26 iyl 12:38Sosial

İcra başçısının polis qardaşı işdən çıxarıldı - CƏZA

İcra başçısının polis qardaşı işdən çıxarıldı - CƏZADaxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayon Polis Şöbəsində yoxlama aparılıb.

AzVision.az-ın məlumatına görə, yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Beyləqan rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab Məmmədov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qardaşıdır.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12