Toyuna 6 gün qalmış özünü öldürdü - QaxdaQaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.

APA-nın məlumatına görə, bu gün saat 17 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

MRX-dan APA-ya verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 26 yaşlı Nofəl Yusifov hələki bilinməyən səbəbdən bilərəkdən sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün axşam saat 19:30 radələrində Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə isə Nöfəlin öz toyu olacaqdı. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Las-Veqasda atışmada ölənlərin sayı 58 nəfərə çatıbABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 515 nəfər yaralanıb.

“APA” xəbər verir ki, bunu Las-Veqasın şerifi Cosef Lombardo bəyan edib.

O, ölü sayının artacağını istisna etməyib.

Qeyd edək ki, bu gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.
Cənub bölgəsində “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirilib2 oktyabr 2017-ci il tarixində, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Cənub bölgəsində, Yardımlı rayonunda, Yeni Azərbaycan Partiyasının konfrans zalında, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi.

İclası giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə iclas iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi.

Sonra Sərraf Oruc həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verərək, bildirdi ki, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan in-sanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir!

Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.

Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər.

Daha sonra Sərraf Oruc layihədə nəzərdə tutulmuş ən ağır problemlərdən biri olan, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları məsələsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün, əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında ABƏDF aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində iclas iştirakçılarına ətraflı məlumat verdi.

Yardımlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Əfsanə Məmmədova çıxış edərək bildirdi ki, 65 min əhalisi olan Yardımlı rayonunda 87 şəhid ailəsi, onlardan 5 nəfəri ölümündən sonra Azərbaycanin Milli Qəhranı adna layiq görülmüşdür. 3 nəfər Əgqanstanda həlak olmuş, 4 nəfər Çernobıl əlili, 40 nəfər Qarabağ müharibəsi əlili və 156 nəfər müharibə veteranı vardır.

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı cəbab Ayaz Əsgərovun tapşırığına əsasən bu vətəmndaşlar hərvaxt Yardımlı rayon İcra Hakimiyyətinin diqqət və qayğsı altında olaraq, onların tibbi-sosial məsələlərinin həlində yaxından köməklik göstərir, onlardan əlimizdən gələn köməkliyi əsirgəməmişik. Bu diqqət-qayğı var və bundan sonrada davam etdiriləcəkdir.

Yardımlı rayon İcra Hakimiyyətinin umumi şöbəsinin müdir Zakir İmanov “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsıni müsbət qiymətləndirərək, qeyd etdi ki, həyata keçirilən bu layihə sahəsində adiyyəti olan idarələrlə birgə əməkdaşlıq edərək, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi, Çernobıl əlilləri, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işləri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununa ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəkdir.

Yardımlı rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Rasim Əkbərov şəhid ailələrinə, müharibə əlillərininə veteranlara və hərbi qulluqçulara Yardımlı rayon Xəstəxanasında göstərilən xiddmətdən və həmçinin müharibə əlilərini maraqlandıran, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında müharibə əlilrinə ətraflı məlumat verdi.

Cənub bölgəsində “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirilibSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Səfərbərlik və hazırlıq və Səfərbərlik üzrə zabiti baş-leytenat İlqar Qurbanov, Yardımlı rayon Dövlət Sığorta Komersiya Şirkətinin Yardımlı rayon şöbəsinin müdiri İlham Heydərov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Yardımlı rayon şöbəsinin sədri Hüseyin Vəliyev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Yardımlı rayon şöbəsinin sədr müavini Nicat Alışov çıxış edərək, Yardımlı rayonunda şəhid ailələrinə və müharibə əlillərininə göstərilən diqqət və qayğıdan danışaraq, şəhid ailələrini və müharibə əlillərini marağlandırılan suallara ətraflı cavab verdilər. Çıxış edənlər öz çıxışlarnın sonunda həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

Lyihənin direktoru, Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsininin Yardımlı rayonunda işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək şərait yaradıb yaxından köməklik göstərdikləri üçün Yardımlı rayonunda İcra Hakimiyyətinin başçısı cəbab Ayaz Əsgərova, İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Əfsanə Məmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, polkovnik-leytenat Səbuhi Abdullayev, Yardımlı rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Rasim Əkbərova "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Yardımlı rayon şöbəsinin sədr müavini Nicat Alışova öz təşəkkürünü bildirdi.

Iclasda şəhid ailələrinə və müharibə əlillərinə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” haqqında maarifləndirmə kitabları paylanıldı.

Iclasın sonunda layihənin hüquqşunsatı İlham Əhmədov tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin tibi-sosial məsələləri və sığorta pul vəsaitlərini almaları və əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidmətindən necə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirilərək yekunlaşdı.
Tibbi yeniliklər, ürək əməliyyatları - Azərbaycanın Qərb bölgəsinin ən müasir tibb müəssisəsi  İstər böyklərdə, istərsə də uşaqlarda açıq ürək əməliyyatları, neyrocərrahiyyə üzrə bütün beyin əməliyyatları məhz Mərkəzi Klinika Gəncə Xəstəxanasında keçirilir. Qərb bölgəsində bir sıra tibbi xidmətlər məhz bu tibb müəssisəsində göstərilməyə başlayıb.

Bütün bunlar ölkənin tanınmış media orqanlarını təmsil edən bir qrup jurnalistin Gəncə şəhərində, Qərb bölgəsinin ən müasir xəstəxanası olan Mərkəzi Klinika Gəncə Xəstəxanası ilə tanışlığı ilə söhbəti zamanı məlum olub.

Xəstəxananın baş direktoru Həsən Qəndilov və baş həkim Şamil Bədəlov jurnalistlərin suallarını cavablandıraraq, tibb müəssisəsi barədə ətraflı məlumat veriblər. H. Qəndilov qeyd edib ki, Gəncə Müalicə Diaqnostika Mərkəzi MMC ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında 2008-ci ildə inşa edilib. Mərkəz əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra konseptini dəyişib və Regional Mərkəzə çevrilərək geniş profilli səhiyyə müəssisəsi kimi 2013-cü il sentyabr ayından etibarən “Mərkəzi Klinika Gəncə Xəstəxanası” adı altında istifadəyə verilib.

Tibbi yeniliklər, ürək əməliyyatları - Azərbaycanın Qərb bölgəsinin ən müasir tibb müəssisəsi  Xəstəxananın həyətyanı sahəsi 22.500 m2 və ümumi sahəsi isə 12.404 m2-dir. Əsaslı tikinti və yenidənqurma işlərindən sonra xəstəxananın tibbi xidmət göstərilən sahəsi əvvəlki ilə müqayisədə təxminən 45%, yəni 3300 m2 artırılıb. Ümumi çarpayı fondu dörd dəfədən də çox artırılaraq 27 ədəddən 100-ə çatdırılıb və ehtiyac olarsa, 20 çarpayı daha əlavə artırmaq imkanı var. Bundan başqa, əməliyyat otaqlarında aparılmış rekonstruksiya işləri nəticəsində hər dörd əməliyyatxanada istənilən növ və həcmdə (kiçik, orta, və böyük ölçülü) olan əməliyyatların aparılmasına imkan yaradılıb.

Xəstəxanada quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Xəstəxanada Ürək Damar cərrahiyyəsi, Ümumi cərrahiyyə, Urologiya, Ortopediya və Travmatologiya, Neyrocərrahiyyə, Nevrologiya Oftalmologiya, Qastroentologiya, Kardiologiya, Təcili Tibbi Yardım, Ginekologiya, Neantologiya, Tibbi laboratoriya, İnvaziv radiologiya, Fizio Terapiya, Stomatologiya, Nefrologiya, Ginekologiya və Neyrocərrahiyyə və s. şöbələr fəaliyyət göstərir.

Tibb müəssisəsi 24 saat ərzində, hətta gecə saatlarında belə, ən ağır cərrahi əməliyyatları həyata keçirməyə hazırdır. Buna tibb müəssisəsində dəfələrlə keçirilmiş böyrək transplantasiyalarını misal göstərmək olar. Xəstəxanada tibbi xidmətlərin qiymətləri də münasibdir.

Tibbi yeniliklər, ürək əməliyyatları - Azərbaycanın Qərb bölgəsinin ən müasir tibb müəssisəsi  Tanışlıq zamanı jurnalistlərin diqqətini ən çox çəkən və aktual mövzulardan biri süni mayalanma olub. Paytaxtdan kənarda yerləşməsinə baxmayaraq, bu günə qədər MKGX-də bu günə qədər onlarla süni mayalanma proseduru həyata keçirilib və nəticələrin hamsı uğurlu olub. Bu informasiya jurnalistər tərəfindən maraqla qarşılandı.
Daha sonra xəstəxanın baş direktoru Həsən Qəndilov 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı xəstəxananın fəaliyyətindən danışaraq, yerli əhaliyə xidmətin dayandırıldığını və yalnız yaralı əsgərlərə xidmət göstərildiyini vurğulayıb. MKGX-nın baş həkimi Şamil Bədəlov xəstəxananın personalından danışaraq, həkimlərin profesional seviyyəsi barədə məlumat verdi.

Tibbi yeniliklər, ürək əməliyyatları - Azərbaycanın Qərb bölgəsinin ən müasir tibb müəssisəsi  O, vurğuladı ki, xəstəxana da fəaliyyət göstərən həkimlərin əksəriyyəti dünyanın aparıcı dövlətlərində işləmiş və təcrübə toplamış tibb işçilərindən ibarətdir.
Bununla yanaşı, xəstəxana həm də yerli tibb kollecinin məzunlarını da işsiz buraxmır. Burada kolleci bitirmiş tibb bacılarının işlə təmin olunması üçün lazımi dəstək göstərilir. Daha sonra jurnalistlər xəstəxananın bütün bölmələrini gəzib, həkimlərlə və müasir avadanlıqlarla yaxından tanış olub, həkimlərə onları maraqlandıran suallarla müraciət etdilər.

Anar Tağıyev
Bakıda məşhur transseksual həbs olundu - FOTOLARBakıda məşhur transseksual Darina Habibi həbs olunub.

Uzun müddət Dubayda yaşayan Darina vizajist kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.

Milli-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndəsi saxlanılıb.

Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb.
Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında hatta QİÇS xəstələrinin olduğu da bildirilir. Onların bu təhlükəli virusu başqalarına yoluxdurması istisna edilmir.

Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.

Bundan əlavə, DİN rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə zidd əməllərin qarşısının alınması üçün sərt tədbirləri davam etdirmək təlimatı verilib. (GoldNews.az)
Bakıda məşhur transseksual həbs olundu - FOTOLAR
Bakıda məşhur transseksual həbs olundu - FOTOLAR
Qaradağlının hazırda ATV-də çalışan ən yaxın adamları — SİYAHIATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı ətrafında söz-söhbət səngimək bilmir.

“Ölkə.Az” onun mülklərinin ardınca hazırda ATV-də çalışan ən yaxın adamlarının siyahısını əldə edib. Həmin siyahını olduğu kimi təqdim edirik. Qeyd edək ki, Qaradağlının yerinə CBC telekanalının direktoru Azər Xəlilov təyin olunub.

Nicat Sadıqlı – ATV-nin xəbərlər departamentinin redaktorudur. Vüqar Qaradağlının telekanaldakı ən yaxın 2-3 adamından biri hesab edilir. Hətta 2013-cü ildə Sadıqlının ATV-də işə başladığı bir il olsa da, Qaradağlı onun adını jurnalistlərə verilən ev siyahısına saldırmışdı. Sadıqlının ev almağından sonra departamentin daha uzun müddət staja malik redaktoru Ceyhun Səfər Qaradağlının bu qərarına etiraz etdiyinə görə, onun adı builki mənzil alanlar siyahısında olmadı.

Emil Əliyarlı – Xəbərlər departamentinin koordinatoru. Nicat Sadıqlının qeyri-rəsmi köməkçisi.

Azər Əliyev – Telekanalın təhlükəsizlik xidmətinin rəisi. Qeyd edək ki, V.Qaradağlı onu “Lider” telekanalından ATV-yə təhlükəsizlik xidmətinin rəis müavini kimi gətirmişdi.

Zaur Baxşəliyev – ATV-nin aparıcısı. Qeyd edək ki, “Ümid var” verilişində yığılmış pulların bölgüsündə bu şəxsin adı hallanır. Qeyd edilir ki, bir müddət öncə telekanala kömək üçün müraciət edən Vüsal adlı oğlan üçün 100 min manat yığılmışdı. Vüsalın əməliyyatı üçün lazım olan 40 min manat xərclənsə də, digər 60 min manat haqda heç bir hesabat verilmədi.

Xatırladaq ki, Vüsal əməliyyatdan bir neçə gün sonra vəfat etdi.

Lalə Azərtaş – “ATV xəbər”in aparıcılarından olan bu xanım Azərbaycanın ən çox istirahət edən aparıcılarındandır. İstirahətinin böyük hissəsini xaricdə keçirən Azərtaş da Qaradağlının yaxın adamlarından sayılır.

Sənubər xanım (soyadını dəqiqləşdirmək mümkün olmadı-red.) – kadrlar idarəsinin müdiri.

Baş mühasibin müavini Lalə (soyadını dəqiqləşdirmək mümkün olmadı-red.) də Qaradağlıya yaxın şəxslərdəndir. O Sevda adlı baş mühasibin yerinə təyin edilib.
Tural Əliyev – Vüqar Qaradağlı və qaynı Rauf Dadaşovun şərik işlətdiyi “Panorama” restoranının administratoru, restoranın şou poroqramını koordinasiya edən şəxs. Eyni zamanda ATV-də prodüser vəzifəsində çalışırdı.

Vüqar Qaradağlının Nərmin adlı köməkçisi.

Baş proqram direktorunun müavini olan Nərmin adlı xanım da keçmiş prezidentin yaxın silahdaşlarından hesab edilir.

Nəmənd Rüstəmov – Vüqar Qaradağlıyla “Lider” tekelanalında birlikdə çalışıb. Hazırda “ATV+”un direktorudur.

Rauf Dadaşovun ən yaxın adamı olan Taleh adlı şəxs isə ATV-də baş prodüser vəzifəsini yerinə yetirir.

Taleh adlı baş prodüserin Xəyal adlı köməkçisi həmçinin ATV-nin nəqliyyat xidmətinin koordinatoru vəzifəsində çalışır.

Musiqi departamentinin rəhbəri Alik isə həm Dadaşovun, həm də Qaradağlının yaxın dostudur.

İlhamə Bədəlova – “Həkimsən” verilişinin aparıcısıdır.

Fərid Rəsulov – Rauf Dadaşovun yerlisi (hər ikisi Neftçala rayonundandır-red.) və ən yaxın adamı. Yeri gəlmişkən, Rəsulovun aparıcısı olduğu “İş həmişə var” verilişinin böyük şirkətlərdə apardığı çəkilişlər pullu imiş.
Bərzani referendumu ləğv edir? – Hiyləgər addımİraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Ali Şuranın iclasını keçirib.

Axar.az xəbər verir ki, iclas zamanı Şuranın adının İraq Kürdüstanı Siyasi Liderliyi olması haqda qərar qəbul edilib. Bu ifadə - İraq Kürdüstan Siyasi Liderliyi “Kürdüstan”ın İraqa bağlı olmasına razılıq verməsi kimi qiymətləndirilib. Lakin Bərzaninin baş müşaviri Hemin Hevrami Şuranın adına “İraq” sözünün artırılmasını belə izah edib:

“Bizim “İraq” sözünü əlavə etməyimiz “Kürdüstan”ın İraqın tərkibinə keçməsi, müstəqillikdən imtina etməyimiz kimi başa düşülməməlidir. Bununla biz Kürdüstanı dövlətləşdirmək istəyirik. Bu, Şuranın digər ərazilərdəki kürd torpaqları ilə əlaqəsi olmadığını vurğulaması deməkdir. Yəni bu Şura məhz İraq Kürdüstanına aiddir”.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad referendumu tanımadığını və Kərkükü Kürd Muxtariyyətinə vermək niyyətində olmadığını açıqlayıb.
Las-Veqasdakı hücumun məsuliyyətini İŞİD öz üzərinə götürübİŞİD terror təşkilatı ABŞ-ın Las Veqas şəhərindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatının yaydığı açıqlamada hadisəni törədən 64 yaşlı Stiven Paddokun aylar əvvəl müsəlman olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ hadisəni terror aktı saymır.

Xatırladaq ki, oktyabrın 2-də gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insanları atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb.
Hitlerin bunkerinin sonuncu sakini, Almaniyanın ən sadiq əsgəri və intizamlı hərbçisi – FOTOLARTanınmış rejissor Oliver Hirşqibilin 2004-cü ildə ekranlaşdırdığı "Bunker" filminə baxmamış olmazsınız. Qısa müddət ərzində populyarlaşmış, milyonlarla insanın dönə-dönə izlədiyi film Almaniya faşizminin son günlərini, o cümlədən Adolf Hitlerin həyatının son anlarını əhatə edir.

Hitlerin katibəsi olmuş Traudl Yunkenin xatirələri, eləcə də arxiv materialları əsasında çəkilmiş "Bunker"də məşhur epizod var: - hər kəs bunkeri tərk edib gedir. Reyxstaq dəftərxanasında intihar etmiş Adolf Hitlerin varisi, təhsil və təbliğat naziri Yozef Gebbels, onun xanımı Maqda Gebbels, iki general və filmin operatorlarının tez-tez bizə göstərdikləri Hitleri müşayiət edən hərbçilərdən biri, eyni zamanda telefonçu əsgər qalır. İntihara hazırlaşan Almaniyanın yeni rəhbəri Gebbels xanımı ilə bunkeri tərk edir. O gedərkən üzünü telefonçuya tuturaq: "Siz daha mənə lazım deyilsiniz" - deyir.

Hitlerin bunkerinin sonuncu sakini, Almaniyanın ən sadiq əsgəri və intizamlı hərbçisi – FOTOLARBu rabitəçinin faşistlərə xidmətdən azad edilməsi, dağıdılmış, məğlub edilmiş Almaniyanın bütün hərbçiləri kimi onun da sərbəst buraxılması demək idi.
O isə buranı tərk etmir. Əksinə sonuncu fürer Gebbelsin intiharından sonra başlarına güllə çaxan generalların üstünə mələfə ataraq yenə heç yerə getmir, bunkerdə gözləyir. 2004-cü ildə çəkilmiş filmin sonunda Roxus Mişin həmin illərdə Almaniyada yaşadığı bildirilir. 87 yaşlı keçmiş telefonçu özü də filmə telekanallarda baxır, onun rolunu ifa edən aktyorun hərəkətlərini izləyirdi. Roxus Miş və Traudl Yunke ilə aktyorların "Bunker" filmində canlandırdıqları almanlardan sağ qalan şəxslər idi.
İkinci Dünya müharibəsində Almaniyanın ən intizamlı, sadiq hərbçilərindən biri Roxus Miş Otto Qyunşenin ölümündən sonra Hitlerin ölümünün son şahidi sayılırdı. Roxus həm də Hitler, Yeva Braun, Gebbels və ailə üzvlərinin ölümlərinin şahidi kimi tarixə düşdü.

Avrasiya.net bütün dünyanın "Sonuncu şahid" adlandırdığı, sonralar Adolf Hitler haqqında kitab yazmış Roxus Miş haqqında maraqlı faktları təqdim edir.

Yetim uşaq, istedadlı rəssam, faşist əsgəri

Roxus Miş 1917-ci ilin 29 iyulunda Sileziyada dünyaya göz açmışdı. Tikintidə fəhlə işləyən atası Birinci Dünya müharibəsi iştirakçısı idi. Uşaq yaşlarında valideyn himayəsindən məhrum olmuş Roxusu xalaları və nənəsi tərbiyə etmişdi. Orta məktəbə gedən uşaq sonralar rəssamlığa maraq göstərdiyindən Xoyersverd və Kölndə bu sahə üzrə təhsil aldı. Təhsilini başa vurduqdan sonra isə ixtisası üzrə işləməyə başladı.

Hitlerin bunkerinin sonuncu sakini, Almaniyanın ən sadiq əsgəri və intizamlı hərbçisi – FOTOLAR1937-ci ildə könüllü olaraq Vaffen-SS-ə daxil olan Roxus Miş hərbi xidmətə başlayır. Bu xidmət ona Münhen razılaşmasından sonra Çexoslovakiyanın Sudet vilayətinin işğalının şahidi olmağa da imkan verir.

O eyni zamanda İkinci Dünya müharibəsinin ilk əsgərlərindən idi. Döyüşlərdəki şücaətlərinə görə ikinci dərəcəli "Dəmir xaç" ordeni ilə təltif edildi. 1939-cu ilin sentyabrında Polşaya hücum edən faşist əsgərlərindən olan Roxus Miş Modlina yaxınlığındakı döyüşlərdən birində yaralandı.

Cəbhəyə bir daha yolu düşməyən Roxus Miş bundan sonra Hitlerin qərargahında telefonçu kimi xidmətə başlayır. Fürerin qərargahında, habelə Oberzalçberqdə 1940-cı ildən 1945-ci ilə qədər telefonçu kimi xidmət göstərən Roxus Miş Hitler, Martin Borman, Yozef Gebbels, Denis, Albert Şpeyer, Henrix Himler və digər nasist rəhbərləri ilə təmasda olur, onların danışıqlarının şahidinə çevrilir.

Reyxstaq bunkerinin yerini müəyyənləşdirən sovet əsgərləri 1945-ci il, mayın 2-də burada qalmış sonuncu faşitsi – telefonçu Roxus Mişi əsir götürüb Lübyankadakı
Butırsk həbsxanasına göndərirlər.

İslah Əmək düşərgələrində - "KULAK"da cəza çəkən keçmiş hitlerçi 1953-cü ildə azad edilir. Dərhal Berlinə qayıdan Roxus Miş ev üçün rənglər və mallar mağazası açır.

Hitlerin bunkerinin sonuncu sakini, Almaniyanın ən sadiq əsgəri və intizamlı hərbçisi – FOTOLARBütün dünyada populyarlaşan bestsellerin müəllifi Almaniya, habelə digər ölkələrin jurnalistləri Roxus Mişə tez-tez müraciət edərək ondan Hitlerlə bağlı müsahibə alırlar. Bu, alman faşistlərinin liderinin guya 1945-ci ilin 30 aprelində özünü öldürməməsi, Berlindən qaçaraq Latın Amerikası ölkələrində gizlənməsi haqda şayiələrin daha çox yayıldığı, ucuz sensasiya axtaran mətbu orqanlarda çap edildiyi vaxtlar idi.

2006-cı ilin aprelində Almaniya telekanallarında "Sonuncu şahid Roxus Miş" sənədli filmi nümayiş etdirildi. Bundan iki il sonra, 90 yaşlı Roxus Mişin "Sonuncu şahid" bioqrafik kitabı nəşr edildi. Bütün dünyada məşhurlaşan kitab dərhal Argentina, Bolqarıstan, Braziliya, İspaniya, Polşa, Türkiyə, Yaponiya, Ukrayna və digər ölkələrin dillərinə tərcümə edildi. 2010-cu ildə Rusiyada da sadiq faşistin "Sonuncu şahid" kitabı rus dilinə tərcümə olundu.

Hitlerin cangüdəni, telefonçusu və kuryeri

1981-ci ildə çəkilmiş "Bunker", habelə 2004-cü ildə yenidən, başqa rejissor tərəfindən ekranlaşdırılmış ikinci "Bunker" filmi, eləcə də "Sonuncu döyüş" (2005-ci il) filmləri Roxus Mişi bir qədər də məşhur etdi.

Adolf Hitlerin cangüdəni, qərargahın telefonçusu olmuş Roxus Miş Hitlerə münasibətini ömrünün sonuna qədər gizlətmədi. Sonuncu şahid Hitleri "şef" adlandırmaqla fürerə ölümündən sonra da sadiq olması ilə jurnalistləri təəccübləndirirdi.

"Yevanın başı Hitlerə tərəf çevrilmişdi, özü isə divanda oturmuş vəziyyətdə ölmüşdü"

Roxus "Sonuncu şahid" kitabında yazırdı: "Mən onda (Hitlerdə) möcüzəli, qeyri-adi heç nə görmədim. Hər kəs kimi Hitler də adi, normal insan idi. Lakin o, insanlar üçün fürer rolunu oynayırdı. Hitler telefonçulara faşist düşərgələri haqda heç nə demirdi".

Bu maraqlı qeydlər də Hitlerin ölümünün son şahidinin kitabındandır: "Fürer mənim gözlərimin içinə baxdı, baxışları aydın idi. Lakin həmin nəzərlər daha fürerə məxsus deyildi. Bu, Hitlerin intiharından öncə onunla sonuncu görüşümüz idi.

Hitlerlə Yeva Braun intihar etmək üçün otağa girdikdən sonra yarım saat gözlədik. Sonra isə qapının açılmasını xahiş etdik. Bunu heç vaxt unutmaram: - Yeva Braunun başı Hitlerə tərəf çevrilmişdi, özü isə divanda oturmuş vəziyyətdə ölmüşdü. Lakin başı stola doğru əyilmişdi".

Qeyd edək ki, Roxus Mişin 90 yaşında qələmə aldığı, bestsellerə çevrilmiş "Sonuncu şahid" kitabında fürerin intihar etdiyi divanın fotosu da yerləşdirilib.

Hitlerin məşuqəsi olmuş Yeva Braun da sədaqətli əsgərin yaddaşında müəyyən izlər buraxıb: "O, çox yaxşı qız idi. Tez-tez öz istedadını göstərirdi. İdmançı kimi idi".
Roxus Rusiyanın "NTV" telekanalı jurnalistinin "Siz Yeva ilə rəqs etmisiniz?" sualını "Yox, rəqs etməmişəm. Yəqin ki, bundan qorxurdum" – deyə cavablandırıb.
Xatirələr, etiraflar onu göstərir ki, bəzi faşistlər Roxusu sədaqətli köpək adlandırırdı.

Bəzilərinin isə sədaqətini yüksək qiymətləndirdiyi Roxus Miş 2013-cü ildə 96 yaşında Berlində vəfat etdi. Bununla da 70-ci illərdə dağıdılmış bunkerin sonuncu şahidi də dünyadan köçdü.

Anar Tağıyev
Las-Veqasda 50 nəfəri öldürən, 200 nəfəri yaralayan atıcı - FOTOLas-Veqasda festivala toplaşan insan izdihamını atəşə tutan 64 yaşlı Stiven Paddok buna qədər mühakimə olunmayıb və heç hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməyib.

"ABC News" xəbər verir ki, S.Paddok Las-Veqasa yaxın ərazidə yaşayıb və ehtimal ki, mühasib və ya auditor vəzifəsində çalışıb.

Məlumata görə, onun ov etməyə icazəsi və pilot lisenziyası olub. Xəbər verdiyimiz kimi, S.Paddok öldürülüb.

Polis onun Merilu Denli adında qadın yoldaşını axtarır. Son məlumatlara görə, artıq onun gizləndiyi yer müəyyən edilib.

Amma hadisənin motivləri hələlik məlum deyil.

Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərindəki “Mandalay Bay” mehmanxana kompleksində baş vermiş atışma nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Hadisə nəticəsində 200-dən çox adam yaralanıb.

Las-Veqasdakı qırğın ABŞ tarixində ən kütləvi güllələnmə hadisəsi adlandırılıb.