24 sen 09:01Sosial

"Karabakhmedia.az"-ın 1 yaşı tamam olur

"Karabakhmedia.az"-ın 1 yaşı tamam olurBu gün "Karabakhmedia.az"-ın 1 yaşı tamam olur Bu gün ölkənin populyar media qurumlarından olan “Karabakhmedia.az” informasiya saytının fəaliyyətə başlamasından 1 il ötür.

Qarabağı təmsil etmək üçün yaradılan Karabakhmedia.az saytı 23 sentyabr 2015-ci ildə İbrahim Mirzəyev və Ramil Cəbrayılın rəhbərliyi ilə yaradılıbdır.

1 il əvvəl internet istifadəçilərinin ixtiyarına verilən sayt operativ, etibarlı və dolğun xəbərlə yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv, qərəzsiz, neytral informasiyaları ictimaiyyətə çatdırır. Həmçinin sayt Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğalı və xalqına qarşı soyqırım siyasətinin yürüdülməsi haqqında ətraflı məlumatlarlar yayır. Dünyanın ən qədim insan məskənlərindən biri olan Qarabağ regionunun tarixi, coğrafiyası, mədəniyyəti, ziyalıları, qəhrəmanları, folkloru, musiqisi , sosial inkişafı və digər sahələr barədə maraqlı müsahibələr, müəllif yazıları, araşdırmalar da təqdim olunur. Paralel olaraq sayt Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial və mədəni hadisələr barədə informasiya yayır. İctimai-siyasi analizlər, video görüntülər, proqnozlar təqdim edir.

Saytın baş redaktoru Ramil Cəbrayıl “Karabakhmedia.az”-ın 1 yaşı ilə bağlı fikirlərini bölüşüb:

"İşə başlayanda düşünürdük ki, Azərbaycanın internet məkanında öz dəsti-xəti olacaq obyektiv, dürüst, operativ xəbər portalı kimi fəaliyyət göstərmək bizim üçün çox çətin olacaq. Amma biz bütün çətinliklərin öhdəsindən gəlməyi bacardıq.

Bizə bu işdə dəstək olan millət vəkili Mahir Abbaszadənin çox böyük rolunun olmasını xüsusi olaraq qeyd edirəm və kiçik kollektivimiz adından öz təşəkkürümü bildirirəm.

Əsasən Qarabağın dərd-sərindən, qəhrəmanlarımızdan, şəhidlərimizdən yazan saytımız bütün çətinliklərə baxmayaraq, qısa bir müddətdə kifayət qədər oxucu auditoriyası toplamağı bacardı. Bu gün “Qarabağ Media” adlı facebook səhifəmizin 30 minə qədər izləyicisi var.

Saytımıza mənəvi dəstək olan, bizimlə əmakdaşlıq edən bütün şəxslərə, həmçinin oxucularımıza öz təşəkkürümü bildirirəm.

Qəzənfər Hüseynova, İbrahim Mirzəyevə, Arif Məmmədliyə, Orxan Cəbrayıla, Elnur Eltürkə, Elnur Türksoya Araz Yaquboğluna ən səmimi və hərarətli təbriklərimi çatdırıram."

Avrasiya.net həmkarlarımızın 1 yaşını təbrik edir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ