04 sen 12:30Sosial

Neftçalada 21 yaşlı salyanlı qəssab döyüldü

Neftçalada 21 yaşlı salyanlı qəssab döyüldüNeftçala rayonunun Qazaxbərəsi kəndinə kəsim üçün inək almağa gedən Salyan rayonu, Arbatan kənd sakini, 21 yaşlı qəssab Dadaşov Fərahim Fəlahət oğlu döyülərək xəstəxanaya düşüb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, onu heyvan sahibləri döyüblər. Gənc qəssab sağ-təpə nahiyəsinin əzilməsi və sağ-göz nahiyəsinin xəsarətləri diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
loading...
Reklam
XƏBƏR LENTİ