01 okt 17:45Sosial

"O iddia edir ki, özünü yandıracaq, öldürəcək"

"O iddia edir ki, özünü yandıracaq, öldürəcək""O iddia edir ki, özünü yandıracaq, öldürəcək"Modelyer Leyla Əhmədovanın ittihamlarına qarşı tərəfdən cavab gəlib.
Əmlakın sahibi Nizami Ağayev açıqlamasında bildirib ki, mətbuatda onun Leyla Əhmədovanı kirayələdiyi ofisində 5 gün girov saxladığı ilə bağlı yayılan bütün xəbərlər əsassızdır və şou xarakterli iddiadır:

“Bu ofis mənim şəxsi əmlakımdır. Onu 2014-cü ildə Seymur İsayev adlı iş adamına icarəyə vermişəm. O biznesi iflasa uğrayandan sonra Azərbaycanı tərk edib. Mənim icarəmi ödəmək iqtidarında olmayıb. Bir ildir ki, məhkəmədə mən icarə haqqı tələbi qoyub iddia qaldırmışam. Və həmin 1 ildə mənə 1 manat da icarə haqqı ödənilməyib.

1 il sonra avqustun 29-da Xətai rayon məhkəməsi qərar çıxararaq bizim onunla olan müqaviləmizi ləğv edib, Leyla Əhmədovanın əsasız pul iddialarını rədd edib. Həmin xanım özünü o iş adamının həyat yoldaşı kimi təqdim edirdi. Biz aydınlaşdırdıq ki, o, onun xanımı deyil. , özünü iş adamı, modelyer kimi təqdim edir. Onun bizə qarşı iddiası pul iddiasıdır. O iddia edir ki, özünü yandıracaq, öldürəcək. Əgər ona pul verməsək mənim şəxsi əmlakımdan çıxmayacaq”.

N. Ağayevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Leyla Əhmədovanın 5 gündür ofisə girib çıxmadığını bilir: “O, şou qurub. Özü oraları dağıdır, məhv edir. Polisləri, təcili tibbi yardımı hər dəqiqə ora çağırır, mədən 1 milyon manat tələb edir. Mən də əmlakımı qorumaq üçün oranın mühafisəzini qurmuşam. Mənim o qadınla nə müqaviləm var, nə də hər hansı bir danışığım... Onun psixoloji durumunu yoxlamaq lazımdır. Bu, piardır. O, özünü reklam eləmək üçün yalançı çıxışlar edir. Mən bütün mətbu orqanlardan xahiş edirəm ki, mənə müraciət etsinlər. Mənim hüquqşünasım var, onların vasitəsilə bütün qanuni sənədləri təqdim edə bilərəm. O bizi qəsdən provakasiyaya çəkir”.

Qafqazinfo
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47