XƏBƏR LENTİ

24-02-2017 19:17 Qəbul imtahanları pulsuz olacaq - Prezidentdən sərəncam 24-02-2017 18:29 “Mən qızımın namusundan arxayınam, sən nədən arxayınsan?!” – Floradan Aygünə sərt sözlər… 24-02-2017 16:18 Müəllimə taxta ilə döyülərək öldürülüb - iki uşaq atasının məhkəməsi 24-02-2017 16:13 Roma Papasından Xocalı soyqırımını törədən ermənilərə MƏXFİ MƏKTUB 24-02-2017 16:08 “Veysəloğlu” qanvermə aksiyası keçirdi 24-02-2017 16:00 Milli Qəhrəmanlar haqqında məlumatlar bir neçə dildə Vikipediyada yerləşdirilib 24-02-2017 15:53 İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldı 24-02-2017 15:48 Sərkisyanın əleyhinə imza atmamaqda ittihamlanan QHT sədri açıqlama verdi 24-02-2017 15:31 DTX iki azərbaycanlı casusu həbs edib 24-02-2017 15:27 "Yeni Azərbaycan"da Azərbaycan-Qazaxıstan dostluğundan danışılıb 24-02-2017 15:22 Müharibə etməliyik - Zeynəb Xanlarova 24-02-2017 13:41 Azərbaycan Yerevan-Kreml tandemini qıcıqlandırır - Politoloq 24-02-2017 13:35 Səbaildə Xocalı faciəsinin 25-ci ildönümü anılıb 24-02-2017 12:53 Əli Mirəliyev: “İlhamənin goru çatlayır” 24-02-2017 12:23 İtlə cinsi əlaqəyə girdi və həbs edildi 24-02-2017 12:05 ALDP Xocalı şəhidlərini andı - FOTO 24-02-2017 11:55 “Lotu Quli”nin yeznəsinin məhkəməsi başladı və... baş tutmadı 24-02-2017 11:48 Düşmənin təxribat törətmək cəhdlərinin qarşısı alındı - VİDEO 24-02-2017 11:46 Moskva Bakıya bu qorxunc silahdan sata bilər 24-02-2017 11:27 AŞPA Ermənistanın parlament seçkilərində qanun pozuntularının təkrarlanacağından ehtiyat edir 24-02-2017 11:07 Trampın İrəvanı səksəkəyə salan “Ermənistan PLANI” 24-02-2017 10:49 İki uşaq anası özünü öldürmək istədi 24-02-2017 10:43 ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı 24-02-2017 10:40 “Hakimiyyətdən getməyim, Qarabağın itirilməsinə səbəb oldu” 24-02-2017 07:22 22 yaşlı oğlan 7 yaşlı uşağı öldürüb yedi - FOTO 24-02-2017 07:16 Ərdoğanı öldürmək istəyən əsgərlər Yunanıstana qaçdı 24-02-2017 07:05 Şəhidlərin məzarını su basdı - FOTO 24-02-2017 06:52 General özünü yandıracağını dedi - Məhkəmədə 24-02-2017 06:50 Bakıda 23 yaşlı oğlan dəm qazından öldü 24-02-2017 06:47 Həkimin ruhu xəstəxanada göründü - VİDEO 24-02-2017 06:45 Qadın satıcı müştərini bıçaqladı 24-02-2017 06:38 Bərzanidən Yaxın Şərq çağırışı: Yeni dövlət yaradaq 24-02-2017 06:37 Bakıda həkimlər gənc ananı 2 ardıcıl əməliyyatla şikəst etdi - VİDEO 23-02-2017 19:27 Baş katibi Azay Quliyevə təşəkkür etdi 23-02-2017 19:15 15 yaşlı ruhi xəstə anasını bıçaqladı 23-02-2017 19:05 RÜSVAYÇI HADİSƏ: qayınata ilə gəlin intim münasibətdə olarkən yaxalandı... - TƏFƏRRÜAT 23-02-2017 19:04 İranın təhsil verdiyi mollanın Masallıda qeyri-qanuni fəaliyyəti aşkarlandı - FOTO 23-02-2017 18:56 Sərkisyanın əleyhinə imza atmaqdan imtina edən QHT sədrləri - SİYAHI 23-02-2017 17:39 İki polkovniki əsir götürüldü - Müəmma 23 Fevral 2 23-02-2017 16:32 Deputat oğurlandı 23-02-2017 16:24 "Ərini bacısı ilə yataqda tutdu" - VİDEO 23-02-2017 16:14 Ermənistan 4 ədəd İsgəndər-M raket kompleksi alıb 23-02-2017 16:12 Usubov işdən çıxardığı generallara vəzifə verdi 23-02-2017 15:28 "Qeyrətsiz çıxır qeyrətdən danışır, namussuz namusdan" 23-02-2017 14:48 Ermənilər Laçın rayonunu minalardan təmizləyir - VİDEO 23-02-2017 14:43 Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr daha da genişlənir 23-02-2017 14:37 Şəhid övladlarını sevindirməkdən qürur hissi duyuruq 23-02-2017 14:10 Arvadının gizlətdiyi telefonu tapdı, kişilərlə yazışmasını tutdu... - Bakıda 23-02-2017 14:04 Aqil Nəzərli sakinləri dinlədi - FOTO 23-02-2017 14:00 Azərbaycan diasporunun rəhbəri tutulub 23-02-2017 13:33 Lerikdə qar uçqunu: Ailənin 5 üzvü öldü 23-02-2017 13:27 General: "Vəziyyət yenidən gərginləşəcək" 23-02-2017 13:26 Sərxoş sürücü Müdafiə Nazirliyinə girdi 23-02-2017 12:12 Qonşusunun çeçələ barmağını qoparıb uddu – ŞOK 23-02-2017 12:09 Banklarda dolların qiyməti düşür 23-02-2017 12:08 "Azərbaycanda kişi yoxdur" - VİDEO



"9 yaşım olardı..." - 16 yaşlı qız başına gələnlərdən danışdı

14-08-2016 20:41Sosial
"9 yaşım olardı..." - 16 yaşlı qız başına gələnlərdən danışdı...Atasını erkən itirib. Bacısı Esmira ilə onun ehtiyac dolu tale yükü cəmi 23 yaşı olan anasının çiyinlərinə düşüb. "Anam işləyirdi, ac qalmırdıq, münasibətlərimiz də yaxşı idi. Amma..." susur. Başını aşağı salıb baxışlarını ayağının ucuna dikir.

Anasının ikinci dəfə ailə qurması ilə həyatı dəyişib. Atalığı hər dəfə bir bəhanə ilə onları döyüb. Buna görə də, 12 yaşında evdən qaçıb. Polis tapıb evə qaytarandan sonra yenə atalığı tərəfindən möhkəm döyülüb. Sonra təkrar evdən qaçıb, bir müddət binaların zirzəmisində gecələyib. Beləcə, qaçdı-tutdu oyunu küçədə rastlaşdığı oğlanın sevgi nağılları ilə sona çatıb.

Avrasiya.net virtualaz.org-a istinadən bildirir ki, 16 yaşlı Gülnar Məmmədova təcavüzə məruz qaldıqdan sonra polis tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. "İlk dəfə idi ki, mənimlə insan kimi rəftar edirdilər. Amma anam hər gün gəlirdi, səs-küy salırdı. Buna görə də, sığınacaqdakıların narahat olmaması üçün oranı tərk etməyə məcbur oldum", - deyir.

G.Məmmədova başına gələnləri danışıb:

- Təxminən 9 yaşım olardı. Dərsdən evə qayıdanda bizdə bir kişi gördüm. Anam dedi ki, bu gündən o da bizimlə yaşayacaq. Elə həmin vaxtdan anam dəyişib başqa adam oldu. Gecələr içirdilər, səhərlər də əsəbi olurdular. Bacım balaca olduğundan əsas işləri mən görürdüm. Tez-tez dərsdən qalırdım. Etiraz edəndə isə atalığım məni döyürdü.

- Bəs anan?..

- Mənə təsir edən də odur. Anam bizimlə maraqlanmırdı. Atalığım qohumlarımızı evdən qovmuşdu. Dayımla, nənəmlə dalşmışdı. Deyirdi ki, sizə baxmasam, küçələrə düşəcəksiniz. Özü heç yerdə işləmirdi, anamın maaşı ilə dolanırdıq. Anam isə bizə qarşı soyuq olmuşdu, atalığım məni döyürdü, o isə o biri otaqda ya televizora baxırdı, ya da iş görürdü.

- Səni nəyin üstündə döyürdülər?

- Evi yığışdırmayanda, çayı gec gətirəndə, onun icazəsi olmadan bir yerə gedəndə döyürdü. Amma çox vaxt cavab qaytaranda əsəsbləşirdi. Araq içirdi, süfrəni o demədən yığışdıranda da məni döyürdü, o deyəndən sonra yığışdıranda da. Bilmirdim, necə edim ki, onun qəzəbinə gəlməyim. Son zamanlar bacımı mənim üzümə tüpürməyə məcbur edirdi. Məndən fərqli olaraq, Esmira döyülməkdən qorxurdu. Onun üstünə gedəndə, ya döyəndə saatlarla ağlayırdı. Ona görə də, mənə tüpürməyə məcbur olurdu. Anam isə elə davakar, söyüşkən olub ki...

- Sonuncu dəfə evdən nə vaxt qaçdın?

- Təxminən 1 il əvvəl evdən qaçmışdım. Yenə də evdə dava düşdü. Səhər tezdən anamın çantasından 2 manat götürdüm. Bir müddət küçədə tanış olduğum uşaqlarla gecələdim. Axşamlar pivə içirdik, kafelərdə qab yuyub əvəzində yemək alırdıq. Sonra kafelərin birində Azərlə tanış oldum. Mənimlə evlənəcəyini dedi.

...Yenidən susur. "Mənim bütün bəlalarımın səbəbkarı anamdır. Atalığıma da, döyülməyimə də dözərdim. Amma anam öz hərəkətləri ilə həyatımı zindan edib", - deyir. Bir qədər gözləyirəm.

- Hə, Azər mənə üzük, kofta alırdı. Deyirdi ki, evlənəndən sonra öz evimiz olacaq, nə ananın, nə də atalığının üzünü görməyəcəksən. Bir neçə dəfə kirayə evlərə baxmışdıq, hətta gəlinlik paltarı da seçmişdik. Azər işləyirdi, həmişə cibində pul olurdu. Bir neçə dəfə onunla pivə içmişəm. Amma araq təklif edəndə içmirdim. Sonuncu dəfə dedi ki, kirayə ev var, gedib baxmaq lazımdır. Axşam çağı görüşüb evə baxmağa getdik.

- Sənə orada təcavüz etdi?

- Yox, evdə olanda kiməsə zəng vurub gəldiyimizi dedi. Sonra bir oğlan gəldi. Azər dedi ki, dostudur, evi o kirayələyəcək. Siqaret almaq üçün mağazaya düşdü. Sonra bildim ki, yalan deyirmiş. Oğlan mənə təcavüz elədi. Azər qayıdanda əsəbiləşdi, dedi ki, onunla özüm hesablaşacağam. Amma sən heç kimə demə. Deyirdi onsuz da evlənəcəyik. Arda bir-iki nəfərlə görüşüb pul qazana bilərsən. Onunla razılaşmadığımı görüb məni zorladı. Deyirdi ki, harada olsan səni tapacağam. Məcbur qalıb evə qayıtdım. Anam evlənməyimi istədi, amma mən elə adamla evlənmək istəmirdim. Azər atalığımdan da pisdir. Hətta indiyə qədər atalığım nə mənə, nə də bacıma pis nəzərlə baxmayıb. Anamdan fərqli olaraq o, polisə şikayət etdi. İndi iş araşdırılır.

- İndi ailəndən ayrı yaşayırsan. Bəs 16 yaşında tək qalmaqdan qorxmursan?

- Yox. Nənəm dünyasını dəyişəndən sonra evi boş qalmışdı. Düzdür, evdə heç bir şərait yoxdur, günlərlə su, işıq olmur. Amma yenə də burada heç kim məni narahat eləmir. Yalnız hərdən anam gəlir, bağırır-söyür, sonra da çıxıb gedir. İndi yaydır, məhəllələri dolaşıb xalçaları yuyuram. Bir xalçaya görə 3 manat verirlər. Bəzən gündə 12-15 manat qazanıram. 18 yaşım tamam olandan sonra hər şey yaxşı olacaq.

...Üzündəki çapıq izləri onu yaşından böyük göstərir. Gülnarı aldadaraq zorlayan Azər və onun dostu məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bəs onun həyatını zindana çevirən ana və atalığından kim hesab soracaq?

Ən çox oxunan

Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Qanuni oğru Masallı Rafiqin dəhşətli döyülmə anı – ŞOK VİDEO/23+
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
Azərbaycanlı milyarderin ŞOK fotoları yayıldı - FOTOLAR (+ 18)
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
18 yaşlı azərbaycanlı terrorçu Həmzə Əliyev haqqında sensasion məlumatlar - FOTOLAR
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Rafael Cəbrayılov: “Xalqa məxsus olan dövləti məmur layiqincə təmsil etməlidir”
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Gəncədə kollec müdiri belə həbs edildi - VİDEO
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Azərbaycanlı müğənni lüt soyunmağa razı oldu - FOTOLAR
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Afaq Aslan yenə bədənini nümayiş etdirdi: “Baxın, hər yerim təbiidir” – VİDEO
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Rəşad Quliyev ittihamlara cavab verdi - Bu, Əlövsət Əliyevin işidir
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”
Elza Seyidcahandan yeni şeir: “Soyunsun mənim kimi...”