Azərbaycan - Çexiya: 1-2DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyunu başa çatıb.

Komandalar oyuna aşağıdakı heyətlə çıxıblar:

Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev

Çexiya: 23. Jiri Pavlenka, 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak

Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik, 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak

Oyunun birinci hissəsi Çexiya milli yığma komandasının 1:0 üstünlüyü ilə başa çatıb. Rəqib komandadan topu 35-ci dəqiqədə Yan Kopiç millilərimizin qapısından keçirib.

Oyunun 2-ci hissəsində millilərimiz hesabı bərabərləşdirməyə müvəffəq olublar. Oyunun 55-ci dəqiqədə Ərfan İsmayılov penaltidən topu qonaqların qapısından keçirib: 1-1

66-cı dəqiqədə isə qonaqlar yenidən önə keçib. Antonin Barak baş zərbəsi ilə qol vurub: 1-2

Təəssüf ki, oyun elə bu hesabla başa çatıb. Məğlubiyyətdən sonra Azərbaycan milli yığma komandası 10 xalla turnir cədvələinin 4-cü pilləsində qərarlaşıb. Çexiya milliləri 12 xalla 3-cü pilləyə qalxıblar.

Qrupun şəriksiz lideri isə 24 xalla Almaniya yığma komandasıdır. Onu 19 xalla Şimali İrlandiya yığması izləyir. Hər iki komanda bu gün Bakı vaxtı ilə 22:45-də Belfastda üz-üzə gələcəklər.
Rusiyada dəhşət - 40 yaşlı şəxs tanışını öldürüb yediTatarıstanda şizofreniyadan əziyyət çəkən şəxs tanışını öldürdükdən sonra onun bədəninin bir hissəsini yeyib.

"Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 5-də Aksubayev rayonunun Yeni İlderyakovo kəndində 53 yaşlı kişi meyiti tapılıb: "Meyitin boyun və qarın nahiyələrində kəsilmiş yara izləri müəyyən edilib. Şizofreniyadan əziyyət çəkən 40 yaşlı yerli sakin cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb. O, cinayəti törətdiyini etiraf edib”.

Qeyd edək ki, saxlanılan şəxs polisə hadisə barədə özü məlumat verib.
Moskvada erməni biznesmen güllələndiMoskvada erməni biznesmen güllələnib.

Hadisə bu gün yerli vaxtla saat 15:30-da baş verib.

Naməlum şəxs Voronejdə fəaliyyət göstərən erməni diaspor təşkilatının sədri Arsen Papazyana odlu silahdan bir neçə dəfə atəş açıb. A. Papazyan xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. (apa)
Mehriban Əliyeva Ramanada Qubadlı rayon orta məktəbinin yeni binasında olubAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəbin binasında yaradılan şərait barədə Mehriban xanım Əliyevaya məlumat verib.

Qeyd edilib ki, bu təhsil müəssisəsi 2017-2018-ci tədris ilində istifadəyə verilib. Təhsil ocağı 2000-ci ildən vaqonlarda fəaliyyət göstərirdi. Məktəbin binasının inşasına bu il başlanılıb və dörd ay ərzində tikilib istifadəyə verilib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.

Mehriban xanım Əliyeva məktəbdə təhsil alan birinci sinif şagirdləri ilə söhbət edib, onların dərsləri ilə maraqlanıb. Uşaqlar məktəbdə tədris üçün bütün şəraitin mövcud olduğunu söyləyiblər və yaxşı oxuyacaqlarına söz veriblər. Ən müasir avadanlıqla təchiz edilən binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə şagirdlər birinci sinifdən doqquzuncu sinfə qədər təhsil alırlar. Kabinetlərin və laboratoriyaların hamısı lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin edilib.

İnformatika otağında şagirdlərin kompüter bacarıqları ilə maraqlanan Azərbaycanın Birinci vitse-prezidenti onlara uğurlar arzulayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva yüksək balla ali məktəblərə daxil olan Qubadlı rayonunun şagirdlərinin fotolarından ibarət stendə baxıb.

Təhsil müəssisəsində son 10 ildə bu rayondan olan məcburi köçkünlər üçün tikilmiş yeni məktəb binalarını əks etdirən fotostend də qoyulub.

Azərbaycanın Birinci vitse-prezidenti dövlət başçısı İlham Əliyevin Qubadlı rayonundan olan idmançılarla görüşünə həsr edilən fotostendlə də tanış olub.

Mehriban xanım Əliyeva Qubadlıdan olan idmançıların məşqini izləyib.

Məktəbin kollektivi ilə görüşən Mehriban Əliyeva tədris ocağının yeni binasının istifadəyə verilməsi və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıb.

“Məktəb illəri hər bir insanın həyatında silinməz iz qoyur. Sizin peşəniz olduqca vacibdir”, - deyən Birinci vitse-prezident təhsil müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
Fərhad Əliyev Sumqayıt Texnologiyalar Parkının rəhbərliyinə gətirildiAzərbaycanın sabiq iqtidasi inkişaf naziri Fərhad Əliyev müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının (STB) rəhbərliyinə gətirilib.

"Ölkə.Az"ın məlumatına görə, Fərhad Əliyev STB-də görülməsi nəzərdə tutulan bütün işləri tezliklə başa çatdırmağı öz üzərinə götürüb.

Əldə etdiyimiz digər məlumata görə, bu ilin martında Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində edilən kadr dəyişikliyi də Fərhad Əliyevin istəyi ilə olub.
Bu dəyişiklikdən sonra Fərhad Əliyevin “adamı” kimi tanınan Emin Məmmədov “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor təyin edilib.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-dən verilən məlumata görə, hazırda sözügedən şirkətdə işlər daha da sürətlənib.
Bir qrup deputatın "Hürriyyət" qəzetinə qarşı şikayətinə baxılıbBu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Avrasiya.net xəbər verir ki, iclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikasının Milli Məclisinin bir qrup deputatının "Hürriyyət" qəzetinə qarşı şikayəti olub. Bildirilib ki, cavabdeh tərəf satirik təqdimatın yol verilən hədlərini aşıb. Bu isə haqlı narazılıq yaradıb. Hər bir kütləvi informasiya vasitəsi mövcud səpkili material təqdim edərkən diqqətli olmalı, onun ictimai rəydə doğuracağı reaksiyanı mütləq şəkildə hesablamalıdır. "Hürriyyət" qəzetinin isə bu məqama diqqətsiz yanaşdığını, müvafiq olaraq peşə prinsiplərini pozduğunu söyləmək üçün əsaslar var. Buna görə də komissiya qəzetə xəbərdarlıq edilməsi barədə rəyə gəlib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun "Rubrika.az", "Cumhuriyyet.az" və "Qlobal.az" saytlarına qarşı şikayəti ilə bağlı bildirilib ki, "Rubrika.az" saytında ADPU ilə bağlı yayımlanmış, "Cumhuriyyet.az" və "Qlobal.az" saytlarında faktiki olaraq təkrarlanmış materialda qarşı tərəfin mövqeyi öyrənilməyib, yalnış rəy yaradılıb. Buna görə də "Rubrika.az" saytına xəbərdarlıq edilib, "Cumhuriyyet.az" və "Qlobal.az" saytlarına isə istinad materialını təqdim edərkən diqqətli yanaşmaq, gələcəkdə belə yanlışlıqlara yol verməmək tövsiyə olunub.

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin "Qanunxeber.az" saytına qarşı şikayəti olub. Şikayətçi tərəfin təmsilçisinin iştirak etdiyi toplantıda bildirilib ki, komissiya üzvlərinin cavabdeh kimi göstərilən saytla ilkin müzakirə cəhdləri uğursuz alınıb. Belə ki "Qanunxeber.az"da göstərilən telefon nömrələri fəaliyyətdə deyil, doğru ünvan da yoxdur. Bu isə kütləvi informasiya vasitəsi kimi nəzərdə tutulan qanuni fəaliyyətlə uyğunsuzluq təşkil edir. Məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi üçün əsaslar da var. Komissiya bütün bunları nəzərə alaraq "Qanunxeber.az" saytı ilə bağlı materialların Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın "obyektiv.org", "azertaym.az", "cumhuriyyet.az" saytlarına qarşı şikayətinin müzakirəsində bildirilib ki, cavabdeh tərəflərin dəqiqləşdirilməmiş bilgiləri qabartdıqları üçün yanlışlıqlarını etiraf etmələri vacib şərtdir. Komissiya bunu əsas götürüb, eyni zamanda sözügedən saytlara gələcəkdə belə hallara yol verməməyi tövsiyəsi edib.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin "Ulu zirvə", Sumqayıt şəhər sakini Cümşüdov Mahir Fehruz oğlunun "Dərələyəz" qəzetlərinə qarşı şikayətləri müzakirə edilərkən müraciət müəlliflərinin iddialarında doğru olmadıqlarına dair rəy çıxarılıb.
Bacısını zorladığı üçün atasını öldürən gənc bıçaqlandı - VİDEOŞirvanda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 5-də axşam saatlarında şəhərin Fariz Eynullayev küçəsində qeydə alınıb.

Hacıqabul rayonunda məskunlaşan Füzuli rayonunun Mahmudlu-1 kənd sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsrət Sabir oğlu Şahverənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağciyərin bıçaq yarası xəsarəti ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Həsrət Şahverənov 2009-cu il martın 26-da ailə münaqişəsi zəminində atası Sabir Şahverənovu kəndirlə boğaraq qətlə yetirib. 19 Oktyabr 2009-cu ildə H.Şahverənov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

H.Şahverənov məhkəmədə bildirib ki, atası daim onu, bacısını, qardaşını və anasını döyür, incidir, onlara olmazın əzablar verirdi. Bacısı 15 yaşında olarkən atası tərəfindən zorlanıb. Sonuncu dəfə evə dönən atası bacısını və qardaşını təhqir edib. Bütün bunlara dözməyən Həsrət ailə üzvlərinin gözü önündə atasını kəndirlə boğaraq qətlə yetirib. Atalarının öldürülməsini hamıdan gizlədən ailə üzvləri onun təzyiqdən öldüyünü bildiriblər və meyiti adət-ənənəyə uyğun dəfn ediblər. Məhkəmədə ifadə verən Sabir Şahverənovun bacısı T.Zeynalova bildirib ki, qardaşı Sabir törətdiyi əməllərin aqibətini yaşayıb. O da öz atasını öldürmüşdü.
Reket qadın redaktorun əməlləri - İmamın, generalın, məmurların adından sui-istifadəBakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşı SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən, özünü"Ata yolu” qəzetinin baş redaktoru kimi təqdim edən Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib.

İttihama görə, S.Nəsirova daha iki nəfərlə birgə işləyib. Belə ki, Elçin Əsədovu yüksək vəzifəli məmurun yaxın qohumu, Vüsal Məhərrəmovu isə "SOCAR”ın kadrlar idarəsinin əməkdaşı kimi təqdim ediblər. Onlar 30-a yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyiblər.

S.Nəsirova2016-cı il sentyabrında Gəncədə "İmamzada” məscidinin imamı Rauf Axundovla tanış olub, sonra Bakıya gələrək onun qaynı, məcburi köçkün Ramiz Quliyevi ev növbəsində irəli çəkmək üçün vəd verib. "Qorotdel”in rəisi general Mirqafar Seyidovu qohumu kimi tanıdan S.Nəsirova bu işə generalın kömək edəcəyini deyib və 4 min manat pul tələb edib. Xalası oğlu Elçini isə spiker Oqtay Əsədovun qardaşı oğlu kimi tanıdaraq işi birlikdə həll edəcəklərini bildirib.

Zərərçəkmiş, Qarabağ əlili Ramiz Quliyev əvvəllər DİN-in Şuşa batalyonun rəisi olub, indi isə təqaüddədir. O, məhkəmədə ifadəsində verdiyi pulun hələ də qaytarılmadığını deyib. O bildirib ki, pulu olmadığı üçün əlil dostlarından borc alıb.

"SOCAR”da işə düzəltmək adı ilə aldadılan 10-dan çox vətəndaş pullarını geri tələb etdikdə S.Nəsirovaonları vağzala çağıraraq görüş keçirib. Bu zaman görüşə gələn və özünü neft şirkətinin İmtahan Komissiyasının sədri kimi təqdim edən Kamran onlara işlərinin düzələcəyini vəd edib. Həmin şəxslərə sabah "Azəriqaz”ın qarşısına gəlməyi tapşırıb. Şirkətdən maraqlandıqda belə bir adamın orada işləmədiyi məlum olub.

Zərərçəkmiş Hüseyn Həsənlini imam Rauf Axundov Samirə Nəsirovailə tanış edib və onu "SOCAR”da sürücü kimi işə düzəldəcəyini deyib. "Ata yolu” qəzetinin baş redaktoru olduğunu deyən S.NəsirovaH.Həsənlidən 1200 manat alıb.
Axundun tanış etdiyi İldırım Şükürov isə FHN-də rabitəçi olmaq üçün 1300 manat verib. Həm də çox kasıb olan tanışı Səbuhi Məmmədli üçün borc alaraq Samirəyə verib.
Məscidin imamı Axundovun növbəti tanışlarından biri Ədalət Hüseynov da S.Nəsirovanın "toruna düşüb”. O da neft şirkətində sürücü olmaq üçün Samirəyə 1000 manat verib, özü ilə birgə dostları Rafiq, Elşən, Cəmalədədin və Rövşəni də bu işə cəlb edib. Onlar hər biri eyni məbləğdə pul veriblər.

Qafqazinfo
Azərbaycanda maaş və pensiyalar artırılır“2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir”

AzVision.az xəbər verir ki, bunu iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.

“2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsirini göstərəcək. Bu səbəbdən gələn il maaş və pensiyada artımlar gözlənilir”.

V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.

Bu haqda prezidentin müvafiq qanun layihəsinə yekun izin verəcəyi gözlənilir.
Güney Azərbaycan Demokratik Türk Birliyi yaradılıbGüney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Bəyanat yayıb. Bu barədə təşkilatın sədri Əjdər Tağızadə məlumat verib. Bəyanatda bildirilir: “Azərbaycan Türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda fars şovinizminin əsarətində yaşamağa məhkum edilib. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq və müstəqillik uğrunda dayanmadan mübarizə aparb. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda Türk milləti özünün ən yüksək oyanış və özünü ifadə mərhələsinə çatıb. Azərbaycan türkünün milli mübarizəsi, güneydən gələn haqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxıb. Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə,Güney Azərbaycanın tanınmış hərəkatçıları Güney Azərbaycan Demokratik Türk Birliyini (GADTB)yaradıblar.

GADTB İran adlanan yerdə Türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünərək, başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün Türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoyub.

Milli və demokratik dəyərələrə üstünlük verən GADTB, Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan, bütün milli qüvvələrə açıqdır. GADTB Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə mübarizə aparmağa çağırır.