01 avq 18:06Sosial

ANS-in bazasında yeni TV fəaliyyətə başlayacaq? – Açıqlama

ANS-in bazasında yeni TV fəaliyyətə başlayacaq? – AçıqlamaQaynarinfo informasiya portalı tezliklə ASAN TV- nin fəaliyyətə başlayacağı barədə xəbər yayıb. Xəbərdə qeyd olunub ki, yeni telekanal ASAN TV adlanacaq və kanalın təsisçisi qismində “Asan-Xidmət” olacaq.

Yeni telekanalın fərqli məkanda fəaliyyətə başlayacağını bildirən mənbə, ANS TV-nin bir çox rəhbər kadrlarına yeni telekanalda vəzifə təklif olunacağını da deyib.
Sputnik-in sorğusuna cavab verən “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bu məsələyə aydınlıq gətirib:
“Biz tərəfdən ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi formada hər hansı məlumat açıqlanmayıb. Odur ki, ANS TV-nin bazası əsasında ASAN TV-nin fəaliyyətə başlayacağı barədə məlumatlar həqiqəti əks etdirmir.”

Xatırladaq ki, ANS telekanalının yayımı MTRŞ-nin şikayəti əsasında dayandırılıb. ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Türkiyədə 15 iyul-da baş verən dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülənlə müsahibəsinin anonsunun efirə getməsi MTRŞ-ni bu addımı atmağa vadar edib. İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS rəhbərliyi bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46