Ruslan Hacıyev: “Namizədlərdən hakim partiyanın təmsilçisi Teymur Abazovun şansı daha realdır”

Əlibala Əsgərov: “Əsas şanslı namizədlər Teymur Abazov və Əhməd İmanquliyevdir”


"Yeni Gürcüstan” müxalif partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə öz namizədini təqdim edib. Partiyanın namizədi soydaşımız İmdad Şərifovdur.

Namizədi Marneuli sakinlərinə təqdim edən partiyanın lideri Giorgi Vaşadze deyib ki, təcrübəli və peşəkar gənc olan İ.Şərifov Marneuli əhalisinin problemləri ilə yaxşı tanışdır. O, Marneuli seçicilərini partiyanın namizədini dəstəkləməyə çağırıb. Xatırladaq ki, İmdad Şərifov namizədliyi irəli sürülən ilk azərbaycanlı deyil. Bundan əvvəl hakim "Gürcü Arzusu” partiyası tərəfindən Teymur Abazovun namizədliyi verilib. Seçicilərlə mütəmadi görüş keçirən Teymur Abazov seçkiləri qazanacağı təqdirdə Marneulidə mövcud olan problemlərin həll olunması üçün çalışacağını və gənclərə dəstək olacağını bildirib. Məlumat üçün deyək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. Soydaşlarımızın meriya seçimlərində namizəd olması Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən müsbət qarşılanır. Bəs hansı namizədin şansı daha çoxdur?

Marneulidə azərbaycanlı namizədlərin rəqabəti başlayırMəsələ ilə bağlı "Şərq”ə açıqlama verən Marneulidən majoritar qaydada seçilən deputat, soydaşımız Ruslan Hacıyev seçkidə hər partiyadan namizədin olduğunu deyib. Azərbaycanlı deputat qəzetimizə bildirib ki, namizədlərdən hakim partiyanın təmsilçisi Teymur Abazovun şansı daha realdır:

"Gürcüstan müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq rayonumuza hakim partiya tərəfindən azərbaycanlı namizəd irəli sürülür. Bu, əlbəttə ki, əhali tərəfindən çox xoş qarşılanıb və təqdir olunub. Azərbaycanlı namizədin irəli sürülməsi həm də onu göstərir ki, hakim "Gürcü Arzusu” partiyası demokratik prinsiplərə dəyər verir. Ölkəmizdə demokratiyanın nə dərəcədə ali olduğunu göstərir”.

Marneulidə azərbaycanlı namizədlərin rəqabəti başlayırGürcüstanda yaşayan soydaşımız, "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov isə "Şərq”ə bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə bütün partiyaların namizədi azərbaycanlıdır:

"Marneuli şəhər meriyasına namizəd olan azərbaycanlılar həm hakim, həm də müxalif partiyanın üzvləridir. Partiyalar arasında əsas rəqabət isə "Gürcü Arzusu” ilə "Yeni Gürcüstan” arasında gedir. Yerdə qalan müxalif partiyalardan azərbaycanlı namizədlər olsa da, onların şansı azdır. Əsas şanslı namizədlər Teymur Abazov və Əhməd İmanquliyevdir. Çox güman ki, rəqabət də onlar arasında gedəcək. Seçkilərdə əsas dəstək hakim partiyaya verilir. İkinci böyük dəstək sahibi isə "Avropalı Gürcüstan” partiyasıdır. Əhali arasında bu iki partiyanın sosial bazası böyükdür”.
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı Gürcüstanda regional gender konfransı keçiribAlmaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən Yaxşı Yerli Özünüidarəetməyə Dəstək Proqramı Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində 5-6 oktyabr 2017-ci ildə Gender bərabərliyi mövzusunda Regional Konfrans keçirilib. Konfransın məqsədi yerli özünüidarəetmə orqanlarında – bələdiyyələrdə qadınların rolunu müəyyənləşdirmək, onların diqqətini sosial məsələlərə, qadın və uşaqların problemlərinin həlli məsələlərinə yönəltməkdən ibarətdir. Konfrans bələdiyyə üzvü olan qadınlarin iştirakını gücləndirilməsi üçün instutisional mexanizmlərin və strategiyaların müzakirəsi və mübadiləsi imkanı yaratmışdir. Həmçinin Konfransda beynəlxalq təcrübəyə əsaslanaraq qadın bələdiyyə liderlərinin qarşılaşdığı spesifik problemlər və yerli siyasətdə onların liderlik potensialının gücləndirilməsi üçün müxtəlif strategiyalar konfrans iştirakçıları tərəfindən işçi qruplarında geniş müzakirə aparılmışdır.

Konfransda Almaniya Federativ Respublikasının Gürcüstandakı səfirliyinin Cənubi Qafqazda İnkişaf Tərəfdaşlığı üzrə rəhbəri Daniel Haas və İnsan Hüquqları və Gender Məsələləri üzrə Məsləhətləşmələr təşkilatının experti Marion Böker mərzuzələri dinlənilmişdir. Gender məsələləri üzrə zəngin təcrübəyə malik olan Marion Böker konfrans iştiakçılarına Almaniya təcrübəsində danışıb. Böker Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və BMT-nin 1325 saylı Qətnaməsinin layihələri üzrə Almaniya İnsan Hüquqları İnstitutu üçün ekspert qismində çıxış etmişdir.

Konfransda Cənubi Qafqazdan olan dövlət və qeyri hökümət təşkilatlarının nümayəndələri, millət vəkilləri, bələdiyyə üzvləri və bələdiyyə sədrləri iştirak etmişdirlər.

Hər üç ölkənin QHT təmsilçilərinin mövzuyla əlaqəli geniş məruzələri dinlənilmişdir. Konfransda Azərbaycanı təmsil edən “Qadınlar arasında həmrəylik” İctimai birliyinin sədri Ruhəngiz Hüseynova Azərbaycanda Gender problemlərinin həlli istiqmətində atılan addımlardan danışaraq qanunvericilik bazasına aid edilən məqamlara toxunaraq, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulduğunu bildirib. Bununla yanaşı konfransda Azərbaycan bələdiyyə qadın üzvləri panel diskusiyyalarda əhəmiyyətli tövhələr verərək, ölkənin yerli idarəetmədə gender siyasətinin nailiyyət və perespektivlərinin nümunəvi model kimi təqdim etmişdilər.

İki gün davam edən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin tərkibində olan Azərbaycan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova və Elgün Səfərov, Maliyyə Nazirliyinin yerli büdcələrlə iş sektornun baş məsləhətçisi Elnur Vəliyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı Seymur Nağıyev və bələdiyyə üzvləri və GİZ in program üzrə məsul eksperti Fidan Qasımova iştirak etmişdir.

Belediyye.info
Güc və testosteron: saqqalın 7 müsbət tərəfiSəmanı ulduzlar, qadınları saç düzümü, kişiləri isə saqqal bəzəyir. Saqqal – hər bir kişi üçün “must have” rolunu oynayır.

Saqqal = güc

Gür saqqal kişidə testosteronun lazımı səviyyədə olmasına işarətdir. Bu kişilər sağlamdır, güclüdür və mükəmməl potensiyaya malikdirlər.

Saqqal = davada yardımcı

Üzünüzə zərbə gələ bilər? Saqqal saxlayın: zərbə və alacağınız zədələri yumuşaldır. Üstəlik saqqal ilə daha güclü görkəmə sahib olacaqsınız. Bir çox dələduzlar gür saqqallı kişilərdən çəkinirlər.

Dəbli görkəm

Saqqal saxlayacaqsınız – daha dəbli görkəmə, cazibədar və özünə əmin görkəmə sahib olacaqsınız. Qadınlar da belələrini sevir.

Saqqal = kreativlik

Bir çox proqressiv, kreativ və azadlığı sevən kişilər saqqallı olub və olmaqdadırlar. Misal olaraq: Karl Marks, Ernesto Çe Gevara, Fidel Kastro və sair

Saqqal = isti

Pis hava, soyuq və ya yandırıcı günəş – sizin üzünüz saqqal ilə tam təhlükəsizlikdədir.

Saqqal = çatışmamazlıqların görsənməməsi

Əgər təbiət sizin üzünüzü gözəl yaratmayıbsa, saqqal saxlayın və çatışmamazlıq, defektləri gizlədin.
18 yaşlı oğlan kanalda boğulduNeftçalada gənc oğlan kanalda boğulub.

APA-nın məlumatına görə, 1999-cu il təvəllüdlü Tahirov Baloğlan Telman oğlu rayonun Haqverdili kəndi ərazisindən keçən kanalda boğulub.

Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“Lider” telekanalının rəhbəri ölkədən qaçmayıbƏdalət Əliyev ölkədən qaçmayıb və “Lider” telekanalına rəhbərlik etməkdə davam edir.

Virtualaz.org-un məlumatına görə, bir qədər öncə sosial şəbəkələrdə birdən-birə bir neçə məşhur bloger “Lider” telekanalının rəhbərliyinin dəyişməsi barədə xəbərlər paylaşıblar. Bundan əlavə, Ədalət Əliyevin Azərbaycandan qaçması bildirilirdi.

Bu şayiələr həqiqətə uyğun deyil. Ədalət Əliyev “Lider” telekanalına rəhbərliyini davam etdirir. Bundan savayı, hazırda telekanalda xəbər yayımçılığına keçidlə bağlı irimiqyaslı restrukturizasiya işləri aparılır.
Təhsil Nazirliyi səhvi etiraf etdi - Qalmaqallı dərslik dəyişdirildiXəbər verdiyimiz kimi, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.

"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif "Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb”.

Qurumdan bildirilib ki, X sinif "Всеобщая история” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib:

"Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib”.

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Vüsal Quliyev: QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddurQHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur.

QHT.az xəbər verir ki, bu fikri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Quba rayonunda keçirilən “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfransda bildirib.
V.Quliyev QHT jurnalistikasının inkişafı üçün geniş imkanların mövcud olduğunu, bu sahədə yeni təşəbbüslərin hər zaman dəstəkləndiyini də diqqətə çatdırıb. O, QHT-lərlə bağlı ixtisaslaşmış bir neçə mətbu orqanının olduğunu, onların sayının gələcəkdə artacağına ümid etdiyini vurğulayıb

V.Quliyev qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafında, onların fəaliyyətinin genişlənməsində dövlətin hər zaman maraqlı olduğunu qeyd edib. Məhz bu səbəbdən Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq olunduğunu, bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, hər iki qurumun yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm töhfə olduğunu, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımları demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verdiyini vurğulayıb.

V.Quliyev KİV-lərin Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri olduğunu, onların cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Prezident Administrasiyasının rəsmisi ulu öndər Heydər Əliyevin mətbuatı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi gördüyünü bildirib.
Şura sədrinin müavini cəmiyyətin həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını qeyd edib, ölkədə həmin qurumların təşəbbüsü və dövlətin dəstəyi ilə ictimai əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini vurğulayıb.

Konfransın əhəmiyyətindən danışan V.Quliyev vətəndaş cəmiyyətinin iki aparıcı institutu olan QHT və KİV-lərin əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O, QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumatlandırılması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılıb dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunub. Əlavə edib ki, QHT-lərin fəaliyyəti ilə yaxından tanış olduqca cəmiyyətdə təşəbbüskarlıq daha da artır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatının bütün sahələrində yaxından iştirak etsin, milli maraqların qorunması sahəsində ictimai təsisatların fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

V.Quliyev QHT jurnalistikasının inkişafı üçün geniş imkanların mövcud olduğunu, bu sahədə yeni təşəbbüslərin hər zaman dəstəkləndiyini də diqqətə çatdırıb. O, QHT-lərlə bağlı ixtisaslaşmış bir neçə mətbu orqanının olduğunu, onların sayının gələcəkdə artacağına ümid etdiyini vurğulayıb.
Aslan İsmayılov hakimin paltarını dartıb - Məhkəmədə insidentVəkil Aslan İsmayılovun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası rədd edilib.

Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin icraatında olan bu işlə bağlı qərar rəsmi şəkildə hər iki tərəfə göndərilib.

Qeyd edək ki, hakim Rəşad Əliyev qərarı elan etdikdən sonra A.İsmayılov əsəblərinə hakim ola bilməyib və onu təhqir edib. Hakim ona əhəmiyyət verməyərək zalı tərk etmək istəyən zaman A.İsmayılov onu paltarından tutaraq dartıb. Bu zaman Hafiz Hacıyevin nümayəndəsi araya girib və A.İsmayılovla bir-birini təhqir etməyə başlayıblar. Bundan sonra A.İsmayılov məhkəmə binasını tərk edib.

Lakin axşam 21:00 radələrində hakimin şikayəti əsasında polis Aslan İsmayılovun evinə gəlib və onu Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Gecə gec saatlaradək A.İsmayılovun ifadəsi alınıb. İstisna deyil ki, faktla bağlı cinayət işi açılıb(cnnbaku).
"Milli Şura"nın mitinqində 1200 adam iştirak edib - RƏSMİBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli
Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1 200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Milli Şura mitinq keçirtdi - FOTO Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və başqaları çıxış edib.

Aksiyada bu dəfə sentyabrın 23-dəki aksiyadan daha az üzv iştirak etdiyi müşahidə olunub.

Mitinq insidentsiz başa çatıb.