06 okt 13:52Sosial

ADNSU-də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlinin açılışı olub.

ADNSU-də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlinin açılışı olub.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği”

2016-cı il oktyabr ayının 4-də saat 1100-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği” adlı layihənin icrası çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun heykəlinin açılışına həsr olunmuş “Qəhrəmanlar ölməz – Vətən bölünməz!” adlı tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği” adlı layihənin icrası çərçivəsində hazırlanmış Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun heykəlinin açılışı olmuşdur.

Tədbiri layihənin rəhbəri, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Əfqanistan və Qarabağ müharibələrinin iştirakçısı, “Qırmızı ulduz” ordenli e.o.polkovnik Əzizağa Qəni-zadəyə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun həyatı və hərbi fəaliyyəti” adlı məruzə ilə çıxış edərək ətraflı məlumat vermişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filalogiya elmləri namizədi Elmira xanım Axundova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan Veteranlar təşkilatının sədri İlham Əliyev, Dəmiryolları Veteranlarının sədri Mehdi Hacıyev, Bakı şəhər Müharibə Əlilləri və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev və digər ictimaiyyət nümayəndələri iştirak etmişdir.
ADNSU-də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlinin açılışı olub.
loading...
Reklam
XƏBƏR LENTİ