“Qoca”nı qaçıran Günay Atakişiyeva kimdir?“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.

Qafqazinfo xəbər verir ki, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

Təxminən 30 yaşlı subay qadın “Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

G.Atakişiyeva hazırda “Qoca”nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: “Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”.

G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.

Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.
Bank sabiq deputatdan pulunu tələb edirBeynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Ruslan Əsgərov və Seyfulla Seyfullayevin vəkilləri müvəkkillərinin cinayət işində olan dəlillərlə bağlı münasibət bildiriblər.

Onlar deyiblər ki, hüquqlarını müdafiə etdikləri şəxslərin cinayət işi sübuta yetirilməyib.

Daha sonra təqsirləndirilən F.Əmiraslanovun vəkili Həbib Həbibbəyli çıxış edib. O, apellyasiya şikayətini müdafiə etdiyini və müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

D.Xəlilovun vəkili Elvin Səlimov da apellyasiya şikayətini müdafiə etdiyini və müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Beynəlxalq Bankın nümayəndəsi çıxışında mülki iddianın tam şəkildə təmin edilməsini istəyib.

Məhkəmə noyabrın 14-də davam edəcək.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon mana mənimsəməkdə təqsirləndirilirlər.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.

D.Xəlilovun əmlakı "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödəniliməsinə yönəldilib.
Qarabağ qazisinə məxsus torpaq sahəsi qanunsuz olaraq özəlləşdirildi - FOTOBakı şəhəri, Yasamal rayon sakini 3-cü qrup əlil Məmmədov Eldar Kazım oğlu və onun keçmiş həyat yoldaşı Növrəstə Yusifova tərəfindən saytımıza şikayət daxil olmuşdur. Məktubda göstərilir ki, şikayətçilərə məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Z.S.Nağdəliyevə, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri cənab Ş.M.Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab K.Həsənova, Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab R.İ.Usubova və Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Rəisi cənab G.İ.Əhmədova rəsmi məktub və teleqramlarla müraciətlər olunmuşdur. Lakin bu şikayətlərə bu günə qədər baxılmamışdır.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan bağ massivindən 1948-ci ildən babama 37 sot boş bağ torpaq sahəsi verilmişdir. 1987-ci ildə həmin bağ sahəsinin 25 sotu nənəm Quliyeva Kubra 234/2023 saylı bağ, 03 sentyabr 1987-ci il tarixli müqavilə və 12 sot isə 2017 saylı, 10 sentyabr 1987-ci il 8903 nömrəli müqavilə ilə isə Məmmədov Eldar Kazım oğlunun (mənim) adına keçirilmişdir. Həmin sahələr bir yerdə, arakəsmə olmadan, yaşamaq üçün hər şəraiti olmaqla, meyvə və yaşıllıq ağacları əkilərək istifadəmizdə olmuşdur. Ailələrimiz hər yay bu bağlarda istirahət ediblər.
2013-cü ildən həmin bu bağ sahələrini özəlləşdirmək qərarına gəldik. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyinə dəfələrlə müraciət etsək də qanuni olaraq heç bir sənəd əldə etmədikdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab K.Həsənova elektron və poçtla məktub göndərildi və qəbul etməyini xahiş etdik. Qəbulda cənab Hikmət Mustafayev məsələyə yenidən baxılması üçün ƏMDKYDƏDRX Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyə göndərdi. Sənədlərə baxıldı. Nəticə: 2023 saylı bağımızı saxtakarlıq yolu ilə mənimsəyən, zəbt edərək özəlləşdirən kimlərsə mənə məxsus olan 2017 saylı bağımın da bir hissəsini zəbt edərək öz istifadəsinə keçirib və reestr alıb. Bizə qanuni yerimizin katastrını vermirlər ki, artıq onlar özəlləşdirib.

Əmlak Komitəsinin məmurları özləri tərtib və təsdiq etdiyi sənədləri ləğv etmək əvəzinə bu işdə onlara havadarlıq edirlər və hər vasitə ilə onları, sənədlərini toxunulmaz qoruyurlar, belə məmurlar üzündən qanunsuzluqlar baş alıb gedir.
Bizi haqsız olaraq o qədər bezdirirlər ki, belə haqsızlıqla yaşamağa dözüm qalmayıb.

Mən və ailəm də bu Dövlətin vətəndaşlarıyıq. Bizim ən azı hüquqlarımız, haqqımız taptalanır, kasıb, əlil, xəstə ahıl insanlarıq, vəzifə sahibi deyilik. Özümüzə aid olan torpağımızdan, malımızdan, mülkümüzdən istifadə edə bilmirik. Bu haqsızlığa nə vaxta kimi dözməliyik?

Bürokratik əngəlliklər, qanunsuz saxtakarlıqları araşdırmaqdan səhhətimiz daha da ağırlaşıb, ömrümüz isə belə səbəblər üzündən qısalıb.

Ali Baş Komandanın sərəncamı, xalqın birliyi ilə torpaqlarımız qaytarılacaq, vətənimizin öz içərisindən torpaqları qanunsuz ələ keçirən saxtakarlardan öz əmlakımızı onlara havadarlıq edənlərin əlindən geri qaytarmağa gücümüz çatmır. Vətəndaş olaraq haqqımız, hüququmuz kobud surətdə tapdalanıb, qanunlarımız pozulub. Polislərə müraciət etsək də bizə dedilər ki, bu polisin işi deyil.

Buradan Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənabları və onun xanımı Azərbaycan Respublikasının Birinci xanımı, Millət Vəkili Mehriban xanım Əliyeva səslənərək, kasıbın, fəqirin, kimsəsizin, köməksizin, əlilin haqqının bərqərar olacağına və yuxarıda qeyd olunan əmlakımızın geri qaytarılaraq özümüzə veriləcəyinə ümid edirik, inanırıq. Biz əlillərin, xəstə və ahıl insanların ilk və son xahişi: - Sizdən xahiş edirik inamımızın, ümidimizin qırılmasına imkan verməyin, torpaq sahəmizi saxta sənədlərlə əldə edərək mənimsəyərək özəlləşdirənləri etdikləri əməllərə görə cəzasız qoymayın.

Son ümidimiz yalnız Sizsiniz. Belə əməllərin qarşısı vaxtında alınmasa gələcəyimiz nə olacaq?
Əvvəlcədən Sizə səmimi təşəkkürümüzü bildiririk.

Hörmətlə,
Nümayəndə və ailənin üzvü: Növrəstə Yusifova

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
"Avtoritet"lərlə eşq yaşayan məşhurlarımız
Fədayə Laçının həbsinin ardından kriminal dünyanın “ulduzları” ilə sevgi yaşamış sənət adamları gündəmə gəldi.

A24.az indiyə qədər “avtoritet”lərlə, adı kriminal hadisələrdə hallanan şəxlərlə eşq yaşamış məşhurlardan bir neçəsi haqqında məlumat təqdim edir.

Xatirənin “Spartak”ı

"Avtoritet"lərlə eşq yaşayan məşhurlarımız
İlk əvvəlcə müğənni Xatirə İslamdan başlayaq. Heç kəsə sir deyil ki, ifaçı “Texnikabank”ın Bakı Filialının sabiq rəhbəri Zal Yusifovun 8 il həbs cəzası almış “Spartak” ləqəbli oğlu İslam Yusifovla sevgili olub. Hətta o da iddia olunur ki, Xatirənin götürdüyü “İslam” təxəllüsü də məhz sevgilisinin adı ilə bağlıdır. Sadəcə xalqın gözündən pərdə asmaq məqsədilə bu təxəllüsü mərhum Xalq artisti İslam Rzayevin adı ilə bağlayıb.

Xatirə İslam özü bu sevgi barədə etiraf etməsə də “Spartak” istintaqa ifadəsində Xatirəni 16 yaşında tanıdığını, 4 il qeyri-rəsmi yaşadıqlarını, müğənniyə külli miqdarda pul xərclədiyini bildirib: “Ona 2 ev, 30-40 min dollar cibxərcliyi, klip üçün 50 min, ofis üçün 60 min manat, “Audi Q7” üçün 40 min dollar, “Range Rover”in kreditindən 20 min dollar, bağının təmiri üçün 50 min dollar, axırda da 100 min manat pul vermişəm. Ona bir neçə daşınmaz əmlak, ev və maşın almışam. ”

İslam Yusifov ifadəsində göstərmişdi ki, Xatirənin aldığı iki evin pulunun bir hissəsini ödəyib. Həmin evlərdən birini Xətai metrostansiyasının arxasında yerləşən “Ləpələr” MTK şirkətinin tikdiyi yeni binada, digərini isə Göy məscidin arxasında yerləşən yeni tikilmiş binadan alıb: “Xətai metrostansiyasının arxasında yerləşən binadakı mənzil 3 otaqdan ibarətdir və bildiyimə görə, anasının adınadır. Həmin evin alınması üçün 30 min dolları şirkətə ödəmişəm, 20 min isə Xatirənin özünə vermişəm. Yəni həmin evin alınması üçün 50 min dollar pul ödəmişəm”.

İslam Yusifov ifadəsində Xatirənin onu təhdid etdiyini də bildirmişdi: “2008-ci ilin iyun ayında ailə həyatı qurmağa hazırlaşdığı üçün Xatirə ilə münasibətlərimə son vermək qərarı verdim. Lakin Xatirə məni şantaj edərək münasibətlərimizin qurtarması üçün 100 min ABŞ dolları istədi. Əks təqdirdə, ailəmə və nişanlıma zəng vuraraq aramızda olan hər şeyi danışacağını bildirdi. Buna görə də Xatirə mənə 2-3 gün vaxt verdi və məndən xarici pasportumu tələb etdi. Mən də onu sakitləşdirmək məqsədilə xarici pasportumu ona verdim. Bir qədər sonra isə 100 min dolları Xatirəyə ödəmək qərarına gəldim”.
Cinayət işinin materiallarından o da məlum olmuşdu ki, İslam Yusifov Xatirəyə “Xalq artisti” adı verilməsi üçün Milli Məclisin deputatlarından birindən də xahiş edibmiş. Həmin deputat da istintaqa verdiyi ifadəsində qeyd edib ki, “Xalq artisti” adının verilməsi onun səlahiyyətləri çərçivəsində həll edilmir və adı ölkə prezidenti verir.

Arif Quliyevin gəlinin “Lotu Quli”si

"Avtoritet"lərlə eşq yaşayan məşhurlarımız
Xalq artisti Arif Qulievin keçmiş gəlini də “avtoritetlə” sevgi yaşayıb.
2005-ci ildə kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov haqqında açılmış cinayət işində Xalq artistinin gəlinin də adı hallanıb. Bir neçə məhkumun cəzaçəkmə müəssisəsində zorlanması faktı ilə açılmış cinayət işində Arif Quliyevin gəlini zərərçəkmiş kimi tanınıb. Quli isə ittihamın sonadək qondarma olduğunu bildirib, qətiyyətlə rədd edib. “Oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, 22 illik fasiləsiz həbs yatan “Lotu Quli” bu günlərdə azadlığa çıxıb.

Aygün Kazımovanın Quliyevi
"Avtoritet"lərlə eşq yaşayan məşhurlarımız
Xatirinizdədirsə, 1998-ci ildə ACP lideri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Heydər Əliyev adına hava limanında həbs olunarkən xalq artisti Aygün Kazımova gözüyaşlı vəziyyətdə telekanallara müsahibə vermişdi, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi.
Bundan sonra mediada Rza Quliyevlə Aygün Kazımovanın tanışlığının şok tarixcəsini yayılmışdı. Deyilənlərə görə, 1994-cu ildə ölkədə çox məşhur olan bir polis rəisi Aygün Kazımovanı həbs edir. Bu həbs barəsində bölmə rəisi olan dostu Rza Quliyevə danışır. Rza Quliyev isə dostundan Aygünü azad etməyi xahiş edir. Polis rəisi isə zarafatla bunun o dövrlər üçün heç də az məbləğ olmayan 3000 dollara başa gələcəyini deyir. Rza Quliyev isə həmin məbləği verərək Aygün Kazımovanı azad etdirir. Məhz bundan sonra Aygünlə Rzanın məhəbbət macərası başlayır. Cütlük elə həmin ildən qeyri-rəsmi nigah altında yaşayır. Rza Quliyev müğənniyə səhnəyə çıxmağı da qadağan edir. 1998-ci ildə ölkə rəhbərliyi ilə əmisi Rəsul Quliyevin arasında yaşanan narazılıqlardan sonra Rza Quliyev Aygün Kazımovayla birgə Türkiyəyə gedərkən həbs olunur. Rzanın həbsindən sonra Aygün Kazımova bir müddət onun yanına həbsxanaya da gedib-gəlir. Lakin sonradan xalq artistinin xüsusi xidmət orqanları ilə əlaqəli olmasından şübhələnən Rza Quliyev onu qovur. Və bu sevgi də orada bitir…

Mətanətin Mahiri

"Avtoritet"lərlə eşq yaşayan məşhurlarımız
Əməkdar artist Mətanət İsgəndərlinin bir müddət sevgili olduğu Mahir Abdullayev qalmaqallı insan olmasa da bu bərabərlik böyük qalmaqalla sonlanıb. Belə ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsində Mətanət İsgərlinin əlinin olduğunu iddia edirdi. Yəni bu bərabərlikdə qaranlıq tərəf kimi daha çox Mətanət Ələsgərlinin adı hallanırdı.

Əməkdar artist istintaqa ifadəsində sevgili olduqlarını danmasa da, Mahirin itkin düşməsində əli olması ilə bağlı ittihamları rədd etmişdi:
“Abdullayev Mahir İslam oğlu ilə təxminən 1996 və ya 1997-ci ildə tanış olmuşam. Həmin vaxtdan Mahirlə aramızda dostluq münasibəti yarandı və biz tez-tez görüşməyə başladıq. Mahir incəsənət sahəsində inkişaf etməyim üçün mənə maliyyə dəstəyi də göstərib, hətta 1998-ci ilin 16-17 mart tarixlərində solo konsertlərimi təşkil edib. …Biz bir-birimizə qarşı çox qısqanc olduğumuzdan tez-tez Mahirlə küsülü olurduq. 02 oktyabr 2003-cü il tarixdə AzTV-nin seçkiqabağı o zamanki Dəvəçidə təşkil etdiyi konsertdə iştirak etmək üçün Mahirlə həmin rayona getmişik. Əvvəlcədən planlaşdırdığımız kimi konsertdə çıxış etdikdən sonra Nabrana getdik. Axşam Nabrana çatdıqdan sonra hazırda yadımda qalmayan səbəbdən Mahirlə sözləşdik və bir-birimizdən küsdük. Təxminən 1 saatdan sonra artıq Bakıya qayıtmaq qərarına gəldik. Yolda Mahir and içərək məni əmin etməyə çalışırdı ki, o məni digər qadınlarla aldatmır. Mahirin növbəti andlarının birində yanımızdakı dostu Sənan ona üstüörtülü dedi ki, “niyə yalandan and içirsən, sən Mətanəti aldadırsan axı”. Mahir Sənanın bu sözündən küsərək “Beş barmaq” deyilən ərazidə maşını saxlatdırıb, yoldan keçən sarı rəngli taksiyə minib bizdən ayrı getdi. Həmin vaxtdan sonra Mahirlə heç bir əlaqəm olmayıb. 13 oktyabr 2003-cü il tarixdə saat təxminən 24 radələrində Asif mənə zəng edərək Mahiri görüb-görmədiyimi soruşub. Mən isə Mahirlə küsülü olduğumuzu və onu təxminən 10-11 gündür ki, görmədiyimi söyləmişəm. Mahir ümumiyyətlə yalana meylli insan olduğundan əvvəlcə onun itməyinə inanmadım”.

İlhamənin Hacısı
"Avtoritet"lərlə eşq yaşayan məşhurlarımız

Mərhum Xalq artisti İlhamə Quliyevanın da kriminal dəstə başçısı kimi tanınan keçmiş DİN müvəkkili Hacı Məmmədovla sevgili olması barədə dəfələrlə yazılıb.
İlhamə Quliyeva bunu inkar etsə də, Xalq artisti Aygün Kazımova mətbuta açıqlamasında onların nəinki sevgili olduğunu, hətta İlhamənin Hacı Məmmədovun bandasının üzvü olduğunu iddia etmişdi: “İlhamə Qarabulaqlı” adı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu, deyəsən, yaddan çıxartmısınız. Bəlkə elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz?”
İlhamə Quluyeva isə bu iddialarına görə Aygün Kazımovanı məhkəmə ilə hədələmişdi.







A24.az
Fədayədən şok etiraf: Onu ömür boyu gözləməyə hazıramTanınmış müğənni Fədayə Laçınla “Qoca” ləqəbli Etibar Məmmədovun sevgi romanı sən demə, türməyə düşməmişdən öncə başlayıbmış

Hələ 2015-ci il noyabrın 25-də müğənni "Speys" Televiziyasında Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan “Məhəbbət əhvalatları” verilişində şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.

Xanım sənətçi indiyə qədər heç yerdə danışmadığı sirlərini həmin verilişdə açıb-töküb.

Verilişin aparıcısı Mikayıl Güləddinoğlu həmin günü indiki kimi xatırlayır:

“Həmin verilişdə Fədayə Laçın ad çəkmədi, amma gizlin sevgi hekayəsini ilk dəfə olaraq bizə danışdı. Yadımdadır ki, bunu danışanda gözyaşlarına hakim ola bilmədi. Deyirdi ki, sevdiyi insan tanınmış adamdır, qızın da qəlbini mərdliyi ilə ələ alıb. Toyların birində tanış olublar. Fədayənin sənəti onu heyran edib. Sonradan bu münasibət sevgiyə çevrilib. Fədayə deyirdi ki, rayonda toyda olanda oğlan Bakıdan onu görməyə gəlirdi. Həmişə də hədiyyələr gətirirmiş… Etiraf etdi ki, doyunca sevgi yaşamadıq, o türməyə düşdü.

Həbsxanaya düşməzdən əvvəl Fədayə onunla yaşadığı xoş günləri də xatırlamışdı:

“O xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömürboyu gözləməyə hazıram”.

politika.az
PA aparat rəhbərinin müavini və dövlət müşaviri vəzifəsi ləğv olundu - Dəyişiklik rəsmiləşdiMilli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub.

Hazırki təsinaftda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi çıxarılır.

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib/Report.
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı: "Bir də gördüm girdi otağıma..."Xəbər verdiyimiz kimi, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifindən imtina etdiyi üçün işdən çıxarıldığını iddia edib.

G.Ələsgərova məktəbə ayrılan ərzağın direktora məxsus mağazada satıldığını, A.Vəliyevin tabeliyində çalışan qadın müəllimələri təhqir etdiyini də söyləyib. İttihamlardan biri də xadimələr olduğu halda əqli qüsurlu uşaqların sinif otaqlarını təmizləməyə məcbur edilməsidir.

İnternat məktəbinin direktoru Allahverdi Vəliyev isə virtualaz.org saytının redaksiyasına gələrək, haqqında səsləndirilən ittihamlara cavab verib. Hazlrda özünün və ailəsinin gərgin vəziyyətdə olduğunu deyən direktor görüntülərini çəkməməyimizi də xahiş etdi.

"Baş tərbiyəçi iddiasında idi"

Gülnar Ələsgərova Təhsil Nazirliyinin tapşırığı ilə 2015-ci ilin aprelin 1-də 12 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim kimi işə başlayıb. Direktor deyir ki, ilk 6 ayda dəfələrlə işə gecikib, bir otaqda oturduğu müəllimə ilə mübahisə edib. Oktyabrdan isə baş tərbiyəçi olmaq iddasına düşüb:

"Məktəbdə baş tərbiyəçi ştatı bağlanıb. Buna görə də, baş tərbiyəçilər ictimai əsaslarla işləyir. Ötən ilin aprelində baş tərbiyəçinin fəaliyyətini təhlil etdim, qənaətbəxş olmadığından bu vəzifəni məktəbimizin qocaman əməkdaşı Maisə Əliyvaya həvalə etdim. Bununla bağlı əmr imzaladım. Maisə Əliyevanı kollektivə mən təqdim etmək istəyirdim. Lakin həmin gün məni Təhsil Nazirliyinə çağırdılar. Müavinimə tapşırdım ki, tərbiyəçiləri toplayaraq əmri elan etsin. Həmin iclasda Gülnar Ələsgərova dava salıb, yeni baş tərbiyəçini təhqir edib, sonra əmri cırıb. Deyib ki, baş tərbiyəçi yalnız özüm olacağam".

İclasdan sonra Gülnar Ələsgərova və Maisə Əliyeva direktora ərizə yazaraq ciddi ölçü götürülməsini tələb ediblər. Direktor isə məsələnin araşdırılması üçün ərazi üzrə polis bölməsinə müraciət edib. Araşdırma aparılıb, M.Əliyevaya qarşı cinayət işi açılıb. Lakin G.Ələsgərova barışıq ərizəsi yazıb.

Telefonla şantaj

Direktor deyib ki, məktəbdə 130 sağlamlıq imkanları məhdud uşaq, 56 pedaqoji heyət üzvü, 30 texniki işçi var. Ələsgərova gələnə qədər sakitçilik olub. O, gələndən sonra məktəbdə hər kəsi şantaj etməyə başlayıb:

"Telefonla səs yazırdı, şəkil, video çəkirdi. Hamıya da elan edirdi ki, sənin haqqında əlimdə materiallar var. Ona qarşı çıxanları qorxudurdu. Buna görə də, ona dəfələrlə irad bildirmişdim, amma əməllərindən çəkinmirdi".

"Hikkə ilə kabinetimə gəldi..."

A.Vəliyev bildirib ki, G.Ələsgərovanın əməlləri bununla bitməyib. Mütəmadi işə gecikib, uşaqları tək qoyaraq qonşu siniflərdə vaxt keçirib. Bununla bağlı iradları isə sərt cavablar verib:

"Dedim ki, dəfələrlə xəbərdarlıq etmişəm, növbəti dəfə töhmət verəcəyəm. Sonra onunla söhbət edən müəlliməni çağırıb iradımı bildirdim. Bir də baxdım hikkə ilə kabinetimə gəldi, dedi ki, sözünüz var, mənə deyin. İkinci töhməti verdim".

"Deyib ki, ona əxlaqsız təklif etmişəm, şoka düşdüm"

Allahverdi Vəliyev Gülnar Ələsgərova haqqında Təhsil Nazirliyinə şikayət edib. Gülnar Ələsgərova da öz nöbəsində direktor haqda nazirliyə şikayət ünvanlayıb. Hər ikisini də Təhsil nazirliyinə çağırıblar. Müəllimə nazirlikdə direktorun ona əxlaqsız təklif etdiyini deyib. Direktor bunu eşidəndə şoka düşdüyünü söyləyir:

"İlk anda pis vəziyyətə düşdüm. Yaxın günlərdə 60 yaşım olacaq, Gülnar Ələsgərova qızım yaşdadır. 19 ildir bu internat məktəbində direktoram, bütün kollektiv hörmətimi saxlayır. Ona əxlaqsız təklif etməyimlə bağlı dedikləri şər və böhtandır", - Vəliyev əlavə edib.

Qeyd edək ki, G.Ələsgərova məktəbdə kameraların olduğunu, işə giriş-çıxış saatlarının qeydə alındığını söyləyərək kamera görüntülərini tələb etmişdi. Direktor isə deyir ki, məktəbdə quraşdırılmış kameraların yaddaşı 20 günlükdür. Buna görə də, kamera görüntülərini təqdim edə bilmir. "Kamera görüntülərini izləmişik, sonra müavinlərimin iştirakı ilə aktlaşdırmışıq. Amma görüntüləri saxlamamışıq". Vəliyev onu da əlavə edir ki, bütün məktəbdə kamera olduğu halda, öz kabinetində kamera quraşdırmayıb.

"Mənim yeganə günahım odur ki..."

Redaksiyaya direktorun müəllimələri təhqir etdiyini, ardınca söyüşlər söydüyünü əks etdirən səs yazısı təqdim olunub. Vəliyev səs yazısının ona məxsus olduğunu etiraf edib:

"Bu, mənim 19 illik rəhbərlik tarixində yeganə səhvimdir və bunu etiraf edirəm. Həmin gün bərk əsəbiləşmişdim. İnternatın müəllimlərindən biri kabinetimə gəldi və mübahisə etməyə başladı. Bərk əsəbi olduğumdan söyüş söydüm. Əvvəlki və ya sonradan hansısa müəlliməyə söyüş söyməmişəm".

"Uşaqlar sinifi yığışdırıblar"

Direktor onu da etiraf edir ki, uşaqlar sinif otaqlarını yığışdıra bilərlər. Amma məlum foto və video görüntülər ona şər atmaq üçün qurama ola bilər. A.Vəiyev ona intizam təhbehi verilməsi ilə bağlı deyilənləri də təkzib edib.

"Mağazanı göstərsin, ona bağışlayım"

İttihamlardan biri də məktəbə gətirilən ərzaqların direktora məxsus mağazada satılmasıdır. Vəliyev bu ittihamı rədd edib: "Gülnar müəllimə həmin mağazanı göstərsə, ona bağışlayacağam".

Qeyd edək ki, Gülnar Ələsgərova işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə direktoru məhkəməyə verib. Məhkəmə noyabrın 20-də olacaq.
Aqil Acalov: ”BTC yolundan Gürcüstanda yaşayan soydaşlarımız bəhrələnəcəklər”Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı cənubi Qafqaz məkanında yeni imkanlara yol açacaq.

Azərbaycan Alpaqut Federasiyasının prezidenti,tanınmış ictimai fəal Aqil Acalov BTC dəmiryolunun açılışına münasibət bildirib.

“Dünən böyük tarixi hadisəyə şahidlik etdik. Dünyanın diqqəti Azərbaycanda idi. Cənab prezident İlham Əliyevin açılış mərasimində bildirdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.

A.Acalov eyni zamanda, bunun Türk dünyasının siyasi, iqtisadi və sosial, mədəni inteqrasiyasını sürətləndirəcəyini söyləyib:

“Dəmir yolu xətti Mərkəzi Asiya türk dövlətlərində də iqtisadi vəziyyətə müsbət təsir göstərəcək.
Həmçinin, Gürcüstanda yaşayan soydaşlarımız bundan bəhrələnəcəklər. Regionda yeni iqtisadi ab-hava yaranacaq”.
“İrsimizə atəş açmayın” adlı yeni film sülhə səsləyir“İrsimizə atəş açmayın” adlı yeni sənədli film çox düşündürür. İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənovanın hazırladığı bu filmdə həm sülhə çağırış, həm İrəvansızlığın nostaljisi, həm təkzibolunmaz faktlar var.

Bir şəhər var yaxınlarda darıxan, bir şəhər var uzaqlarda köks ötürən. Bir şəhər var sabahlarda günəşi çoxdan batan. Bir şəhər var adı İrəvan. Haradı İrəvan? Nə üçün sənə, mənə, bizə aiddi? Və bu suallara gələn cavablar. İrəvan əzəli Azərbaycan torpağıdır. İrəvan hər daşında, hər torpağında irsimizdi. İrəvan nəfəs alan tarixmizdi.
Bu gün dünya siyasətinin tendensiyalarından biri həqiqətə ikili standartlarla yanaşmaqdır. Nə yazıq ki, İrəvanın əzəli Azərbaycan torpağı olmasını hələ də Qərbin siyasi dairələri tam qəbul etmək istəmir.

Amma nə yaxşı ki, həqiqət axtarışında haqqın öz payı, tarixin öz möhürü var -- FAKT! Bu gün uydurulan erməni yalanları ilə yazılmır TARİX! Bütün hallarda əlahəzrət FAKT öz sözünü deyir. Şəlalə Həsənovanın hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, faciəsi qəlbimizi odlayan dağıdılmış İrəvan məscidləri qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır. Müəllif İrəvanda həmin məscidlərin fotolarını təhlil etməklə, onların adını dəqiqləşdirmiş və ilk dəfə Yerevanın xəritəsində yerlərini aydın şəkildə göstərir.

İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri farslaşdırma iddiaları ifşa olunur.


Bununla yanaşı, Şəlalə Həsənova Azərbaycanla Ermənistan arasında yaradılmış “Sülh Platforması”nın həmtəsisçisi kimi, iki ölkə arasındakı qarşıdurma nəticələrinin aradan qaldırılması, düşmən obrazının məhv edilməsi və daxili sülh ehtiyatlarının axtarılması mövqeyindən çıxış edir. Filmdə vurğulanan məqamlardan biri odur ki, Ermənistan cəmiyyətində də bu çağırışlara həmrəy olan insanlar var. Filmdə göstərildiyi kimi, rasional fikirli ermənilərin özləri də etiraf edirlər ki, tarixi gerçəkliklər erməni xalqının özündən belə gizlədilir.

Gənc bəstəkar Azər Əsgərov tərəfindən film üçün yazılmış gözəl musiqi intonasiyası, dərin çalarları ilə müəllifin ideyasını hiss etdirir və mətnlə ahənglik yaradır.
“İrsimizə atəş açmayın” Şəlalə Həsənovanın sayca 10-cu filmidir. Onun hazırladığı “Mənim 500 yaşım var», “İlk xristian dövlətinin izi ilə”, “Yerevanda azərbaycançılığın izi ilə”, “Ararat “yox” deyir”, “Amerika ekspertləri “erməni genosidini” təkzib edir”, “Kesab oyunu”, “Puşkindən sürpriz”, “Ermənilərin Qafqaza köçü xronikası” və s. filmlər xarici ölkələrdə təqdim olunmuş və sosial şəbəkələrdə populyarlıq qazanmışdır.

Azərbaycan, alman və rus dillərində hazırlanmış bu film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlmişdir.
Fədayənin “Qoca”sı: ölkənin axtardığı avtoritet – HəyatıBakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakıya gətirilən zaman Biləcəri dəmiryol stansiyasından qaçmağı bacaran dustaqların qaçışından 8 gün vaxt ötür. Dustaqlardan 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami qaçdıqdan 3 gün sonra Şirvan şəhərində tutuldu. Lakin əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Məmmədov hələ də azadlıqdadır.

Axar.az xəbər verir ki, axtarışı istiqamətində tədbirlər davam etdirilən E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu.

Etibar Ələkbər oğlu Məmmədov 1980-ci ildə Hacıqabul rayonunda dünyaya gəlib. Uşaq yaşlarından məhbus həyatı yaşayan E.Məmmədovun kriminal aləmdə məşhurlaşmasına səbəb də bu olub. “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhur olan E.Məmmədov kiçik yaşda törətdiyi cinayətə görə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş islah müəssisəsində cəza çəkib.

Həbsxanada olduğu müddət həbsxana nəzarətçisini qətlə yetirən 18 yaşlı E.Məmmədov bundan sonra daha çox tanınıb. İndiyə qədər daşıdığı adları da məhz bu hadisədən sonra qazanıb. 18 yaşlı “Qoca”nın nəzarətçini öldürməsi əlavə olaraq 10 il həbs yatmasına səbəb olub.

“Qoca” 2008-ci ildə, 28 yaşında həbsdən azad edilib. Bu müddət ərzində o, kriminal aləmin tanınmış nümayəndələri ilə daha yaxından tanış olub. Azadlığa çıxandan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. "Qoca” Azərbaycanda həbsdə olan "Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifovla da türmədə tanış olub.

Lakin Qocanın azadlığı cəmi 7 il çəkib. İki il öncə - 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra yenidən həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda məhz bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılırdı. Əgər Qoca Biləcəri dəmiryol stansiyasında qaça bilməsəydi, o, 19 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum ediləcəkdi.

37 illik ömrünün çox hissəsini həbsdə olan Qocanın ailəli olmadığı deyilir. Lakin onun bu qaçışdan sonra müğənni Fədayə Laçınla sevgi münasibətlərinin olduğu üzı çıxdı. Hətta Qocanın həbsdən qaçmasına xanım müğənni F.Laçının kömək etdiyi də məlumdur.

Qeyd edək ki, Qoca qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə Qoca Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub. Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər və Qocadan sənədlərini istəyiblər. Vəziyyətin qarışdığını görə sürücü maşını geri verərək aradan çıxmağa çalışıb. Dalana girdiyi üçün çox gedə bilməyən maşından Qoca düşərək meşə tərəfə qaçıb.

Onun axtarışları davam edir.