02 sen 19:14Sosial

"Radikal müxalifət Referendum öncəsi kimlərinsə diktəsi ilə sabitliyi pozmağa çalışır"

"Radikal müxalifət Referendum öncəsi kimlərinsə diktəsi ilə sabitliyi pozmağa çalışır"Radikal müxalifət hər zaman olduğu kimi təxribatçı qüvvəyə çevrilib. Əli Kərimli və "Milli Şura" adlı sekta Referendum öncəsi Azərbaycan daxilində anti-Azərbacançı dairələrin və erməni lobbisinin diktəsi ilə təxribat yaratmağa və sabitliyi pozmağa çalışır. Ermənilərin və anti-Azərbaycançı qüvvələrin istəyi, birmənalı olaraq ölkəmizdə sabitliyi pozmaq, təxribat yaratmaq və çaxnaşma salmaqdır. Müxalifətin bütün cəhdləri də məhz buna hesablanıb. Təbii ki, bütün təxribat xarakterli halların və ölkəmizdə sabitliyi pozmaq istəklərinin qarşısı qətiyyətlə alınacaq.

Bunu radikal müxalifətin Referendum öncəsi qarışıqlıq və təxribat yaratmaq cəhdindən danışarkən siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. Politoloq vurğulayıb ki, özünü Milli Şura adlandıran qeyri-formal və qeyri-konstruktiv əsaslara sökənmiş radikal müxalifət qanadının təxribat xarakterli çağrışları, son günlər fəallaşmaları təbiiki birmənalı olaraq anti-Azərbaycançı mərkəzlərin, bilavasitə həmçinin erməni lobbisinin ölkəmizdə qarışıqlıq və təxrtibat yaratmaq istəyidir. Artıq bir neçə müddətdir ki, Qərbdəki ermənipərəst anti-Azərbaycançı dairələr fəallaşaraq ciddi hücum xəttini start götürüblər. Ölkəmizdə olacaq əlamətdar günlər və seçkilər öncəsi bu düşmən dairələr ciddi fəallaşaraq Əli Kərimli və digərlərinin surətində ölkəmizə qarşı hücuma keçirlər. Bu, hər zaman belə olub. Referendum öncəsi də bu qüvvələrin ciddi anti-kampaniyalar başlatdıqları da açıq-aşkar görünür. İş o yerə çatıb ki, 2 həftə öncə ABŞ Dövlət Departamentini də anti-Azərbaycan xarakterli bəyanat səsləndirməyə təhrik etmişlər və ölkəmizdəki Demokratik idarəçiliyinin legitimliyini nüfuzdan salmağa cəhd edirlər. Heç şübhə yoxdur ki, bütün bu anti-kampaniyaların və ölkəmizə qarşı hücum xəttini erməni lobbisi təşkil edir və bu istiqamətdə məkrli erməni lobbisi məqsədli və planlı işlər aparmaqdadır. Vaşinqtondakı və dünyadakı erməni lobbisi və təşkilatları bütün dünyada Azərbaycanı və onun siyasi rəhbərliyini nüfuzdan salmaq üçün dəridən qabıqdan çıxır.

İşğalçı ermənistanda da çox gözəl anlayırlar ki, Azərbaycanın hazırkı rəhbərliyinin yeritdiyi siyasətlə heç vaxt rəqabət edilə bilməz və bunu bacara bilməyəcəklərini çox yaxşı başa düşdükləri üçün məhz Azərbaycan rəhbərliyi və Dövlətimizin Başçısı erməni lobbisinin təhrik və diktəsi ilə bir çox ermənipərəst qüvvələr tərəfindən hədəf alınmışdır. Məqsəd Azərbaycanı nüfuzdan salmaq və ölkəmizi zəiflətmək, dövlətimizin dayaqlarını sarsıtmaqdır. Habelə ABŞ-dakı bir çox qüvvələr, Vaşinqtondakı erməni lobbisi və ermənipərəst dairələr çox ciddi və şiddətli hücuma keçiblər. Bu hücumların ölkə daxilində start xəttini təşkil edən özünü Milli Şura adlandıran qeyri-formal siyasi sekta və bu sektanın başında dayanan Əli Kərimlidir. Təbii ki, ermənipərəst qüvvələrə və bilavasitə erməni lobbisinə xidmət göstərən çox sayda şəxsin adını çəkmək olar. ABŞ Dövlət Departamentini də qərəzli və anti-Azərbaycan motivli ifadələr səsləndirməyə həmin anti-Azərbaycançı qüvvələrin sövq etdiyi heç kimə sirr deyil. Həmin vaxtdan bu qüvvələrin daha da fəallaşacağı qismən gözlənilən idi. Çünki hər zaman Azərbaycanda seçkilər ərəfəsində, beynəlxalq yarışlar və ciddi əhəmiyyət daşıyan müsabiqələr ərəfəsində fəallaşaraq anti-kampaniyalar formalaşdırmağa başlayırlar. Sentyabrın 26-da ölkəmizdə keçiriləcək Referendumda Azərbaycanın imza atacağı uğurları pozmağa və bu səbəbdən ölkəmizdə bir çox mənfur şəxslərin timsalında qarışıqlıq və təxribat yaratmaq niyyətindədirlər. Çünki Azərbaycanın hər bir uğuru, ölkəmizin hər sahədəki üstünlüyü, inkişafı, qalibiyyət və zəfəri işğalçı ermənistanı, məkrli erməni lobbisini və bu qəbildən olan bütün qüvvələri, ermənipərəst dairələri ciddi narahat edir. Ölkəmizin uğurlarından, yüksək inkişağından və Azərbaycanın bölgədə güclənməsindən, dünya səviyyəsində sözünü deyən ölkəyə çevrilməsindən düşmən qüvvələr qorxuya düşməkdədir. Təbiiki, bu ciddi faktorlar erməni lobbisini, işğalçı Ermənistanı qorxutmaya bilməz. Məhz bu səbəbdən bu qüvvələr hər zaman olduğu kimi, yenə də iş başındadırlar və bütün imkanlarını səfərbər edərək ölkəmizin uğurlarını pozmağa çalışırlar. Əli Kərimli və onun siyasi sektası olan Milli Şurası düşmən qüvvələrin bu istək və siyasətini ölkəmizdə icra etməkdə və dövlətçiliyimizi zədələməyə və sarsıtmağa çalışmaqdadır. Əli Kərimli və onunla həmfikir olanlar hamısı hər zaman bu amala xidmət edərək, düşmən qüvvələrin, xüsusən Azərbaycana və xalqımıza qarşı öz xüsusi qəddarlığı və amansızlığı ilə tanınan erməni lobbisinin istəyini icra edir. Erməni lobbisinin niyyəti Bizim güclü Dövlətçiliyimizi məhv etmək siyasətidir ki, Əli Kərimli ölkə daxilində buna çalışmaqdadır. Hədəfləri Dövlətçiliyimizin sarsıdılması, Azərbaycanın zəiflədilməsi və suverenliyimizin pozulmasıdır. Təbii ki, hər zaman olduğu kimi düşmən qüvvələrin bütün təxribat əməllərinin qarşısı qətiyyətlə alınacaq, deyə M. Məmmədov bildirib.
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10