12 okt 15:26Sosial

Xalq artistinin oğlu insult keçirdi - Vəziyyəti ağırdır

Xalq artistinin oğlu insult keçirdi - Vəziyyəti ağırdırXalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov insult keçirib.

AzNews.az xəbər verir ki, 37 yaşlı aktyor 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev saytımıza məlumatı təsdiqləyib: “Həkimlərlə görüşüb, danışdım. Onlar əllərindən gələni edir. Başında qansızma var, böyrəklərində də probem var. Hazırda reanimasiyadadır. Hər şey orqanizmin müalicəni necə qəbul etməsindən asılıdır”.

Qeyd edək ki, Məmməd Zeynalov İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorudur.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ