30 avq 22:01Sosial

"Faiq Ağayev özündən sonra g…y məktəbi qoyub" - Flora Kərimova

"Faiq Ağayev özündən sonra g…y məktəbi qoyub" - Flora KərimovaBir neçə gün bundan əvvəl xalq artisti Flora Kərimovanın bizimyol.info-ya verdiyi müsahibədə həmkarı, SSRİ xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova haqda söylədiyi fikirlər birmənalı qarşılanmadı və sənət adamları Flora Kərimovanı tənqid atəşinə tutdular. Flora Kərimovanın fikirlərinə xalq artisti Faiq Ağayev də münasibət bildirib. O, açıqlamasında: “Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz”, – deyə bildirmişdi

Xalq artisti Faiq Ağayevin bu açıqlamasına Flora Kərimova da sərt reaksiya bildirib

Avrasiya.net bizimyol.info-ya istinadən xəbər verir ki, o, açıqlamasında Faiq Ağayev haqda bunları deyib: “Faiq Ağayevin bu millətin yanında dili qısa, başı aşağıdır. Faiq getsin rüsvayçılığının dərdini çəksin. O rüsvayçılığın ki, nə onun yaşadığı illər, nə onun olmayan sənəti o adı onun üzərindən götürə bilməz. Faiq Allahın yazığıdır”.

Flora Kərimova deyib ki, Allah qadın funksiyasını daşıyan kişini necə bağışlaya bilər? Onun keçmiş həyat yoldaşı Faiqin kim olduğu haqda açıqlama edib. Faiq Ağayev özündən sonra bu sənətdə bir məktəb qoyub, o da g…y məktəbi. O məni məhkəməyə vermişdi və məhkəmənin qərarında o özü qol çəkib ki, kimdir. Bunu özü təsdiq edib. Şəki şəhərində o, konsertə gedəndə camaat “Bacımız gəlib” deyirdi. Bundan utansın”.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ