28 okt 13:40Sosial

Rövnəq Abdullayevin oğlu Türkiyədə həbs edildi

Rövnəq Abdullayevin oğlu Türkiyədə həbs edildiSOCAR patronunun oğlu Fətullah Gülən camaatı ilə "rəqs" etdiyi üçün həbsə edilib.

Bu gün aldığımız xəbərdə bildirilir ki, iki gün əvvəl İstanbulda SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev həbs edilib. Onun Fətullah Gülən icmasının fəal üzvlərindən və təşkilatçı isimlərindən biri olaraq həbs edildiyini söyləyirlər.

Avrasiya.net azerbaycansaati.tv-yə istinadən xəbər verir ki, Türkiyədə fövqəladə vəziyyət davam etdiyinə görə bu xəbəri dəqiqləşdirmək bir qədər çətindir. Amma hər halda, yaxın saatlarda xəbərə aydınlıq gətirməyə çalışacağıq.

İndilik əlimizdə olan xəbər bundan ibarətdir ki, Rəşad Abdullayevin azərbaycanlı tələbələrdən ibarət yaratdığı Fətullah Gülən camiəsinin bütün üzvləri möhkəm təşviş içindədilər. Hər kəs, hər an həbs ediləcəyini düşünür.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12