08 sen 12:56Sosial

İranın Azərbaycandakı səfiri mətbuatla vidalaşdı - FOTO

İranın Azərbaycandakı səfiri mətbuatla vidalaşdı - FOTOİranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Mətbuat Şurasında KİV təmsilçiləri ilə görüşüb.

Görüşün məqsədi səlahiyyət müddəti bitməkdə olan səfirin ölkəmizin mediası ilə vidalaşması, bu vəsilə ilə mesaj və təəssüratlarını bölüşməsi olub.

MŞ sədri Əflatun Amaşov qonağı salamlayaraq, onun səfir olduğu müddətdə Azərbaycan mediası ilə işin canlanmasını, səfirin bu istiqamətdə böyük işlər görməsini qeyd edib. Ə.Amaşov səfirliklə MŞ-nın planlaşdırdığı işlərdən və layihələrdən danışıb. Sonra səfirə xidmətlərindən dolayı Mətbuat Şurasının xüsusi Diplomu təqdim edilib.

Səfir Möhsün Pakayin tədbirdə çıxış edib.

Səfir Möhsün Pakayin bu ayın 22-də Azərbaycanı tərk edəcək. Onun yerinə isə yeni səfir Cavad Cahangirzadə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, C.Cahangirzadə İran Şura Məclisində Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən nümayəndə olub. O, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi olub, ölkənin milli təhlükəsizlik üzrə strateji araşdırmalar mərkəzində ekspert və müdir kimi çalışıb.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16