FETÖ-nün Azərbaycandakı gizli nümayəndəsi həbs edildi - Faruk YıldızFetullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan təmsilçiliyinin quruculuğunda mühüm rol oynadığı bildirilən F.Y. Türkiyəyə girişi zamanı həbs edilib.

Bu barədə "Anadolu" agentliyinə istinadən “Milliyet” xəbər verib.

Məlumatda ad və soyadlarının baş hərfləri qeyd olunmuş şəxsin (F.Y.) FETÖ-nün Azərbaycandakı quruculuğunda mühüm rol oynadığı bildirilib.

Xəbərdə həmçinin barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmiş şəxsin Türkiyə ərazisinə daxil olarkən saxlanıldığı və Ankara Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi qeyd edilib.

"Yeniçag.az" saytının verdiyi məlumatlara görə, yaxalanan şəxs Azərbaycanda fəaliyyət göstərən “Yıldız Elektrik” Şirkətinin sahibi Faruk Yıldızdır.
"... Hərb yolu seçilməlidir" - ALDP sədri
“Danışıqlar “yolu” nə vaxtsa bitməlidir”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaratdığı “münaqişə ocağı”nın söndürülməsi ilə bağlı aparılan müzakirələrdə daha çox “münaqişə beynəlxalq müstəvidə həll olunur”, “problemin həlli böyük dövlətlərin nəzarətinə keçib” və sair kimi fikirlər öndə dayanır. Sizcə bu səbəblər gözləmə mövqeyində dayanmağımıza əsas verə bilərmi?

– Məlumdur ki, bir sıra beynəlxalq təşkilatar, o cümlədən BMT və Avropa Şurası Dağlıq Qarabağın Azərbaycan əraziləri olması ilə bağlı rəsmi sənədlərlə çıxış edib və işğal altında qalan torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələr qəbul olunub. Azərbaycan bu mənada daha çox beynəlxalq hüquqa güvəndi və münaqişənin sülh yolu ilə həll olunmasına üstünlük verdi. Nəticə etibarilə artıq 20 ildən artıqdır ki, danışıqlar aparılır və torpaqlarımız hələ də işğal altında qalır.

Bu gün vəziyyət daha da qəlizləşib və görünən odur ki, beynlxalq hüquq normalarına riayət edilmir. Əksinə, digər coğrafiyalarda da buna bənzər hallar baş verir və regionda marağı olan dövlətlər münaqişənin həllini deyil, daha da uzadılmasında maraqlı görünürlər.

Vaxtilə Gürcüstanın prezidenti Saakaşvili Cənubi Osetiya və Abxaziyanı azad etmək istəyi ilə çıxış edəndə Rusiya hərbi güclə Tiflisə daxil olaraq, bu niyyətinə görə Gürcüstanı növbəti dəfə “cəzalandırmaq” istəmişdi. Göründüyü kimi, regionda ağalıq etmək istəyən Rusiya özünün hegemonluğunu saxlamaq üçün əlindən gələni edir və “dişini” bizə də “qıcayır”. Bu mənada Azərbaycanın da öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi əməliyyatlara başlanması çətinləşib. Eyni zamanda xatırlayırsınızsa, aprel ayında Dağlıq Qarabağda gedən 3 günlük döyüşlərdə də Rusiya kənarda qalmadı və əməliyyat təzyiqlə dayandırıldı. Deyilən həmin fikirlər bu nöqteyi-nəzərdən tez-tez səslənir.

Hesab edirəm ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin qəbulundan dərhal sonra Azərbaycan bundan istifadə edib hərbi addımlarla torpaqlarını işğaldan azad etməli idi. Bu gün doğrudan da vəziyyət çox ciddidir.

“Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da…”

– Siyasi partiyaların, ictimai qurumların kənarda durub beynəlxalq aləmdən “buyruq” gözləməsi nə dərəcədə doğrudur. Sizcə beynəlxalq aləmi məsələyə ədalətli yanaşmaya cəlb etmək üçün siyasi cəmiyyət hansı addımları atmalıdır?

– Biz siyasi partiya olaraq öz yığıncaqlarımızda, görüşlərimizdə qeyd edirik ki, “danışıqlar yolu” bitməlidir. Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da hərb yolu seçilməlidir. Mən bir siyasətçi və müxalfət partiyasının sədri kimi dəfələrlə bu mövqeyimi açıqlamışam.

Bu gün hərb sahəsində də müəyyən neqativ hallardan söz edilsə də hesab edirəm ki, Azərbaycan ordusu çox güclüdür və torpaqlarını azad etməyə qadirdir. Düşmən bunu hiss edir. Məncə bu günlərdə İspaniyada Kataloniya, Şimali İraqda Kürdüsdan dövlətinin yaradılması ilə bağlı referendumlar bizm üçün də həyacan siqnalı olmalı və bundan nəticə çıxararaq ciddi addımlar atılmalıdır.

“Xarici siyasətimiz axsayır, düzgün qərarlar verilmir”

– Fuad bəy, Rusiya Federasiya Şurası artıq qeyd etdiyiniz coğrafiyalarda baş tutan referendumlardan öz mənfəəti üçün yararlanaraq Dağlıq Qarabağ da daxil olmaqla həmin dövlətlərin tanınması fikrini irəli sürüb. Buna fikriniz nə olacaq?

– Rusiyanın dövlət siyasəti daim beynəlxaql hüquqa zidd olaraq aparılıb. Bu gün Rusiya bu referendumları tanısa belə, artıq Avropa ölkələri bunu qəbul etmir. Azərbaycan Rusiyanın bu mövqeyindən ciddi nəticə çıxarmalıdır. Təəssüf ki, bir çox məsələlərdə Azərbaycan Rusiyanın tərəfində olur və Rusiyanın qaldırdığı məsələlərə dəstək verir. Bu da onu göstərir ki, bizdə xarici siyasət axsayır, düzgün qərarlar verilmir. Bunun nəticəsi olaraq Azərbaycan bu gün antidemokratik düşərgədədir və heç bir beynəxalq təşkilat bizi demokratik bir ölkə kimi tanımır. Bu gün daxildə vətəndaşlara qarşı olan təzyiqlər Rusiyanın hakimiyyətə verdiyi dəstəyə söykənərək cərəyan edir.

– Siyasi analitiklər dünyada yaranan böhranı dünyanın yeni xəritəsinin cızılması ilə əlaqələndirirlər və bu, addım-addım insanların şüuruna işlədərək aparılır. Artıq internetdə Dağlıq Qarabağın adı tanınmayan ölkələr kimi siyahıda yer alıb. Buna qarşı hansı reaksiyaların verilməsi labüddür?

– Bu bizim üçün böyük bir təhlükədir. Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam. Ermənilər harada olursa-olsunlar, Azərbaycan regionlarının adını özəlləşdirmək üçün nə gəldi edirlər. Hələ mən 2004-cü ildə Moskvada olarkən rastlaşdığım bir mənzərə ilə bağlı narahatlığımı mətbuata da bildirmişdim. Həmin il ermənilər orada kilsənin bünövrəsini qoyub, qarşısına da “Yeni Naxçıvan” lövhəsini asmışdılar. Mən bu barədə mətbuat konfransı keçirib həyəcan təbili çaldım. Amma reaksiya verən olmadı.

Ermənilər neçə illərdir “Qarabağ bizimdir” deyir və o istiqamətdə işlər görürlər. Bu kimi məsələlərə “cəfəngiyat” deyib keçmək doğru deyil, hansı ki, biz belə edirik. “Erməni qələt edir” deyirik, amma o da öz bildiyini edir. Torpaqların işğalı buna sübutdur.

Əgər internet üzərində Dağlıq Qarabağ “tanınmayan dövlət” kimi göstərilirsə, buna narahat olmaq lazımdır. Ümumiyyətlə, Dağlıq Qarabağın adı Azərbaycanın sərhədləri daxilində, Azərbaycan bölgəsi olaraq göstərilmirsə, bu artıq təhlükədir. Çünki bu, bir neçə ildən sonra dünyada, beynəlxalq aləmdə təbliğ olunacaq və bizim kiməsə nəsə sübut etməyimiz çətin olacaq. Əgər Qarabağın dövlətlər siyahısında adı çəkilirsə, onun nə vaxtsa tanınması məsələsi qaldırıla bilər. Aidiyyatı qurumlar bununla bağı öz sözlərini deməlidir.

Amma arzu edək ki, güclü dövlətlər özlərində iradə tapıb bu məsələdə bizi dəstəkləyəcəklər. Digər tərəfdən, burda müsəlman-xristian məsələsi var. Artıq bizim üçün çox böyük problem yaranıb.

“İqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və…”

– Bütün hallarda müxalifət siyasi düşərgə bütün problemləri kənara qoyub, məhz Dağlıq Qarabağın işğalı ilə bağlı beynəlxalq münasibətə təsir etmək amacı ilə bir araya gələ bilməzdimi?

– Biz müxalifət olaraq il ərzində Qarabağla bağlı Forumlar keçiririk. Amma bu gün bu məsələdə təkcə müxalifət yox, hər kəs aktiv olmalıdır. Düşünürəm ki, iqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və Qarabağın işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatlara ciddi mesajlar verməli, dünyanı silkələyən tədbirlər keçirməlidir. Bu məsələdə artıq iqtidarla müxalifət partiya mövqelərini kənara qoyub bir araya gəməli, fikirlər bir nöqtəyə cəmlənməli, güc bir nöqtəyə yığılmalıdır. Xalq, millət olaraq bu məsələni həll edə bilərik. Səhv etmirəmsə Heydər Əliyev 2002-ci ildə bütün müxalifət partiyalarını bir araya gətirmişdi. Bu çox yaxşı göstərici idi. Amma təəsüf ki, sonra bu görüşlər davam etdirilmədi. Biz iqtidarlı-müxalifətli bir yerdə olsaq beynəlxalq aləm gücümüzü anlayar.
Qadın özünü asdı - GoranboydaGoranboy rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Zeynallı kəndində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, təxminən 30 yaşlarında qadın özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.
Qadın onunla zorla intim əlaqədə olan ərini polisə verdi: məlum oldu ki... - FOTOAdanada narkotik maddə asılısı olan 29 yaşlı Bilal G. 1 yaşlı oğlu H.G.-nin əlində siqaret söndürüb, onu döydüyü, arvadı Ö.G.-ya isə təcavüz etdiyi iddiası ilə saxlanılıb.

Milli.az xəbər verir ki, Bilal G. 6 il öncə Ö.G. ilə evlənib yaşları 1-5 arasında dəyişən 4 uşaq sahibi olub. İddiaya görə, narkoman olan Bilal G. tez-tez həyat yoldaşı və uşaqlarına işgəncə verib. Oğlu H.G.-ni döyüb, vücudunda siqaret söndürdüyü deyilən Bilal G.-nin hərəkətlərindən cana yığılan ana Ö.G. polisə şikayət edib.

ZORLA İNTİM ƏLAQƏDƏ OLUR

Polis bölməsində ifadə verən Ö.G.: "6 illik ərim uşaqlarımın yanında narkotik maddələr qəbul edir, uşaqlarımı və məni döyür. Oğlum H.G.-nin əlində siqaret söndürdü. Yanıq və zərbə izləri uşağımın bədənində açıq-aydın görünür. Uşağımı başqasına vermək istəyir. Mən etiraz edəndə də oğluma işgəncə verir. Bundan başqa mənlə zorla intim əlaqədə olur, istəməsəm belə bunu edir", - deyib.

Polislər Ö.G. və 4 uşağını tibbi müayinədən keçirərək sığınacağa yerləşdiriblər. Saxlanılaraq bölməyə gətirilən Bilal G.-nin isə barəsindəki iddiaları rədd etdiyi məlum olub.
Yəhudilər nə üçün ağıllı və uzunömürlü olurlar? - İNANMAYACAQSINIZBalıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.

Tanexe, Talmud və Kabbala - yəhudi mistikasında balığa müxtəlif aspektlərdən baxılır və bizim müzakirə çərçivəmizdən kənara çıxırlar. Bu yazıda biz balığa yalnız kulinariya obyekti kimi baxmışıq.

Publika.az xarici mətbuata istinadən oxucuları balığın faydalı tərəflərilə də tanış edib.

Biz sağlam olmaq üçün qidalar vasitəsilə zülallar, yağlar, karbohidratlar, mineral və bioloji aktiv maddələr, o cümlədən vitaminlər qəbul etməliyik. Balıq isə C vitamini və karbohidratlar istisna olmaqla, bütün bu maddələrin ən yaxşı mənbəyidir.

Zülallar bütün orqanizmin əsasını təşkil edən, həmçinin maddələr mübadiləsi və tənzimləmə funksiyalarına görə cavab verən vacib elementdir. Qana hemoqlobin və oksigeni mürəkkəb zülallar daşıyır. Fermentlər və bəzi hormonlar (məsələn, insulin) da - zülallardır. Zülallar orqanizmi qoruyur və bir çox digər funksiyaları yerinə yetirir. Və nəhayət, zülal orqanizm enerji mənbəyi kimi istifadə oluna bilər. 1 qram zülal oksidləşmədə 4.1 kalori yaradır.

Zülallarda amin turşuları da var. Kimyaçılara çox sayda amin turşuları məlumdur, lakin onlardan yalnız 20-si zülalların tərkibinə daxildir. Canlı orqanizmlərdə amin turşuları zülalların və digər bioloji mühüm birləşmələrin biosintezində istifadə edilir. Bakteriyalar və bitkilər bütün lazım olan amin turşuları bəsit maddələrdən sintez etmək qabiliyyətinə malikdir. Lakin bir sıra canlı orqanizmlərdə və insanda amin turşuları sintez oluna bilmir, ona görə də onlar orqanizmə qida ilə daxil olmalıdır. Onlar əvəz oluna bilməyən amin turşular adlanır. Odur ki, balıq əvəzolunmaz amin turşuları və zülallarının əsas mənbəyidir.

Yağların miqdarı isə 0,4%-dən 29%-ə qədər (ağ, qızıl balıq, qütb siyənəyi) çatır. Balıq yağı yarımduru olub, çoxlu miqdarda doymamış yağ turşularından təşkil edilir. Bu turşular oksigenlə asanlıqla oksidləşirlər, odur ki, balıq ətini saxladıqda o iylənir və dadı korlanır.

Balıqda olan doymamış - Omeqa 3 yağ turşuları qiymətlidir. Və amin turşuları kimi yağ turşuları əvəzolunmaz olur, yəni onları bizim orqanizm sintez edə bilməz, qida ilə almalıdır. Balıq isə doymamış və əvəzolunmaz yağ turşularıyla, eləcə də yağda həll olan vitaminlərlə zəngindir.

Yəhudilər niyə uzunömürlü olur?

Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Tədqiqatçılar Omeqa 3 yağ turşularının hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirib.
Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları mütəmadi şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: Yaşlanma prosesini gecikdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir və qırışıqlıqları azaldır.

Məhz buna görə də alimlər həftəlik qida rasionunda balıq rolunun mühüm olduğunu bildirərək xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoyub. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verin.

Yəhudilərin ağıllı olmasının balıqla nə əlaqəsi var?

Son illərdə diyetoloqlar və həkimlər doymamış yağ turşuları – Omeqa 3-ün möcüzəli xüsusiyyətlərini tez-tez aydınlaşdırır. Elmi araşdırmalar göstərir ki, bu əvəzolunmaz yağbturşuları beyinin işini normallaşdırırlar və inkişaf etdirir, ürək-damar sisteminə profilaktik və müalicəvi təsir göstərir, altsheymer xəstəliyi, hipertoniya, ateroskleroz, şəkər xəstəliyi, revmatizm və podaqra kimi dəri xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.
Bəzi tədqiqatlar da göstərir ki, omeqa 3 gənclər arasında aqressivliyi və depressiyanı azaldır, disleksiya (beyin qabığının zədələnməsi nəticəsində oxumaq qabiliyyətinin itməsidir) xəstələrinə kömək edir.

Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı daha yaxşı inkişaf edir. Həftədə ən az 3 dəfə balıq yedikdə ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya, depressiya kimi xəstəliklər az müşahidə edilir.

Balıq yeməyi sevən yəhudilərin ağıllı olmasının bir səbəbi budur. Onlar çox gözəl bilir ki, balıq uşaqların beyin inkişafı üçün vacib məhsuldur. Ümumiyyətlə, balığın faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Yeri gəlmişkən, İsraildə balıqların istifadə müddətinə, keyfiyyətinə xüsusi nəzarət edilir.

Tərkibindəki B1 və B2 vitaminləri 0,05-0,1 mq%, PP vitamini isə 1-5 mq%-ə çatır. Yağlı balıqların toxumalarında A və D vitaminləri də olur. Dəniz balıqlarının qaraciyərindən alınan yağlarda isə bu vitaminlər daha çox olur. Belə balıqların ətində mikroelementlər, yod çoxdur. Məhz bu amil insanın daha uzun yaşamasına yardım edir.

O tez xarab olan yeyinti məhsullarına aiddir. Balıq hətta ətdən də tez xarab olur. Odur ki, balığı tutduqdan sonra onu -2-3°-yə kimi tez soyutmaq lazımdır.
Məlumat üçün bildirək ki, balığın faydaları və onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilib. Quranda dəniz məhsullarını "Təzə ət yeməyiniz üçün dənizi də sizə ram edən Odur..." ("Nəhl" surəsi, 14), "Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi..." ("Maidə" surəsi, 96) ayələri ilə xəbər verir.

Bundan əlavə, "Kəhf" surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə həzrəti Musanın və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götürdüyü qeyd edilib.
Məşhur aparıcı ATV-nin vitse-prezidenti təyin edildi – FOTOAzad Azərbaycan telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub.

Primetime.az-ın əldə etdiyi məlumata görə, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyyə Ələkbərqızı yerinə yetirəcək. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayır.

Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyyə Ələkbərqızı bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzivəsinə təyin edilmişdi. Məlumat üçün bildirək ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. Xəbəri təsdiq etmək üçün Lamiyyə xanımla əlaqə saxlasaq da o, məlum nömrələrinə cavab vermədi.
Marneulinin kəndində GAK-ın görüşü keçirilib - FOTOLARMarneuli rayonunun Xutor Lejbədin kəndində Gurcüstan Azərbaycanlıları Konqresinin görüşü keçrilib.

Avrasiya.net xəbər verir ki, görüşdə GAK-in sədri Huseyn Yusubov, Kürtlər ərazi vahidinin əməktaşı Alman Binnətov, Kürtlər kənd ərazi vahidliyindən Marneuli bəldiyyə deputatlığna namizəd Omar İrişov iştirak ediblər.

Gorüşdə kənd əhalisinin problemləri və qayğıları haqda söhbət edilib. Bələdiyyə nümayəndələrinə görüşə qatıldiqlarına görə və mövcud problemlərin həllinə söz verdiklərinə görə minnətdarlıq bildirilib.
Marneulinin kəndində GAK-ın görüşü keçirilib - FOTOLAR
Bakıda daha bir məşhurun barelyefini oğurlamaq istədilərBakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində mərhum tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Zamanovun yaşadığı binanın üzərindəki barelyefinin oğurlanmasına cəhd edilib.

“Report”un xəbərinə görə, ərazidə yaşayan sakinlərin müdaxiləsindən sonra barelyefi oğurlamaq istəyən naməlum şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, A.Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin Səbail rayonu ərazisində yerləşən barelyefi naməlum şəraitdə yoxa çıxıb.
"Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur"Televiziyaların tərkibində akademiyalar yaradılması vacibdir.

Bu sözləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunması və inkişafında KİV-in rolu” mövzusunda bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransdakı çıxışında deyib.

"AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu, Türkiyə əleyhinə məsələ kimi qabardıldı, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur".
İsgəndər Cavadovun oğlu saxlanıldı - Avtoxuliqanlıq edib +FotoSabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadov yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.

Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdən sonra sərbəst buraxılıb.