18 okt 16:08Sosial

Xanım müğənninin bahalı maşını həbs olundu - Foto

Xanım müğənninin bahalı maşını həbs olundu - FotoMüğənni İlahə İbadovanın bahalı avtomobili cərimə meydançasına salınıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, iki gün əvvəl xanım müğənninin idarə etdiyi "Dodge Durango" markalı, 90 NM 007 dövlət nömrə nişanlı avtomobil Bakının mərkəzində yol polisi tərəfindən saxlanılıb.

Məlum olub ki, bu avtomobilə 4 dəfə həbs qoyulub. Onun xeyli ödənilməyən cəriməsi var. Bu səbəbdən də DYP əməkdaşı avtomobili cərimə meydançasına aparıb. Dünən isə müğənni cərimələri ödəyərək avtomobili oradan çıxara bilib.

Xanım müğənninin sürət həddini aşmağa meyilli olduğu bildirilir. Onun idarə etdiyi avtomobil oktyabrın 1-dən 15-dək 15 dəfə sürət həddini aşmağa görə radara düşüb. Hazırda İlahə İbadovanın avtomobilinin 150 manat cəriməsi var.

Xanım müğənninin bu avtomobili 143 min manata aldığı bildirilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ