10 okt 18:15Sosial

701-ci Hərbi Briqadanın yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib

701-ci Hərbi Briqadanın yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği” layihəsinin icrası çərçivəsində 701-ci briqadanın 25 illik yubileyinə həsr olunmuş tədbir tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği” mövzusunda layihəni həyata keçirir.
Layihənin növbəti tədbiri Azərbaycan Milli Ordusunun ilk briqadasının yaranma günündə - oktyabr ayının 9-da saat 11.00-da Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarətlə başlamış və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Təşkilatıda davam etdirilmişdir.
Layihənin rəhbəri Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadədir. Bu hərbi-vətənpərvərlik layihəsinin başlıca məqsədi hərbi xidmətə çağırılacaq gəncləri və hərbi xidmət keçən hərbçiləri düşmənin hər hansı təcavüz cəhdinin dəf olunmasında və ölkənin ərazi bütövlüyünün müdafiəsində Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinə malik olduğuna əmin etməklə yanaşı onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Həyata keçirilən layihə müasir gənclərin və hərbçilərin doğma ordumuz tərəfindən göstərilmiş qəhrəmanlıq nümunələrinə və cəsur əməllərinə görə fəxarət hissini gücləndirəcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin nümayəndəsi Rasim Mirzəyev və Respublika və Veteran Şuralarının nümayəndələri iştirak etmişdirlər.
Qeyd edək ki, 701 saylı briqada 09 oktyabr 1991-ci ildə təşkil olunan 18110 saylı hərbi hissənin əsasında yaradılmışdır. 18110 saylı hərbi hissə ilk döyüşünü 11 dekabr 1991-ci ildə Kərkicahan kəndi uğrunda aparmış, 8 yanvar 1992- ci ildə “Daşaltı” əməliyatında iştirak edərək 85 şəhid və çoxlu sayda yaralı ilə döyüşdən çıxmışdır.

1992-ci ilin noyabrından 1993-cü ilin aprelinədək və 1994-cü ilin fevral-mart əməliyyatlarında 701 saylı briqadanın şəxsi heyəti Laçın və Kəlbəcər rayonlarında gedən gərgin döyüşlərdə iştirak etmiş, bu döyüşlərdə mənəvi-psixoloji, fiziki dözümlülük, rəşadət, şücaət və qəhramanlıq nümayış etdirmişdirlər.
Ümumiyyətlə, Qarabağ müharibəsinin bütün əməliyyatlarında 701 saylı briqada ən gərgin nöqtələrdə düşmənə qarşı igidliklə vuruşmuş, şəxsi heyəti əsgərdən tutmuş yüksək rütbəli zabitə kimi öz imkan və qabiliyyətləri çərçivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetirmişdirlər.
701-ci briqadanın əsgər və zabitlərindən döyüşlərdə dözümlülük, rəşadət, şücaət və qəhramanlıq nümayiş etdirdiklərinə görə 4 nəfər Baş l-nt Nəsrəddinov Rafiq Hüseyn oğlu, Baş l-nt Nəcəfov Yunis İsa oğlu, Baş l-nt Quliyev Adil Sahib oğlu və Baş l-nt Nəzərli Hikmət Baba oğlu Azərbaycan Milli Qəhrəmanı adına, 11 nəfər Azərbaycan Bayrağı ordeninə layiq görülmüş və 18 nəfər isə igidliyə görə medalı ilə təltif edilmişlər.
Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin Həzi Aslanov adına Zabitlər evinin “Mahnı və rəqs ansanblı”nın çıxışları dinlənilmiş və 701 saylı hərbi hissənin veteranlarının şərəfinə ziyafət təşkil olunmuşdur.
701-ci Hərbi Briqadanın yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib
loading...
Reklam
XƏBƏR LENTİ