19 okt 15:57Sosial

Bakıya maşın almağa gələn Kürdəmir sakini itkin düşüb

Bakıya maşın almağa gələn Kürdəmir sakini itkin düşübBakıya avtomobil almağa gələn Kürdəmir sakini itkin düşüb.

Bu barədə APA-ya itkin düşən şəxsin qardaşı İlqar Cəbrayılov məlumat verib.

Onun sözlərinə görə, qardaşı, 1973-cü il təvəllüdlü Vüqar İsrail oğlu Cəbrayılov 10 gün əvvəl avtomobil almaq üçün Bakı şəhərinə gedib. Bir neçə gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının evində qalan V. Cəbrayılov istədiyi avtomobili tapa bilməyib.

Oktyabrın 13-də o, rayona qayıtmaq adı ilə evdən çıxıb. Həmin vaxtdan ondan xəbər yoxdur.

Qardaşının dediyinə görə, V. Cəbrayılovun üstündə 5 min manat olub. Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə, Sabunçu Rayon Polis İdarəsinə və Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21