9 yaşlı qız atası tərəfindən qaçırılıb - VİDEOBərdədə 9 yaşlı qız ayrıldıqları atası tərəfindən qaçırılıb, hətta məkətəbə də buraxılmır.

Xezerxeber.az məlumat verir ki, Bərdənin Əmirli kənd sakini İlahə Məmmədova 2007-ci ildə həmkəndlisi Pərvin Musayevlə ailə həyatı qurub, amma evlilikləri cəmi iki il davam edib. İlahə Məmmədova idda edir ki, ailəsi dağıldıqdan sonra yeganə qız övladları olan 9 yaşlı Səmaya özü baxıb. 7 ay əvvəl Bərdə rayon məhkəməsinin qərarı ilə uşaq üçün 100 manat aliment təyin edilsə də, atası cəmi 2 ay bu pulu ödəyib.

İlahə Məmmədova ikinci dəfə ailə həyatı qurub. Həyat yoldaşını müalicə etdirmək üçün Rusiyaya gediblər və bu vaxt da qızı Səma İlahənin anası evində qalıb. Avqust ayında keçmiş həyat yoldaşının atası bu vəziyyətdən istifadə edərək Səmanı özü ilə aparıb. 3-cü sinifdə oxuyan azyaşlı yeni tədris ilində bir neçə gün məktəbə getsə də, sonra onu evdən çölə buraxmayıblar.

Anası iddia edir ki, əslində qızı Səma onunla qalmaq istəyir. Lakin atası və valideynləri uşağı qorxudaraq istəyindən vaz keçiriblər.

Babası uşağın kimdə qalmasını həll etmək üçün görüşüb məsləhətləşməyi təklif edib. İlahə Məmmədova da bununla razılaşıb. Lakin təyin olunan yerə gedən zaman maşını yolda saxladaraq Səmanı qaçırıblar.

İlahə Məmmədova qızını geri almaq üçün məhkəməyə müraciət edib və oradan cavab gözləyir. Məsələ ilə bağlı Səmanın atası Pərvin Musayevin də mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərə cavab verən olmadı.
"Türkiyə türkmanları gücləndirsəydi..." - PolitoloqMəhəmməd Əsədullazadə

politoloq


İraqda davam edən müharibə və siyasi sabitsizlik, bu ölkədə yaşayan muxtəlif millətlərin parçalanmasına və yaşadığı ərazilərin itirilməsinə səbəb olur. İraqda öz tarixi ərazilərində ciddi basqıya məruz qalan Türkman soydaşlarımız tarixin çox ciddi problemi ilə üzləşib.

Şimali İraqda Qərbin siyasi-iqtisadi və hərbi dəstəyi ilə qurulan Kürd muxtariyyəti, hazırda İraqın ərazi bütövlüyünü təhdid etməklə yanaşı, öz inzibati sərhədlərindən kənar türkmanların yaşadığı tarixi şəhərləri Kərkük və Mosulu iğal edib. Bu əraziləri M.Bərzani özünün xəyali dövlətinin ərazisinə birləşdirməyə çalışır.

Qeyd edim ki, taleyin ümidinə buraxılan türkmanlara Bağdad hakimiyyəti, dəstək vermir. Rəsmi Bağdad türkmanlara dəstək versəydi, bu gün Şimali İraqda Bərzani yönətimi Mosul və Kərkükə girməyə cürət etməzdi. Silahlanmış və dəstək alan türkman tuqaylar kürd separatçılarını geri otuzduradı. Həmçinin Bərzani Kərkükdə referenduma gedə bilməzdi.

Türkiyə iqtidarı, Bərzaninin peşmərgələrini silahlandırıb təlim keçincə, bunu türkmanlardan ibarət silahlı qüvvələr yaradıb təlim keçə bilərdi. Mütəşəkkil şəkildə türkmanlar güclənsəydi, bu gün Türkiyə, İraq, Kürdüstan problemi ilə bu qədər üzləşməzdi. Türkiyə güc olaraq türkmanları önə çəkə bilərdi. Yenə də, bu, gec deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İraqda Türkman soydaşlarımızın üzləşdiyi, bu problemə qarşı, öz haqq səsini ucaldır. İraq səfirliyinin qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası Türkman qardaşlarımızın üzləşdiyi problemlərə qarşı piket keçirməyi qərar verib. Bu piket, Azərbaycan siyasətinin mənəvi haqqıdır. Buna hər bir vətəndaşın dəstək vermək mənəvi borcudur. Türkiyə-Azərbaycan və İraq, türkmanları və tarixi şəhərləri olan Kərkükü və Mosulu qorumalıdır.

AXCP sədri Razi Nurullayevin bu təşəbbüsü, türkmanların problemlərini Azərbaycan ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Həmçinin İqtidara soydaşlarımızı diqqətdə saxlamaq üçün bir mesajıdır. Bütün dostları ayın 6-da, AXCP-nin Kərkük piketinə dəvət edirəm.
"Ərəb çölündə hakimiyyət uğrunda öldürülən biriləri üçün..." - PolitoloqVasif Əfəndi

politoloq

Bakının Binə kəndində Aşura qeyri dini ayinin keçirlməsi zamanı özünü dindar hesab edən bir qrup şəxsin xəncərlə başlarını yarması görüntüləri məni sözün əls mənasında qəzəbləndirdi. Ağılını itirmiş və quduzlaşmış məxluqdurlar bunlar, insan deyillər. Canları cəhənnəmə, öz murdar və boş başlrını yarmaları bir yana, körpə və azyaşlı uşaqları bu çirkinliyin içərsinə salırlar. Onlara ağır mənəvi zərbə vururlar. Ərəb çölündə hakimiyyət uğrunda öldürülən biriləri üçün başını yaranlardan mənə vətəndaş olmaz. Sonra da Avropanı qınayırıq ki, müsəlmandan qorxurlar. Vallah, billah mən də bu müsəlmanlardan qorxuram. Nə qədər desəniz və desək ki, bu islam deyil, ortalığa başqa bir şey çıxara bilmirik.

Məkanımızda fərqli və sivil dinə xidmət edən toplum gözə dəymir. Alınmır bəylər! Ortada ruhu sakitləşdirən və mənəviyyatımızı zənginləşdirən dini təbliğatımız yoxdur. Olanımız budur! Bu məxluqlar üstünlük əldə edərlərsə vay bizim halımıza. Ölkəmizin huzurlu həyatını pozacaqlar. Günlərin birində sayları çoxalmış cahil sürüsünün dövlət quruluşumuza əl uzadacaqları isitisna deyil. Bu məsələ heç də demokratiya tələb edən müxalifətə bənzəməyəcək, müxalifətin də üzü ağ olmasın. Bu yobazlardan öz siyasi məqsədləri üçün istifadə etməkdən çəkinmirlər. İran gözümüzün qarşısında bir neçə ayın içərisində cəhalət qaranlığına gömülmədimi?
Bəzi aydınlarımız ehtiyatla məsləyə münasibət bildirirlər. İnsanların dini inanclarına hörmət etdiklərini və sair yumşaldıcı tərzdə baş verənləri pisləməyə cəhd edirlər.

Hörmətli aydınlarımız, nədən çəkinirsiniz? Bu dövlət üçün canımızdan keçməyə hazır olduğumuz halda xarici kəşfiyyat orqanlarının maliyyəsi ilə ölkəmizin qaranlığa sürüklənməsinə necə laqeyid qalmaq olar. Bəzən də imam üçün ağlamağı onların haqqı sayırlar. Ancaq ağlamaq və başını yarmaq istəyən zəhmət çəkib girsin evinin içərisinə qapını bağlayıb heç kimin eşidməyəcəyi tərzdə ayininin keçirsin. Kütləvi şəkildə yüksək səslə bağırıb xalqın rahatlığını pozmasınlar. Bu ayində iştirak edən gənclərimizin həyatını zəhərləməsinlər. Əslində bu biabırçı hərəkətləri edən insanlar hüquq mühafizə orqanları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb edilməlidirlər.
Video görüntülərə sona qədər baxa bilmədim. Əsəblərim dözmədi. Azyaşlı uşaqların və yeniyetmələrin hansı travmanı keçiirdiklərini təsəvvür edirəm. Allah bu cahillərə lənət eləsin! .Bu videoya azyaşılı uşaqlar baxırlar. Onlara vurulan mənəvi zərbənin ölçüsü bilirsinizmi nə qədərdir? Bu qanmazları kim başa salsın! Hanı ziyalı sözümüz? Nə vaxta qədər Seyid Taleh, Elşən Xəzər və ya Hacı Şahin bu millətiin imanını yanlış istiqamətə yönəldəcək? Ağızdolusu danışdığınız Aşura fəlsəfəsi budurmu?

Vasim Məmmədəliyev efirdən bu cəhaləti təbliğ edir. Aşuranın fəlsəfəsindən danışır, yüngülcə sinə vurmağın doğru olduğunu təbliğ edir. Nə qədər ora-burasını düzəldib başqa formada təqdim edilməyə çalışılsa da son nöqtə bu gün rastlaşdığımız vəziyyətə gətirib çıxarır. Söz deyə biləcək ziyalı Nəriman Qasımoğludur. O da fərqli düşündüyünə görə ona qarşı süni əngəllər yaradılır. Bu cəhalətə görə sorumlu şəxs Allahşükür Paşazadədir. Ali dini rəhbərə xatırlaıdram din vicdan azadlığı məsləsidir. Vicdan azadlığı isə insan haqqlarının qorunmasından keçir.
Arif Alışanovun və ailəsinin milyonluq mülkləri üzə çıxdı- SİYAHI"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun 5 milyonluq daşınmaz əmlakının ortaya çıxdığını yazmışdıq. Cənab Alışanov 2009-cu ildən bəri aldığı əmlakları mənimsəmək məqsədilə həyatına sui-qəsd planı hazırlamaqda suçladığı Şücayət Əkbərovu bu ilin yanvarında həbsə atdırıb. Əkbərov istintaq materiallarında Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirməkdə də ittiham edilir.

İlk baxışda Alışanovun belə bir rəsmi bəyanatda bulunduğuna adamın inanmağı gəlmir. Çünki 2005-ci ildə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” Qaydalarına görə prezident, Milli Məclisin sədri və bütün yüksək çinli məmurlarla yanaşı, dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərləri olan vəzifəli şəxslər də maliyyə xarakterli məlumatları Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edirlər. Səhmləri 100 faiz dövlətə məxus olan "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri də yaxşı bilir ki, həmin pulun mənbəyini bir gün ondan soruşa bilərlər. Mexanizmin hələlik işə düşməməsi cənab Alışanovu arxayın salıb. Baxmayaraq ki, bunun üçün nə vaxtsa mütləq hesabat verməli olacaq.

Xatırlayırsınızsa, çox da uzaq olmayan keçmişdə sabiq MTN generallarının işi üzrə istintaq materialları mətbuata sızmışdı və həmin materiallarda ayrı-ayrı əməkdaşların adına onlarla əmlak siyahısı "bir məmurun bu qədər pulu ola bilməz”, dedirtmişdi. Əmlak siyahısı uzandıqca uzansa da, bəlli ki, adamların gözləri də doymurmuş. Arif Alışanovun ailəsinə aid mülkiyyət sənədləri də onun keçmiş MTN məmurlarından geri qalmadığını söyləməyə əsas verir. Yazdıqlarımızı faktlarla sadalayacağıq.

Nigar Əlişanova 20 hektar torpağı niyə və necə alıb?

Əlimizdə A.Alışanovun qızı Nigar Əlişanovanın (qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 10644 A, mən 57) adına 8 ədəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var. Qeydiyyat tarixi 2009-cu il fevralın 26-na təsadüf edən 4 ayrı-ayrı torpaq sahəsinə dair çıxarışla Şamaxı rayonu Qızmeydan kəndində kənd təsərrüfatı təyinatlı, əkin üçün nəzərdə tutulan torpaqlardan birinin sahəsi 1.1124 ha, digəri 1.1346 ha, üçüncüsü 1.4466 ha, dördüncüsü 4.394109 ha təşkil edir. Kimdən və hansı qiymətə alındığı bilinmir. Ondan cəmi bir gün sonra – fevralın 27-də qeydiyyata alınan, yenə Qızmeydan kəndində ümumi sahəsi 5 ha olan torpaq sahəsi Nigar xanımın adına rəsmiləşdirilib. Daha bir çıxarış Şamaxı rayonu Əhmədli kəndində 3.0374 ha torpaq sahəsinin sənədləri 2009-cu ilin may ayının 8-də tərtib olunub. Yenə eyni ildə, eyni gündə Qızmeydan kəndində 3.9467 ha torpaq N.Əlişanovanın adına alınıb. Sonuncu çıxarış isə bu ilin fevral ayının 8-də tərtib olunub. Daşınmaz əmlakın satıcısı Şıxıyeva Aysel Fazil qızıdır. Əmlak Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Nizami Gəncəvi küçəsi 26 ünvanında 0.22 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.1 kv/m. olan fərdi yaşayış evidir. Sənədləşməyə görə də guya satıcı o boyda evi 25-cə min manata təklif edib, alıcı 20-cə minə alıb. Evin altındakı 22 sot torpağın isə cəmi 5 min manata satıldığı rəsmiyyətə salınıb. Bunlardan da yalnız 2033.25 + 550 manat vergi tutulub. Əməliyyatları Şamaxı rayon notariat kontorunun xüsusi notariusu Yaşar Eyyubov aparıb. Beləliklə, Şamaxı rayonunun iki kənd və bir qəsəbəsində N.Əlişanovanın ümumilikdə 20.2918 ha torpaq sahəsi və 271.1 kv/m. olan fərdi yaşayış evi var. Bu, belə.

AzTV sədri qızı Aynura 35 hektar daşınmaz əmlak bağışlayıb

Alışanovun digər qızı Aynur Aşurbəyova da 2009-cu ilin fevral ayında 12 daşınmaz əmlak satın alıb. Bunlardan 8-i Şamaxı rayonunun Əhmədli (0.5506 ha; 0.525 ha; 1.149969 ha; 1.3545 ha; 1.806 ha; 3.0001 ha; 4.14 ha; 7.7125 ha; ), 3-ü rayonun Qızmeydan (1.3828 ha; 3.9468 ha; 4.5216 ha), 1-i də Nağaraxana kəndində (4.7202 ha) yerləşir. Nigarın da adına rayonun üç kəndində üst-üstə 34.81 ha torpaq sahəsinin olduğu rəsmən təsdiqlənir.

Alışanov bacısı qızını da zənginlər sırasına qoşub

Alışanovun bacısı qızı Cəfərova Nilufər Vidadi qızının da adına rayonda 4 daşınmaz əmlak var (qeydiyyat ünvan Bakının Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 126 A, mənzil 17). Alqı-satqı müqaviləsinin 1-i 2016-cı il dekabrın 3-də imzalanıb. Satıcı Almazova İlhamə Alxan qızıdır. Satış predmeti Şamaxı rayonu Çuxuryurd kəndindəki 2.1424 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1474.3 kv/m. təşkil edən daşınmaz əmlak kompleksidir. Satış qiyməti 80 min manat olub – 30 min manat torpaq sahəsi, 50 min manat da əmlak kompleksi üçündür. Müavilədə hansısa müəssisənin alışından söhbət gedir, adı qeyd olunmur. Satıcı İlhamə Namazovanın əvəzinə müqaviləni Şücayət Əkbərov, alıcı Nilufər Cəfərovanın əvəzinə isə Nigar Əlişanovanın sürücüsü Hacı Babayev müqaviləni imzalayıb. Buradan da H.Babayevin ailəyə yaxınlığı təsdiqlənir.

Digər 2 əmlakın alqı-satqısı bu ilin yanvar ayının 26-da aparılıb. Bu dəfə həbsdə olan Ş.Əkbərovun keçmiş həyat yoldaşı Sadıqova Səlimə Ənvər qızı əmlakını Nilufər Cəfərovaya "su qiyməti”nə satıb. Belə ki, S.Sadıqovaya məxsus Şamaxı rayonu Nağaraxana kəndində 0.11 ha torpaq sahəsində yerləşən 194.4 kv/m. fərdi yaşayış evi cəmi 28 min manata (25 min manat daşınmaz əmlak, 3 min manat torpaq sahəsi üçün) alınıb. Alqı-satqıda xanım özü iştirak etməyib, satıcı Sadıqovanı həmin vaxt nəyə görəsə Alışanovun yaxın qohumu, AzTV-də işləyən Nəbiyev Camal Qədim oğlu etibarnamə ilə təmsil edib. O gün Şamaxı rayonu Çuxuryurd kəndində S.Sadıqovaya məxsus 6.5429 ha torpaq sahəsi də cəmi 25 min manata N.Cəfərovanın mülkiyyətinə keçib. Burdan da cəmi 39.26 manat vergi tutulub. Səlimə xanımın əvəzinə yenə C.Nəbiyev müqaviləni imzalayıb.

Həbsdə olan adama hər şeyini "satdırdı”

Buradaca qeyd edək ki, Ş.Əkbərov bu ilin yanvarın 14-də həbs edilib və sözgedən müqavilə onun həbsindən 12 gün sonraya "təsadüf” edir. Bu alqı-satqının Əkbərovun həbsindən sonra baş tutması ortada bir zor tətbiq olunduğu qənaətini gücləndirir. Ən maraqlısı odur ki, "içəri”də olan Ş.Əkbərov da həmin gün Çuxuryurddakı 5.066 ha torpağını 25 min manta Nilufər xanıma "satıb”. Sənədlərin imzalanmasında S.Sadıqova və həbsdə olduğundan dolayı Ş.Əkbərov iştirak etməyib. Onları etibarnamə ilə Alışanovun qohumu C.Nəbiyev təmsil edib. Nilufər Cəfərovanın əvəzinə isə alqı-satqıda Elyasov Bəxtiyar Süleyman oğlu iştirak edib. Beləliklə, Alışanovun bacısı qızı N.Cəfərovanın da rayonda bütövlükdə 13.8613 ha torpağı, ümumi sahəsi 1668.7 kv/m. olan daşınmaz əmlak kompleksi və fərdi yaşayış evi var.

Keçmiş ərinə görə olan-qalanını əlindən aldılar

Səlimə xanım əmlakın onlardan zorla və əvəzsiz alındığını, sənəddə yazılan pulların üzünü görmədiyini söyləyir. Redaksiyaya yazdığı şikayət ərizəsində S.Sadıqova göstərir ki, AzTV QSC-nin İdarə Heyətinin sədri Arif Alışanov keçmiş əri Ş.Əkbərovu həbs etdirdikdən sonra ibtidai istintaqın ilkin mərhələsində prosessual qaydada sənədləşdirmə aparılmadan, təqsirləndirilən şəxslə nikahlarının 3 il əvvəl ləğv edilməsinə və ayrı təsərrüfatda olmalarına baxmayaraq ona, keçmiş əri və qohumlarına məxsus təxminən 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlakları zorakılıqla aldıraraq, qızı Nigar və bacısı qızı Nilufərin mükiyyətinə keçirib. Həm də əvəzsiz olaraq.

S.Sadıqova: "Şamaxı rayonunun Nağaraxana kəndində mənə məxsus ev Alışanovun bacısı qızı Nilufərin Cəfərovanın adına keçirilib. Etibarnamə zorakılıqla alınaraq Alışanovun işçisi Camal Nəbiyevə verilib, bunun əsasında da Nilufərin vəkalətli nümayəndəsi Elyasov Bəxtiyarla AN-1 0604751 saylı, 13 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlayıb və mülk əvəzsiz olaraq Nilufərin adına keçirilib. Rayonun Çuxuryurd kəndində yenə mənə məxsus 6.5429 ha torpaq sahəsinə Nəbiyevin adına etibarnamə alınmaqla AN-1 0604720 saylı, 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb, bu torpaq sahəsi də əvəzsiz olaraq Cəfərovanın mülkiyyətinə verilib. Bundan başqa, 17 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında şəhərin Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaqda ümumi sahəsi 200.6 kv/m. olan fərdi yaşayış evim də eyni qayda ilə Nilufərə ötürülüb. Yenə mənə bir qəpik ödənmədən”.

İstintaqın "xeyir-duası” ilə yağmalama

Sadıqovanın itkisi təkcə sadalananlarla bitməyib. Dediyinə görə, Alışanov yanvarın 17-də Şamaxı rayonundakı təsərüfatlarında onun mülküyyətində olan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq müqaviləsinə əsasən alınmış kənd təsərrufatı texnikaları – AGS165 otbiçən (rotorlu); 5 gövdəli asma təkərl P5 kotan; LKS-FGWS yemqıran; LKS-FS 800 gübrəsəpən;” Lukas” stasionar elektrikli yemqarışdıran; 4 gövdəli təkərli p4 kotan; "Belarus-892” traktorunu da hər hansı bir sənədləşmə aparmadan, razılığı soruşulmadan mənimsəyib. S.Sadıqova: "Həmin texnikalar 9 aya yaxındır ki, A.Alışanovun Sabirabad, Zərdab və digər rayonlarındakı fermer təsərrüfatlarında istismar olunur. Bu yandan da "Aqrolizinq” tərəfindən mənə Pretenziya göndərərək 4455 manat ödəniş tələb edirlər. Daha sonra AzTV sədri fermer təsərrüfatımda olan 46 baş iri buynuzlu, 200 baş xırda buynuzlu heyvanı, 100-dən çox hinduşkanı, 300-ə yaxın- toyuq cücəni, anbarda olan tonlarla taxılımızı heç bir sənədləşmə aparmadan istintaqın "xeyir-duası” ilə açıq şəkildə talan edib”.

S.Sadlıqova deyir ki, bundan başqa, Zahirə Hüseynovanın Nağaraxana kəndindəki 5 ha torpaq sahəsi, Müsabi Namazovun rayonun Çuxuryurd kəndindəki ferması və Nağaraxanada olan evi Nilufərin adına keçirilib: "Daha sonra Şamaxı rayonun Mədrəsə kəndində yerləşən mülkün sahibi Aysel Şıxıyeva polis idarəsinə aparılıb, təzyiq altında atası Fazilin adına etibarnamə alınıb və sonuncu da mülkünü məcburiyyət qarşısında AN-1 0604747 saylı, 8 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Alışanovun qızı Nigar Əlişanovanın mülkiyyətinə verib. Şücayət Əkbərov 14 yanvar 2017-ci ildə həbs olunmasına baxmayaraq, bir neçə gün sonra Şamaxı rayon Polis Şöbəsinə aparılıb, notarius şöbəyə dəvət edilib, özünün dediyinə görə təzyiq və təhqir altında Şamaxının Çuxuryurd kəndindəki 5.066 ha torpaq sahəsi Alışanovun qohumu Camalın adına etibarnamə yazdırılaraq, yenə həmin qaydada Nilufərin mülkiyyətinə keçiriblər. Bununla bağlı AN-1 0604719 saylı 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur”.

Alışanovun qızlarının təkcə Şamaxıda 4 milyonluq əmlakı var

Emlak.az saytında Şamaxı rayonunda 100 kv/m. – yəni 1 sot torpaq sahəsinin qiyməti orta hesabla 2 min manat civarındadır. Misal üçün, rayonun özündə 200 sot kupçalı torpaq sahəsi bu ilin may ayında 400 min manata təklif olunub – sotu 2 min manat. Rayona çatmamış 20 ha meyvə bağı 300 minə satılır. Bir hektarı 15 min manatdan düşür. Sahə artıqca, qiymətin azaldığı hər kəsə məlumdur. Rayonun Pirqulu kəndində 7 hektar torpaq yarım milyon manata (hektarı 71 428 manat) təklif olunub. Daha bir elanla 478 sot torpaq 160 minə deyilib. Rayonun Çuxuryurd kəndində 75 sot 350 min (sotu 4 666 manat), Məlhəm kəndində 100 sot 250 min (sotu 2 500 manat), 300 sot 210 min (sotu 700 manat), 20 ha 250 min manat (hektarı 12 500 manat), Nağaraxana kəndində 32 sot torpaq 170 min (sotu 5 312 manat), Məlhəm kəndində 11 ha 1 milyon 760 min manat (hektarı 160 min), yenə Nağaraxana kəndində 12 sot 180 min (sotu 15 min manat), Çuxuryurdda 12 sot 195 min (sotu 16 250 manat), 66 sot 99 min (sotu 1500 manat), 48 sot 100 min (sotu 2 083 manat), 60 sot 220 min (sotu 3 666 manat), 4 ha 300 min (hektarı 75 min manat), Mədrəsədə 5 ha 250 min (hektarı 50 min manat), 1,5 ha 195 min (sotu 1300 manat), 2.2 ha 155 min (hektarı 70 454 manat), 20 sot 70 min manat (sotu 3 500 manat) olan kupçalı torpaqlar satılır. Bütün elanlar son üç ilə aiddir.

Alışanovun qızları iri torpaq sahələri aldıqları üçün biz də əsasən onlara uyğun olanlardan misal gətirməyə çalışdıq. Kiçik torpaq sahələri də kifayət qədər dəyərlidir. Çuxuryurd kəndində 12 sot torpaq 26 min manata satışa çıxarılıb – 1 sot torpaq 2200 manata təklif olunub. Nağaraxana kəndində 30 minə təklif olunan 15 sot torpaq da var. Yenə həmin kənddə 22 sot 35 min manata satışa çıxarılıb. Çuxuryurdda daha 6 sot 22 minə təklif olunub. Bu kimi faktlar xeylidir. Ucuz torpaqlar sənədsiz olanlardır. Alışanov ailəsi çıxarış aldığına görə, onlar hamısı sənədlidir. Fərz etsək ki, Şamaxıda 1 sot sənədli torpağın orta bazar qiyməti 1000 manatdır, 1 ha torpaq 100 min manat edər. Beləliklə, 69 ha torpağı Alışanovun ailəsi 6.9 milyon manata əldə etmiş olmalıdır. Lap heç orta qiymətlə də götürmürük, dəyər onun yarısı olsun – 100 kv/m.-i 500 manatdan hesablayaq. Belə çıxır ki, Alışanovun iki qızı və bacısı qızının adına təkcə Şamaxıda 3.5-4 milyon manatlıq daşınmaz əmlak var. Bu xanımların həmin vəsaiti haradan əldə etdiklərini soruşmaq əlbəttə vergi orqanlarının və Baş Prokurorluğun işidir. Çünki indi xərclənən pullar nə vaxtsa qazanılanda vergisi də ödənmiş olmalıdır. Yoxdursa, deməli aidiyyatı qurumlar korrupsiya riskini nəzərə almalıdırlar. "AzTV sədrinin qızlarında milyonlar haradandır”, – sualına gələcək araşdırmalarımızda biz də cavab axtaracağıq. Daha doğrusu, cavab bizdə var, yalnız faktları sadalamaq qalır.(gununsesi.info)

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Babək haqqında ŞOK FAKT -  VİDEOBabəkin ölümü ilə bağlı müxtəlif fərziyyələr var. İstər elm adamlarımız, istərsə də həvəskar tarixçilər bu məsələyə fərqli baxışlar sərgiləyirlər. Bəs əslində necədir? Babək Afşin Hidr ibn Kavusa məğlub olduqdan sonar xəlifənin sarayına niyə bəzək-düzəkli filin üstündə aparılıb?

Babəkin iki ay on gün xəlifənin zindanında saxlanmasının səbəbi nə idi və xəlifə Babəki öldürtməkdə niyə tələsmirdi? Əgər Babək kafir birisi olmaqla İslama qarşı çıxış etmişdisə, niyə Samirəyə gətirildikdən sonra dərhal edam edilməyib? Xəlifənin zindanında saxlanıldığı bu 2 ay 10 gün ərzində Babəklə hansı söhbətlər olub? Onun yanına kimlər gəlib-gedib? Xəlifə ondan nələri öyrənmək istəyirdi?

Avrasiya.net sizə “40-cı otaq” yutub kanalının Babəkin edamı ərəfəsində baş verən hadisələrdən bəhs edən maraqlı videonu təqdim edir:
Hindistanda doğulan “yadplanetli” uşaq hamını şoka saldı - FotolarHindistanda genetik kloun xəstəliyi ilə doğulan uşaq hamını şoka salıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, qohumları uşağı yadplanetli hesab ediblər. Hindistanın şimalında yerləşən Uttar Pradeş Eyalətinin Aligarh bölgəsində doğulan uşaq hamını təəccübləndirib. Burnunun əvəzinə yerində olan dəliklər, qulaqlarının olmaması və böyük qırmızı gözləri körpənin anasını da qorxudub.

Uşağın anası Karishma körpənin onun ikinci övladı olduğunu bildirib: “Gecə işə getmişdim və uşağı səhərə yaxın dünyaya gətirdim. Onu çox səbirsizliklə görmək istəyirdim, amma üzünü görəndə inanmadım. Daha əvvəl belə bir uşaq görməmişdim. O qədər şoka düşdüm ki, onu əmizdirə bilmədim. Südü qaşıqla verdik. İçdi və yatdı. Ancaq, səhəri gün oyanmadı”.

Uşağın atası Arshad da “Allah verdi, Allah da aldı. Şikayətimiz yoxdur. Ürəyimiz qırıldı, ancaq yaşasaydı belə, necə bir hayatı olardı ki?” ifadələrini işlədib.
Hindistanda doğulan “yadplanetli” uşaq hamını şoka saldı - Fotolar
Ermənilərin hərbi maşını qəzaya düşdüSon vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlıqların istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların sayı çoxalıb.

Azvision xəbər verir ki, qısa müddət ərzində işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir.

Belə ki, işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.

Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.

Daha bir hadisə hərbi texnikaya quluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqaviləli hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir.

Son hadisə isə oktyabrın 3-də səhər saatlarında artilleriya alayına məxsus "ZİL" markalı avtomobilin aşması nəticəsində baş verib. Yanacaq-sürtgü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib və nəticədə ən azı 3 erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar.

Qəza törədən köhnə Zil markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu məlum olub.
Bakıda “Ərəb Şeyxi” dəvəylə açılış etdi – VİDEOBakıda "Habibi” Çay evinin açılışı baş tutub.

Bu zaman maraqlı hadisə baş verib. Məkan sahibləri açılışı "Ərəb Şeyxi” və dəvəylə ediblər.

Məlumat üçün bildirək ki, yeni məkanda müxtəlif meyvələrdə qəlyan hazırlanaraq qonaqlara təqdim olunur.

Bundan əlavə, qonaqlar müxtəlif sərin və isti içkilərdən də istifadə edə bilərlər. Eyni zaman, milli və türk mətbəxinin təamlarını da sifariş verə bilərlər. Məkanda VİP kabinələr də var. Qiymətlər də münasibdir.

Ünvan: Atatürkprospekti 203-209. (Əlaqə telefonları: 0516411992)
Daha iki xarici şirkət Azərbaycandan getdi“Globalink Logistics Group Limited”, eləcə də, “Colgate-Palmolive” şirkətləri Azərbaycan bazarını tərk edib.

"Vergilər" qəzeti xəbər verir ki, “Globalink Logistics Group Limited” Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsusdur. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirə bilərlər.

Bundan əlavə, İsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkəti də Azərbaycan bazarını tərk edib. Şirkətin Türkiyədəki törəməsi – “Colgate-Palmolive Təmizlik Ürünləri Sanayi və Ticarət Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanına bildirə bilərlər.
30 yaşlı Ağstafa sakini özünü güllələdiAğstafa rayonunda yerli sakin özünü güllələyərək öldürüb.

"Report"un məlumatına görə, hadisə rayonun Yenigün kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 30 yaşlı Emin Mahir oğlu Yaqubəliyev ov tüfəngi ilə baş nahiyəsinə ataş açaraq intihar edib.

Məlumata görə, illər öncə anasını itirən E.Yaqubəliyev hadisə zamanı evdə analığı ilə birgə olub.

Analığı Şərafət Cəbrayılova sayta bildirib ki, hadisə zamanı evdə olsa da hadisənin necə baş verməsindən xəbərsizdir: "Emin otaqda olan zaman mən həyətdə idim və qəfildən güllə səsi eşidərək otağa daxil oldum. Bizim evdə ov tüfəngi yox idi. Bilmirəm tüfəngi haradan və necə əldə edib. Heç evə nə vaxt gətirdiyini də görməmişəm. Eminin atası Mahir Yaqubəliyev rayon ərazisindəki özəl şirkətlərin birində dəmirçi işləyir və hadisə zamanı işdə olub. Ona hadisənin baş verdiyini də mən demişəm".

Hüquq mühafizə orqanları hadisənin qətl olduğunu istisna etmirlər.

Hazırda faktla bağlı araşdırma aparılır.