19 okt 18:28Sosial

Bacısının ərinə qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyuldu

Bacısının ərinə qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyulduSentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın və onun qoşulub qaçdığı bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlunun barəsində axtarış elan olunub.

Bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. 15 yaşlı A.Nağıyevanın tapılması üçün Cəlilabad Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu axtarışla bağlı Bakının Qaradağ rayonunun Buta qəsəbəsi və Cəlilabadın ucqar kəndlərində əməliyyat keçirib: "Bununla bağlı Bakıda Buta qəsəbəsində, oğlanın işlədiyi daş karxanalarında əməliyyat-axtarış tədbirləri keçirilsə də, heç bir nəticə olmayıb. Cəlilabad rayonunun İranla sərhəd ərazilərində yerləşən kəndlərdə də axtarış aparılıb, həmin şəxslərin gizlənməsi ehtimal edilən ev və obyektlərə baxış keçirilib. Hazırda qızın qaçırılması ilə bağlı axtarışlar davam etdirilir".

Qeyd edək ki, A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyib və həmin şəxs itkin düşən A.Nağıyevanın bacısının həyat yoldaşıdır.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47