27 avq 13:27Sosial

Ər arvadının və 3 qızının başını kəsməklə hədələyir - BAKIDA

Ər arvadının və 3 qızının başını kəsməklə hədələyir - BAKIDABakıda məişət zorakılığına məruz qalan 4 uşaqlı ana sığınacağa yerləşdirilib. Dəfələrlə həyat yoldaşı tərəfindən döyülən 1979-cu il təvəllüdlü Bakı sakini çarəsizlikdən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına müraciət edib.

Bu barədə məlumatı Cebhe.info-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova verib.

Onun sözlərinə görə, içki düşkünü olan ər mütəmadi olaraq 37 yaşlı həyat yoldaşını qız övladları ilə birgə vəhşicəsinə döyürmüş. Dəfələrlə işgəncəyə məruz qalan qadın son çarə yerini evi tərk edərək sığınacağa getməkdə görüb:

“Qadının üç qız, bir oğlan olmaqla 4 övladı var. Böyük qızının 14 yaşı var. Neçə illərdir ki, içki düşkünü olan ər həyat yoldaşı və qızlarını dəhşətli işgəncələr verməklə öldürməyə cəhd edib. Hər dəfə döyəndə isə qadını qızları ilə birgə küçəyə ataraq, oğlunu yanında saxlayıb. Sonuncu dəfə isə qadını təhdid edərək qızlarının da başını kəsəcəyini deyib. Bildirib ki, sizi öldürüb həbsdə yatacağam. Övladlarına görə qorxan ana isə qızlarını götürüb qaçıb”.

Mehriban Zeynalova əlavə edib ki, sığınacağa gələn qadının iddiasına görə, döyülmə halı dəfələrlə təkrarlanıb. Hər dəfə də onu və qızlarını həyat yoldaşının əlindən qonşu və qohumları alıb. 37 yaşlı qadın üç qızı ilə birgə ötən gün “Təmiz Dünya” Qadınlara İctimai Birliyinin sığınacağına yerləşdirilib. Qadın və qızlarına psixoloji yardım göstərilib, onların təhlükəsizliyi təmin olunub.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27