01 avq 10:41Sosial

Ətraf mühitin qorunması təbliğ edilir

Ətraf mühitin qorunması təbliğ edilirBirləşmiş Millətlər Təşkilatının Baş Qərargahında dünya liderləri tərəfindən qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədinin Azərbaycan gəncləri arasında təbliği məqsədi ilə “Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ətraf Mühit və Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi icra olunub. İctimai Birlikdən daxil olan məlumata görə, layihə çərçivəsində Oğuz, Balakən, Zaqatala rayonlarında və Şəki şəhərində yerli gənclər və ekologiya işçilərinin iştirakı ilə ardıcıl təlimlər keçirilib. Minilliyin İnkişaf Məqsədləri və nəticələri, 2016-2030-cu illəri əhatə edən Qlobal Gündəlik, yerüstü ekosistemlərin dayanıqlılığının qorunması, meşələrin dayanıqlı idarə olunması, dənizlərdən və dəniz resurslarından səmərli istifadənin təmin edilməsində, eyni zamanda iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmağı özündə birləşdirən təlimlər gənclərimizin qlobal prosesə cəlb olunması, onların Dayanıqlı İnkişaf Məqsədlərinin xüsusilə də ətraf mühitin dayanıqlığının təmin edilməsini əks etdirən məqsədlərin reallaşdırılmasında rolunun artırılmasına hədəflənib.
Qeyd edək ki, açılış mərasimlərində QHT-lərin, yerli Gənclər və İdman İdarələrinin və İcra Hakimiyyətlərinin nümayəndələri də iştirak ediblər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ