01 mar 11:02Sosial

İşdən çıxarılan alim Akif Əlizadəyə müraciət etdi - AMEA-da QALMAQAL

İşdən çıxarılan alim Akif Əlizadəyə müraciət etdi - AMEA-da QALMAQALAMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel fevralın 25-də işdən çıxarılmasıyla bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və vitse-prezidentlər akademik İsa Həbibəyliyə və akademik İbrahim Quliyevə diləkcə-ərizə ünvanlayıb.
Modern.az xəbər verir ki, diləkçədə bildirilir ki, o, 25 fevral 2016-cı il tarixində AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin 34 saylı əmrilə, “heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə” işdən çıxarılıb. Diləkçədə 25 fevral 2016 tarixində Milli Dövlət Arxivindəki “Elmi Məlumat Kitabxanası”nda olduğunu yazan Y.Türkel bunu sübut edən sənədlərin əlində olduğunu bildirib.
Y.Türkel bütün bunlardan çıxış edərək AMEA prezidentindən bu məsələnin obyektiv həllini xahiş edib: “Sizdən, yol verilmiş bu qanunsuzluğu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri” adlı 14-cü maddəsinə uyğun olaraq aradan qaldırmağı istəyirəm”.

Qeyd edək ki, Y.Türkel 25 fevral 2016-cı il tarixində AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin 34 saylı əmriylə işdən çıxarılıb. Həmin əmrdə yazılır: “AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işçisi Yadigar Türkel Sahibəli oğlu heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin hissəsinin “a” bəndi, 70-ci maddəsinin “c” bəndi, 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilsin”. Y.Türkel isə bütün bunların qanunsuz olduğunu, tezliklə akdemiyadakı işinə bərpa olunacağına inamını ifadə edib.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, pro­fes­­sor İlham Məmmədzadənin adından Modern.az saytına daxil olan açıqlamada isə məsələ başqa cür izah edilib.

Direktor bildirib ki, Fəlsəfə və Hüquq İnstitutunun “Siayasi Nəzəriyyələr” şöbəsinin aparıcı elmi işçisi Yadigar Türkel işdə çox kobud nöqsanlara yol verib.

“Belə ki, Yadigar Türkelin aylıq iş günü 166 saat olmasına baxma­ya­raq, o son altı ay ərzində ayda 25-30 saatı keçməmək şərti ilə müntəzəm əmək nizam-intizamını pozmaqla, bəzi aylarda isə tamamilə işə gəlməmişdir. Bunu AMEA-nın giriş qapısında quraşdırılmış electron turnuket və video kameraların görüntüləri tam sübuta yetirmişdir”,-deyə İlham Məmmədzadə bildirib.
loading...
XƏBƏR LENTİ