09 sen 18:58Sosial

BAXCP sədri Azərbaycan xalqını təbrik edib

BAXCP sədri Azərbaycan xalqını təbrik edibBAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə qeyd olunur ki, islamın bir din kimi tanınması, mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır: "Bu mübarək gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

Totalitar sovet rejiminin ən ağır illərində belə, xalqımız öz müqəddəs adətlərini unutmamış, İslamın ən böyük bayramlarından biri olan Qurban bayramını hər zaman böyük fərəh hissi ilə qeyd etmişdir. Müstəqilliyimizi əldə etdikdən sonra digər milli və dini bayramlarımız kimi Qurban bayramı da rəsmi təqvimdə yer almış, dövlət bayramlarımızdan birinə çevrilmişdir.

Qurban bayramı Ulu Tanrının mərhəmətinin və sevgisinin ən böyük nişanəsidir.

Qurban bayramı insanın Tanrıya sevgisinin, sədaqətinin və haqq yolundan, əqidəsindən dönməyənlərin Tanrı tərəfindən qiymətləndirilməsinin ən bariz nümunəsidir. Bu baxımdan Qurban bayramı, təkcə dini baxımdan deyil, fəlsəfi-tərbiyəvi amil kimi də böyük əhəmiyyətə malikdir.
Əziz bacı və qardaşlarım! Bu bayram günündə hər birinizə can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun.
Tanrı kəsdiyiniz qurbanları və dualarınızı qəbul eləsin!"
loading...
Reklam
XƏBƏR LENTİ