Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınmaJurnalist Xədicə İsmayılın son günlər xarici ölkələrdə bağlı olduğu dairələrdən ard-arda mükafatlar almasının sirri bəlli olub.

Avropa.info-nun diplomatik korpusa yaxın olan mənbələrdən əldə etdiyi məlumata görə, Xədicə İsmayıla verilən mükafatlar əslində mükafat deyil, qarant layihələridir.
Mənbənin sözlərinə görə, Azərbaycan hökumətinin son illər qarant layihələri ilə bağlı qanunlara xüsusi diqqət etməsi xarici dairələri qrant pullarını “mükafat” şəklində göndərməyə vadar edib.

“Hökumət son dövrlər xaricdən transfer olunan qrant pullarının hansı sahələrə xərclənməsi məsələsini ciddi nəzarətə götürüb. Məhz bu səbəbdəndir ki, xarici dairələr Xədicə İsmayıla və onun tövsiyyə etdiyi şəxslərə qarant pullarını artıq mükafat şəklində verir. Xədicənin son günlər aldığı ard arda iki mükafat, alternativ Nobel mükafatı sayılan “Right-Livelihood-Award” (Dürüst Həyat Mükafatı) və “Allard” mükafatı əslində qarant layihələridir. “Fritt Ord” Fondunun Azərbaycan adına “meydan tv” -yə verdiyi mükafat da əslində qarant layihəsidir və bu qarant layihəsinin meydan tv-yə verilməsi də Xədicənin vasitəçiliyi ilə baş tutub. Əslində, Xədicə qrantı mükafat adı ilə almaqla vergiyə ödəməli olduğu xeyli miqdarda pulu dövlətdən gizlətməyə çalışır” -deyə mənbəmiz qeyd edir.

Mənbənin bildirdiyinə görə, hazırda Xədicə İsmayılla Əli Kərimli düşərgəsi və bəzi müxalif jurnalistlər arasında “sərin küləklər” əsməkdədir.

“Xədicə İsmayıl xaricdə bağlı olduğu şəxslərə müxtəlif adamlardan donos göndərir. Bəzi hallarda isə müxalif jurnalistləri, QHT sektorunda olan müxalif şəxsləri xaricdəki havadarlarına yazacağı ilə hədələyərək, onların imzalarından da faydalanır. Bir neçə dəfə bu yolla hazırladığı “siyasi məhbus” siyahısına imza atdırıb. Xaricdən qrant ala bilməyəcəyindən ehtiyyat edən müxalifətçilər Xədicə ilə münasibətlərini yaxşı saxlamağa çalışırlar. Xədicə onları təhqir etsə belə, ona cavab vermir, sosial şəbəkələrdə onu müdafiə edirlər. Xədicə müxalif düşərgədə olan bəzi gəncləri məhz pulla ələ alaraq, onlardan sosial şəbəkələrdə istifadə edir, həm də xarici dairələr qarşısında müxalifətçi gənclər tərəfindən dəstəkləndiyi görüntüsü yaradır. Son günlər Əli Kərimli düşərgəsi və bəzi müxalif jurnalistlərin Xədicə İsmayıl arasında olan narazılıqların səbəbi də məhz qrant pulları ilə bağlıdır” – mənbəmiz belə deyir.

Qeyd edək ki, iki gün öncə jurnalist Hafiz Babalı Xədicə İsmayıla ard -arda “mükafat”ların verilməsinə etiraz etmişdi.

Hafiz Babalı facebook-da yazdığı statusunda Xədicə İsmayıla verilən mükafatların əslində jurnalistikada olan xidmətlərinə görə deyil, xaricdə olan dostlarının dəstəyi ilə aldığını demişdi. Xədicə İsmayılın özünün korrupsiya ilə məşğul olduğunu qeyd edən Babalı, onun jurnalistika qarşısında bir çəpər olduğunu bildirmişdi.
Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma
Müzakirələrə qoşulan Xədicə əvvəlcə xislətinə yad bir şəkildə Hafiz Babalıya mükafat almaqda yardımçı olacağını(? :red) vəd etsə də, jurnalist buna sərt reaksiya vermişdi.

“Əziz Xədicə, mən mükafat xəstəsi deyiləm. Yazdıqlarıma görə də az, cox qonararımı alıram. Mənə bəs edir. Sadəcə, dostlarına arada de ki, Azərbaycanda başqa cəsarətli jurnalistlər də var. Bunu etmirsən. Mənim tanıdılmağım üçün isə heç nə etməməyini xahiş edirəm”.
Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma
Bundan sonra, əsl üzünü göstərən Xədicə, Hafiz Babalını və digər müxalif jurnalistləri qorxaqlıqda ittiham edərək, onları “başdanxarab” adlandırmışdı.
“Mən iş yerimdə problemlər başlayan kimi, hədəfə düşən kimi ölkədən çıxıb getsəydim, yaxud imzamı yazılara qoymaqdan çəkinsəydim, yəqin heç yerdə tanınmazdım”.

Lakin Hafiz Babalı da Xədicəyə tutarlı cavab vermişdi : “Mənim bu statusumda vermək istədiyim əsas mesajı da tutmamış deyilsən: sən bilərəkdən, ya bilməyərəkdən mübariz jurnalistikanın qarşısında mayak deyil, bir çəpərsən. Xətrinə dəysə də, də dəyməsə də, reallıq budur.”

Fizulu Dehqanini adlı şəxsin “Fritt Ord Fondunun Azərbaycan adına “Meydam TV” -yə mükafat verməsi düz mütənasibliyi pozur” deməsi isə qalmaqalı daha da böyütmüşdü :“Burda həyatı təhlükə altında fəaliyyət göstərən jurnalistlər daha layiq idi o mükafata. Nəinki Almaniyada rahat jurnalistika ilə məşğul olanlar”.
Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma
Müzakirələrin qızışması ilə Xədicə İsmayıl həmikarları haqqında təhqirləri sıralayaraq, onları “qorxaq”, “başdanxarab” adlandırmışdı.
Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma
Müzakirəni Hafiz Babalı hamını bildiyi həqiqəti açıq şəkildə yazmaqla bitirmişdi.
“Xədicəyə paxıllıq və qibtə etmirəm. Sıradan jurnalistdir. Sadəcə, sizin kimi dəstəkçisi çoxdur”.

PS. Müzakirələrdən də sezmək mümkündür ki, dava “mükafat” davası deyil, qrant pullarının bölüşdürülməsi ilə bağlıdır.
Prezident təhsil işçilərini fəxri adla təltif etdi - SİYAHIPrezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların və “Tərəqqi” medalının verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar müəllim”

Abasova Elmirə Nəhməd qızı

Abbasov Cəmil Zöhrab oğlu

Abdullayev Cəmşid Həsən oğlu

Adıgözəlov Əhliyət Musa oğlu

Ağayeva Dürdanə Şamil qızı

Bağırov Tahir Qasım oğlu

Bəşirli Əli Allahverdi oğlu

Cəfərova Almaz Əli qızı

Eminova Şəhla Lətif qızı

Eybullayev Elçin Fərhad oğlu

Əhmədova Xanım Xanbaba qızı

Əhmədova Xuraman Məhəddin qızı

Əhmədova Səlimə Bağır qızı

Ələkbərova Viktoriya Sadıqovna

Ələsgərova Sakibə İsmayıl qızı

Əliyeva Bənövşə Mustafa qızı

Əliyeva Ayşa Mübarək qızı

Əliyeva Flora Firuddin qızı

Əliyeva Kəmalə Hafiz qızı

Əliyeva Nəzakət Səlim qızı

Əsədov Ədalət İxtiyar oğlu

Əsgərova Şəhla Həsən qızı

Gülməmmədov Bəhram Gülməmməd oğlu

Heydərov Paşa Ələkbər oğlu

Həsənova Sevda Həsən qızı

Həsənova Lalə Kamal qızı

Hüseynxanova Xatın Zakir qızı

Hüseynli Yeganə Hüseyn qızı

Hüseynova Minə Mürsəl qızı

İbrahimova Firəngiz Boris qızı

Kazımlı Xanhüseyn Hüseynağa oğlu

Kərimova Bahar İsbəndiyar qızı

Qarayev Yaşar Ağaxan oğlu

Qazıyeva Xumar Asim qızı

Quluzadə Səadət Orxan qızı

Qurbanov Qurban Heydər oğlu

Mahmudova Aygün Musa qızı

Mədətova Validə Macir qızı

Məmmədov Nizami Cəfər oğlu

Məmmədova Sona Ağamalı qızı

Məmmədova Svetlana Dadaş qızı

Mirzəyeva Ağbacı Nuftulla qızı

Muradova Yetər Tahir qızı

Mustafayeva Gülnarə İbrahim qızı

Nəcəfova Ruhiyyə Allahverdi qızı

Razıyeva Zalxa Babaəfəndi qızı

Rəhimova Dilgüşa Rəhim qızı

Rzayeva Sehranə Nəriman qızı

Sadıq Zadə Hicran Əzizağa qızı

Sadıqov Sadıq Mabid oğlu

Səfərəliyev Əliağa Sədri oğlu

Səmədova İradə Rəfi qızı

Səmədova Təranə Hacıağa qızı

Süleymanova Fəridə Məcid qızı

Şahmalıyeva Suma Xanlar qızı

Şükürova Nailə Sadıx qızı

Zamanova Müzəyyam Fərəməz qızı

“Əməkdar mədəniyyət işçisi”

Bayramova Lalə Hüseyn qızı

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Məmmədov Əbülfəz Oktyabroviç.

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasova Mehriban Qədir qızı

Abdullayeva Adilə Nəbi qızı

Abdullayeva Dilşad Şirin qızı

Abdulova Şövkət Məmmədrza qızı

Axundova Nailə Ələsgər qızı

Alqayev Şərif Əyyub oğlu

Allahyarov Elburus Kamal oğlu

Babayev Nadir Kavı oğlu

Babayeva Aygün Məmməd qızı

Balaşova Gülxanım Novruz qızı

Cabbarov Hafiz Əkbər oğlu

Cavadov Mahmud İbrahim oğlu

Əhmədova Gülbəniz Əhməd qızı

Əhmədova Kəmalə Şamil qızı

Əkbərova Məsmə Sabir qızı

Ələkbərli İncinaz Rauf qızı

Əliyev Bəhman Şıxvəli oğlu

Əliyeva Elmira Muxtar qızı

Əliyeva Rahilə Alı qızı

Əlizadə Murad Əlisurət oğlu

Əsgərova Yeganə Məhəmməd qızı

Haşımova Sevda Hacırza qızı

Həsənova Şəfa Camal qızı

Hümmətova Nuriyyə Əli qızı

Hüseynova Bahar İsmixan qızı

Hüseynova Lalə Emin qızı

Xudiyeva Günəş Şərəfəddin qızı

İmanova Yeganə Allahverən qızı

Kərimli Naibə Kamil qızı

Qurbanov Orxan Məhəbbət oğlu

Mahmudova Ruhiyyə Qüdrət qızı

Manafov Xanbala Hüseynalı oğlu

Mehdiyeva İradə Cuma qızı

Mehdiyeva Validə Zülfüqar qızı

Məlikov Ziya Hacı oğlu

Məmmədova Səxavət Hacbala qızı

Məşədibəyova Samirə Camal qızı

Möhbalayeva Ülviyyə Osman qızı

Muradova Xanım Tacəddin qızı

Nəsirova Yeganə Gülağa qızı

Nəzərov İqrar Qeyrət oğlu

Rəhimov Məhəmməd Məhəmməd oğlu

Rəhimova Ceyhunə Vaqif qızı

Rüstəmova Vəfa Aslan qızı

Rüstəmova Zenfira Tofiq qızı

Seyidova İradə Dursun qızı

Səlimova Gülnarə Əjdər qızı

Səmədova İradə Dilavər qızı

Soltanova Gülsən Rza qızı

Süleymanova Tahirə Mehrac qızı

Şabani Xuraman Cahid qızı

Şabiyeva Aygün Sətdar qızı

Şükürova Xanımqız Abbasqulu qızı

Tağıyev Fərhad Talıb oğlu

Yarmetova Sevda Asəf qızı

Zeynalova Solmaz Məhərrəm qızı

Zeynalova Vətanə Rəsul qızı

Zülfüqarova Aynur Vaqif qızı.
Şamaxıda detektivə oxşar hadisə: itmiş amerikalılar... rus çıxdıŞamaxı rayonunun Pirbəyli kəndi yaxınlığındakı dağlıq ərazidə itmiş turistlər ABŞ vətəndaşı deyillər.

Bu haqda virtualaz.org-a məlumatlı mənbələrdən məlum olub.

Xatırladaq ki, bu gün saat 06:48-də Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli “Nissan Patrol” avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olmuşdu.

Virtualaz.org-a məlum olub ki, itən turistlər Rusiya vətəndaşları imiş. Böyük ehtimalla, onlar çətin vəziyyətə düşərkən Amerika xilasetmə xidmətinə 911-ə zəng ediblər. Xatırladaq ki, Azərbaycan xilasediciləri fövqəladə hadisə barədə yalnız ABŞ-dan gələn zəngdən sonra xəbər tutmuşdular.

**

16:29

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşib.

FHN-in mətbuat xidməti xəbər verir ki, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər.

***15:49

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür.

FHN-dən verilən məlumata görə, bir qədər əvvəl nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub.


***13:33

Şamaxı rayonunun dağlıq ərazisində köməyə ehtiyacı olan xarici vətəndaşların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvə və texnikası cəlb edilib.

FHN-dən virtualaz.org-a bildiriblər ki, bu barədə əlavə məlumat veriləcək.


***13:02

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu gün 06:48-də Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli “Nissan Patrol” avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Mənbə bildirir ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.

Hal-hazırda mümkün vasitəslərlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.
Cəlal Təlabani öldüİraqın keçmiş prezidenti Cəlal Təlabani 83 yaşında vəfat edib.

Bu barədə “Rudau” məlumat yayıb.

Qeyd edək ki, Təlabani 2012-ci ildə infarkt keçirib və uzun müddət komada qalıb. O, 2005-2014-cü illərdə İraqın prezidenti olub.
İcra başçısı jurnalistlərdən qaçdıLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli İcra Hakimiyyətinin hüquq şöbəsinin rəhbəri Füzuli Tanrıverdiyevin taleyilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.

Çərşənbə axşamı F.Nəzərli demək olar ki, jurnalistlərdən qaçıb. Jurnalistlər ondan "niyə kürd separatçılarını dəstəkləyən şəxs dövlət qurumunda rəhbər vəzifədə oturur" sualına cavab tələb ediblər. Xatırladaq ki, F.Tanrıverdiyev Facebook səhifəsində İraqın şimalında kürd muxtariyyətinin yaradılmasını açıq şəkildə alqışlayıb.Azərbaycanın rəsmi orqanları bu görünməmiş hadisəyə heç bir reaksiya verməyiblər.

Xatırladaq ki, Azərbaycanın Laçın rayonu 1992-ci ilin mayından erməni işğalındadır. (Turan)
Azərbaycanlı müğənninin atası ÖMÜRÜLÜK HƏBS EDİLDİ - Arvadını öldürdüyü üçünAbşeron rayonunda arvadını və baldızını qətlə yetirməkdə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası, 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Qurban Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə öldürüb.

O, evdə olan baldızı, 18 yaşlı Rəhilə Əsgər qızı Amur-Təbrizini də qətlə yetirib. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olubmuş. Qurban Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib. Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qurban Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib.
Bakıda çoban güllələndiBakıda çoban güllələnib.

Report xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Rəhimov Mirşah Ağaşah oğlu odlu silahdan açılan atəş nəticəsində sağ ayaq nahiyəsindən yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin motivi hələ ki, bəlli deyil.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, M.Rəhimov çobanlıq fəaliyyəti ilə məşğul olur.
Bu, ABŞ üçün utancverici bir faktdır – Millət vəkiliABŞ-ın Las-Veqas şəhərində, “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddokun izdihama atəş açması nəticəsində çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan qətliam bütün dünyada ciddi rezonans doğurub.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Axar.az-a açıqlamasında Las-Veqasda baş verən faciənin ciddi səbəblərinin olduğunu bildirib.

İlk növbədə faciə qurbanlarının yaxınlarına başsağlığı verən, yaralılara şəfa diləyən BAXCP sədri qeyd edib ki, geniş anlamda Las-Veqasda baş verən faciədə ölən və yaralanan dinc insanlar Amerikadakı siyasi korrupsiyanın qurbanlarıdır:

“Bu faciə hansısa bir psixopatın törətdiyi qətliam deyil. Artıq uzun illərdir ki, ABŞ-da silah satışına məhdudiyyətlər qoyulması ilə bağlı müzakirələr gedir. 1975-ci ildən bu proses daha geniş vüsət alıb. Artıq ABŞ-da hər kəs başa düşür ki, silah satışına dövlətin ciddi nəzarəti olmalıdır. Yəni müəyyənləşdirilməlidir ki, silah kimlərə satıla bilər, silah alan adamın keçmişi və hazırki psixoloji durumu necədir və s. Lakin ictimai etirazlara baxmayaraq silah satışında mövcud olan xaosun qarşısı alınmır. Bu səbəbdən baş verən faciələrin miqyası isə kifayət qədər genişdir. Bununla bağlı son statikstikaya nəzər saldım. Təkcə bu ilin 9 ayı ərzində ABŞ-da 8673 nəfər odlu silahla qətlə yetirilib. 2014-cü ildə bu rəqəm 8124 olub. Yəni hər il bu rəqəm daha da artır. ABŞ mətbuatında bununla bağlı müqayisələrin aparıldığı bir yazıya rast gəldim. Avropada 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı hər milyon nəfərə orta hesabla 1-2 nəfər təşkil edir. Bəzi inkişaf etmiş qərb ölkələrində, məsələn Kanada, Portuqaliya və Yunanıstanda bu rəqəm maksimum 4-5 nəfərə çatır. Məsələn, götürək elə bizim ölkəmizi. Şübhəsiz ki, biz hələ Avropa ölkələri kimi inkişaf etmiş ölkə deyilik. Əslində Azərbaycanda bu rəqəm artıq da ola bilər.

Amma bizim ölkədə 1 il ərzində odlu silahla qətlə yetirilənlərin sayı orta Avropa göstəricilərindən də aşağıdır. Amma ABŞ-da bu göstərici 1 il ərzində hər milyon nəfərə haradasa 31 nəfər təşkil edir. Təsəvvür edirsiniz bu nə deməkdir? ABŞ-da bu göstərici Avropada və bizim ölkəmizdə olduğundan 16 dəfə yüksəkdir. Bu da şübhəsiz ki, ABŞ-da sadə vətəndaşları, vicdanlı insanları ciddi narahat edir. Təbii ki, belə olduğu halda oluna bilər ki, o zaman nədən ABŞ-da silah satışının məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunmur? Mən elə buna görə də fikrimi Las-Veqasdakı qətliamın qurbanlarının əslində siyasi korrupsiyanın qurbanları olduğunu deməklə başladım. Nəzərinizə çatdırım ki, Amerikada 1871-ci ildə Milli Tüfəng Assosiasiyası (National Rifle Association - NRA) yaradılıb. Hazırda bu Assosiasiyanın 5 milyona yaxın üzvü var. Assosiasiyanın rəhbərliyi də əsasən Respublikaçılar Partiyasının təmsilçilərindən təşkil olunub. Bir faktı xatırladım ki, Donald Trampın ABŞ prezidenti seçilməsində bu assosiasiyanın müstəsna xidmətləri olub. Yəni Trampa verdikləri dəstək baxımından. Dünyada istehsal olunan ikinci elə bir məhsul yoxdur ki, onun satışından 2 min faiz, yəni maya dəyərindən 20 dəfə artıq gəlir götürülsün. Misal üçün deyirəm: 5 dollara başa gələn silah 100 dollara satılır. Bu səbəbdən də dünyada silah satışı ən gəlirli sahə hesab olunur”.

Qüdrət Həsənquliyev Las-Veqasda baş verən qətliamın qurbanlarının siyasi korrupsiyanın qurbanı olduqlarını faktlarla əsaslandırıb:

“ABŞ-da bu istiqamətdə aparılan bütün araşdırmalara görə, Respublikaçılar Partiyasının 88 faizinin, demokratların isə 11 faizinin karyera qazanmasında bu assosiasiyanın müstəsna xidmətləri var. Yenə də araşdırmalara görə, respublikaçıların 47 faizi Milli Tüfəng Assosiasiyasının onların seçki kampaniyasına verdiyi dəstəkdən başqa, yəni əlavə olaraq bu assosiasiyadan pul alırlar. Təsəvvür edin ki, Barak Obama prezidentliyinin 8 ili ərzində nə qədər cəhd etdisə, silah satışına məhdudiyyətlərin qoyulması ilə bağlı qanunun qəbuluna nail ola bilmədi. Milli Tüfəng Assosiasiyası və bu assosiasiyanın korrupsiya yolu ilə ələ aldığı konqresmenlər buna imkan vermədi. Görürsünüz ki, az qala hər gün ABŞ-da ya valideynlərindən, ya müəllimindən, ya da məktəbdə sinif yoldaşından narazı qalan, evdə ailəsi, yaxud işdə müdiri ilə dalaşan hər hansı bir şəxs odlu silahla kütləvi qətllər törədir. Həm də bu qətlləri məktəblərdə, universitetlərdə, insanların kütləvi toplaşdığı yerlərdə həyata keçirir ki, cəmiyyətə daha böyük stress yaşatsın. Heç bir səbəb olmadan uşaqları, günahsız insanları güllələyirlər. Və bütün bunlara baxmayaraq ABŞ-da silah satışına məhdudiyyət qoyulması ilə bağlı qanun qəbul olunmur. Baxın, dünyaya korrupsiyaya qarşı mübarizə haqqında dərs keçməyə çalışan həmin o konqresmenlər özləri bilə-bilə ki, qanunun qəbul edilməməsi səbəbindən ABŞ vətəndaşı olan günahsız insanlar, uşaqlar qətlə yetirilirlər, amma yenə də bu addımı atmırlar. ABŞ Konstitusiyasına 2 saylı əlavəyə istinad edirlər ki, vətəndaşların silah saxlamaq hüququ var. Şübhəsiz ki, Konstitusiyaya 2 saylı əlavə korparativ maraqları ört-basdır etmək üçün bəhanədən başqa bir şey deyil. Səbəb isə odur ki, silah istehsalı və satışı ilə məşğul olan qurumlar bundan nəhəng gəlirlər əldə edirlər. Bu gəlirlərin də bir hissəsi korrupsiyaya bulaşmış həmin o konqresmenlərə çatır. Bu baxımdan, birmənalı şəkildə qeyd etmək olar ki, ABŞ-da baş verən son faciə də siyasi korripsiyanın qanlı nəticəsidir. 1975-ci ildən bu yana silah satışına məhdudiyyət qoyulması ilə bağlı yeni qanunların qəbulu üçün bəlkə də 10 dəfə müxtəlif təşəbbüslər olub, amma hər dəfə bu təşəbbüslərin qarşısını Milli Tüfəng Assosiasiyası və bu assosiasiyaya lobbiçilik edən konqresmenlər alıb. Xatırladım ki, həmin Assosiasiyanın tərkibində adı hər şeyi ifadə edən “Siyasi Qələbə Fondu” da yaradılıb. Yəni siyasi qələbə qazanmaq üçün fond... Bu fondun vasitəsi və digər yollarla silah satışına məhdudiyyət qoyulması ilə bağlı qanunun qəbul edilməsinin qarşısı alınır. Bu isə dünyanın lider dövləti, özünü demokratik bir ölkə hesab edən ABŞ üçün utancverici bir faktdır. Hesab edirəm ki, onlar başqa ölkələri korrupsiyada ittiham edəndə bir az düşünməli və xəcalət çəkməlidirlər”.
Doğranmış halda meyiti aşkar edilən kişinin əli tapıldıBir müddət əvvəl Bakıda doğranmış vəziyyətdə aşkar edilən kişinin əli tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hissələrə parçalanmış kişi meyitinin sağ əli (dirsəkdən aşağı) Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilib. Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Tapılmış kişi meyiti hissələrə bölünmüş vəziyyətdə olub. Onun başı və ayaqları bir neçə gün sonra tapılıb, əlləri isə tapılmamışdı..

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları meyitin baş hissəsinin fotoşəkilini də yayıb. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.