağıyevin mənimlə zorla cinsi əlaqədə olduğunu və mənimlə evlənəcəyinə söz verdiyini dedim. Ramin Xəlilov isə Ramin Nağıyevin evli olduğunu, məni aldatdığını deyərək mənimlə özünün evlənəcəyini bildirdi. Ramin Xəlilov mənimlə zorla cinsi əlaqədə olmaq istədi. O, məni çarpayının üstünə yıxdı. Bu zaman qışqıraraq köməy çağırmağa başladım. Ramin Xəlilov əlilə ağzımı tutdu və məni boğdu, nəfəs ala bilmədim. Sonra Ramin Xəlilov əlini ağzımdan çəkdi, zorla nəfəs aldım. Ramin Xəlilov qışqıracağım halda mənim üçün pis olacağını deyrək, paltarımı soyundurdu, zorla mənimlə cinsi əlaqədə oldu (zərərçəkmiş ifadəsinin bu hissəsində Ramin Xəlilovun onun başına açdığı oyunu çırpaqlığı ilə danışıb. Bu səbəbdən zərərçəkmişin həmin hissədə olan ifadəsini ixtisarla veririk – Red.). Ramin Xəlilovu itələmişəm və mənimlə cinsi əlaqədə olmasına imkan verməməyə çalışmışam, ancaq ona gücüm çatmayıb. Ramin Xəlilov zorla mənimlə cinsi əlaqədə olub”.

“Balkondan yerə tullanmaq istədim”

Zərərçəkmişin ifadəsinə görə, cinsi əlaqədə olandan sonra Ramin Xəlilov paltarlarını geyinib və mənzilin qapısını bağlayaraq gedib: “Mən də paltarlarımı geyindim, mənzilin qapısını açaraq bayıra çıxmaq istədim. Ancaq qapı bağlı olduğundan aça bilmədim. Sonra məni sudurqa tutdu və yerə yıxıldım. Ayıldıqda otaqda tək olduğum və qaranlıq düşdüyünü gördüm. Pəncərədən balkon olduğunu gördüm, balkona çıxmaq istədim. Ancaq balkonun da qapısı bağlı olduğu üçün ora çıxa bilmədim. Buna görə də qapının yanında olan pəncərədən balkona çıxaraq yerə tullanmaq istədim. Aşağıda bir neçə nəfərin olduğunu gördüm, onlardan kömək istədim. Onlar mənə kömək edərək, yerə düşürdülər. Binanın qarşısında olan skamyada oturaraq başıma gələn hadisələri danışdım, Ramin Nağıyev və Ramin Xəlilov tərəfindən təcavüzə məruz qaldığımı bildirdim. Bu zaman ora Ramin Xəlilov gəldi. Ramin Xəlilovu onlara göstərərək, məni zorlayanın birinin həmin şəxs olduğunu dedim. Daha sonra Ramin Nağıyev gəldi. O, mənə yaxınlaşaraq, onunla gəlməyimi istədi. Qışqıraraq Ramin Nağıyevlə getmək istəmədiyimi dedim. Sonra Ramin Nağıyev maşın çağıraraq məni yola saldı. Həmin avtomaşın məni Qusar avtovağzalının yaxınlığına gətirdi”.

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, oradan evlərinə gəlib və baş verənləri bibisinə danışıb. Bibisi hüquq-mühahizə orqanlarına şikayət edəndən sonra hər iki təqsirləndirilən şəxs həbs olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən hökmdən apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti onların şikayətini əsassız hesab edib və təmin edilməməsi barədə qərar verib.

Bu qərardan narazı qalan təqsirləndirilən Ramin Nağıyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət hakim İnqilab Nəsirovun sədrliyilə baş tutan prosesdə araşdırılıb. Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.

Ramin Nağıyevin kasasiya şikayəti təmin edilməyib və ona aid hissədə olan hökm qüvvədə saxlanılıb.

Publika.az
"Beşiktaş"ın prezidenti azərbaycanlı sevgilisini evdən qovdu- FOTOTürkiyənin “Beşiktaş” futbol klubunun prezidenti Fikrət Orman Azərbaycan əsilli sevgilisini evdən qovub.

A24.Az xəbər verir ki, bu barədə Türkiyə mediası mlumat yayıb.

Məlumatlara görə, Fikrət Orman Azərbaycan əsilli modellə qısa müddətli münasibətdən sonra yollarını ayırıb.

Ayrılıqdan sonra Müjdat Kavasla bir kafedə görüntülənən modelin dərin sarsıntı keçirdiyi bildirilir. Çəkilən son fotoda Aleksin Kavasın məsləhətlərinə qulaq asdığı görünür.