26 avq 20:59Sosial

"Mehriban Əliyeva dövlətçiliyimizin qorunması və ölkənin inkişafı üçün çalışmaqdadır"

"Mehriban Əliyeva dövlətçiliyimizin qorunması və ölkənin inkişafı üçün çalışmaqdadır"Ölkənin Birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 52 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mehriban xanımın hümanist addımları sonsuz saydadır.....

Bunu siyasi eksbert, politoloq Mirsamir Məmmədov deyib. Politoloq bildirib ki,

Xüsusilə, Heydər Əliyev Fondu adından, səhhətində problem olan insanlara edilən yardımlar Mehriban xanımın insani keyfiyyətlərinin təzahürüdür. Hörmətli Birinci xanımın köməkliyi və şəxsi təşəbbüsləri sayəsində minlərlə insan ağır xəstəliklərdən şəfa taparaq öz sağlamlığına qovuşmuşdur. Bu gün ölkənin hər yerində insanlar Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban xanım Əliyevaya sonsuz ümid bəsləməkdədirlər. Hər kəsin dilindən Mehriban xanımın etdiyi yardım və köməkliklər barədə geniş eşidilir. Qətiyyətlə demək olar ki, Mehriban xanım Əliyeva öz nəcib və hümanist addımları ilə bütün ölkə əhalisinin alqış və duasını qazanmışdır.

Mehriban xanım Əliyeva həmçinin Azərbaycan Respublikasının Birinci xanımı olaraq hər bir gəncə və hər bir körpə uşağa bir ana məhəbbəti bəsləməkdədir. Ulu Öndər Heydər Əliyevin gənclərə və körpələrə olan sevgisinin və Böyük Şəxsiyyətin gənclər siyasətinin davamı olaraq möhtərəm cənab Prezidentin uğurlu və müdrik siyasətinin icrasında Mehriban xanım Əliyeva dövlətçiliyimizin güclənməsi və təhlükəsizliyi yolunda, xalqımızın gələcəyinin parlaqlığı istiqamətində əlindən gəldiyi qədər çalışmaqdadır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması və ölkəmizin dinamik inkişafı yönündə ölkə Prezidenti ilə birgə olaraq Mehriban xanım Əliyevanın da xidmət və yardımları misilsizdir. Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri möhtərəm cənab İlham Əliyevin davam etdirdiyi Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli icraçılarından biri olaraq Mehriban xanım Əliyevanın da bu ölkə üçün mühüm və ölçüyəgəlməz dərəcədə yüksək xidmətləri və xüsusən Azərbaycanın qazandığı uğurlarda böyük əməyi vardır. Mehriban xanımın qətiyyətli və prinsipial addımları sayəsində ölkəmizin tarixi milli folklorunun inkişafı, milli adət və ənənələrin, xalq muğamlarının və tarixi milli dəyərlərimizin bərpası, inkişafı və dünya arenasına çıxarılaraq tanınması fonunda misilsiz fəaliyyətləri mövcuddur. Mehriban xanım Əliyevanın ölkəmiz üçün ən mühüm xidmətlərindən biri xalqımızın tarixi və milli dəyərlərinin qorunması, inkişafı və yaşadılması məsələsidir. Mehriban xanımın saymaqla bitməyəcək qədər müstəsna xidmətləri mühüm əhəmiyyət kəsb edir. Təbii ki, xalqımızın Ümummilli Lideri, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideologiyası və meyarlarının icrası olaraq Mehriban xanım dövlətçiliyimizin qorunması və xalqımızın işıqlı sabahı üçün atılan addımlarda Dövlətimizin Başçısının ən yaxın dəstəkçisi və silahdaşıdır.

Bu şərəfli və layiqli xidmətlərində Mehriban xanıma hər zaman uğurlar diləyir və daha da böyük nailiyyətlər, müvəffəqiyyətlər qazanmağını arzu edirəm. Sonda bir daha Sizi səmimi qəlbdən təbrik edir, Allahdan uzun ömür, can sağlığı diləyirəm. Doğum Gününüz mübarək olsun!
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ