30 sen 21:31Sosial

Azərbaycanda yeni TV və radio yayıma başlayır

Azərbaycanda yeni TV və radio yayıma başlayır3 oktyabr 2016-cı il saat 12:00-dan etibarən Azərbaycan mediasında yeni radio və televiziya özünün ilk efir yayımına start verəcək.

“Milli naxış, milli baxış…” devizi ilə fəaliyyətə başlayan radio və televiziyanın yaradılmasında məqsəd ən gözəl milli və xarici musiqilərlə zövqləri oxşamaq, bir-birindən maraqlı, maarifləndirici verilişlər, layihələrlə dinləyicilərin görüşünə gəlməkdir.

Radiodan verilən xəbərə görə, bunlarla bərabər, Azərbaycanda və dünyada gün ərzində baş verən siyasi, sosial, iqtisadi, mədəniyyət, şou-biznes, idman aləmində yaşananlar barəsində ən mühüm, son xəbərləri, o cümlədən hava haqqında məlumatı əldə edəcəksiniz.

“Butafm Radio və Televiziya” MMC-nin direktoru Əlizadə Azər İsabala oğlu, icraçı direktoru Bayramov Teymur Rzaqulu oğlu, texniki direktoru Abbasov Abbas Zeynəlabdin oğlu, baş redaktoru Mahmudzadə Şəhanə Müşfiq qızıdır.

Qeyd edək ki, “Butafm Radio və Televiziya” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 may 2016-cı il tarixdən etibarən fəaliyyətə başlayıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46