12 okt 12:09Sosial

"Qarabağ müharibəsi qəhrəmanlıqları"ndan bəhs edən tədbir keçirilib

"Qarabağ müharibəsi qəhrəmanlıqları"ndan bəhs edən tədbir keçirilibOktyabrın 9-da saat 12:00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatında Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Qarabağ müharibəsində Hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” adlı layihənin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə saat 11.00-da Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət edilmiş və məşəlin önünə əklil qoyulmuşdur.
Tədbirin rəsmi hissəsinin davamı saat 1200-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının konfrans zalında başlanmışdır.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Qarabağ müharibəsi qəhrəmanlıqları"ndan bəhs edən tədbir keçirilibTədbirdə Azərbaycan Respublikası Prezident Aparatı Yanında İctimai-siyasi şöbəsindən Rasim Mirzəyev, QHT-nin üzvü Emin Həsənli, Müharibə Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev, Müdafiə Sənayesi Nazirliyindən ,701-ci briqadanın veteranları, veteran şuralarının nümayəndələri, şəhər məktəbləri və digər ictimai şəxslər eləcə də KİV-nin nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini,e.o.polkovnik Cəlil Xəlilov deyib ki, Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş şəxslərin tanıdılmasında, gənclərimizə örnək göstərilməsində təbliğata və müxtəlif tədbirlərin keçirilməsinə ehtiyac var. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Veteranlar Təşkilatı, həm də Azərbaycan Respublikasnın Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu layihəyə dəstək göstərir. Gəclərimiz Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində igidliklər göstərmiş insanların şərəfli həyat vəxidmət yolunu öyrənməlidirlər. Bu məqsədlə veteranlar təşkilatları da gənclərlə bağlı bir sıra tədbirlər keçirir.

Müsabiqənin qalibi Nuranə Nəcəfova "Qarabağ müharibəsində hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği" mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, layihə Azərbaycan Milli Ordusunun çağdaş hərb tarixinin bir sıra mühüm məqamlarına işıq salmaq baxımından əhəmiyyətlidir. O,qeyd edib ki,layihənin icrası gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olacaq.
Sonra Silahlı Qüvvələrimizin hərbi hissələrinin döyüş yoluna həsr olunmuş tarixi-xroniki qısametrajlı sənədli film göstərilib, gənclərin müharibə və qəhrəmanlıq mövzularında çəkdikləri rəsm əsərləri nümayiş olunub.

İctimai Birliyin sədri, 701 saylı hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, o zaman Kəlbəcər uğrunda gedən gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri böyük əzmkarlıqla vuruşaraq, özlərindən dəfələrlə üstün olan düşmən qüvvələri qarşısında mətanətlə dayanıblar. Hərbi hissənin adı Şərqin ilk demokratik respublikası olan Azərbaycanın 701 gün fəaliyyət göstərməsinin şərəfinə adlandırılıb. 1993-cü ildə döyüşlər zamanı Silahlı Qüvvələrimiz Kəlbəcər rayonunun 60 minlik mülki əhalisini soyqırımından xilas edib. Briqadanın şəxsi heyəti müxtəlif fəxri adlar və mükafatlarla təltif olunub. Hazırda həmin briqadanın döyüş əməliyyatları Müdafiə Nazirliyinin tədris müəssisələrində dərindən öyrənilir və onlar əsasında metodiki vəsaitlər çap olunur.

Əzizağa Qənizadə briqadanın yaradılması günü münasibətilə veteranları təbrik edib. Veteranlarımızın qəhrəmanlıqlarının gənclər arasında təbliğinin onların milli-mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb, layihənin əhəmiyyətindən danışıb.

Tədbirdə Qarabağ müharibəsində böyük fədakarlıq göstərmiş, torpaqlarımızın düşmənlərdən azad olunması yolunda əzmlə vuruşmuş 701 saylı hərbi hissənin veteranları öz şanlı tarixləri, keçdikləri döyüş yolları barədə fikirlərini və xatirələrini gənclərə bölüşüblər.
Digər çıxış edənlər tədbirin hərb sənətinə və Orduya marağın artması baxımından önəmindən bəhs ediblər. 701 saylı hərbi hissənin keçdiyi döyüş yolunun və qəhrəmanlıq tarixinin bütün gənclər üçün nümunə olduğu vurğulanıb. Aprelin əvvəllərində qəhrəmancasına şəhid olan əsgərlərimizin rəşadətindən söz açılıb. Qeyd edilib ki, aprel döyüşlərində Azərbaycan Ordusu gücünü bir daha nümayiş etdirdi. Bu gün Ordumuzda xidmət edən gənclərimiz Vətən uğrunda döyüşməyə hazırdırlar.

Diqqətə çatdırıb ki, bu gün veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunublar.
Sonda bir qrup veterana və Azərbaycan Hərb Tarixi Muzeyinin əməkdaşı Nuranə Nəcəfovaya general Həzi Aslanovun yubileyi ilə bağlı Respublika Veteranları Təşkilatının Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.
loading...
Reklam
XƏBƏR LENTİ