24 iyl 10:28Sosial

Mədəniyyət və Turizm Nazirliyi Ağdamın işğal günü bulvarda konsert verdi - VİDEO

Mədəniyyət və Turizm Nazirliyi Ağdamın işğal günü bulvarda konsert verdi - VİDEOAvqustun 23-də Ağdamın işğal Bakı bulvarında "Salsa party" təşkil edilib.

Publika.az-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov 1Xəbər.com-a deyib ki, tədbirin Mədəniyyət və Turizm nazirliyinin layihəsi olduğunu bildirib. "Tədbir bizim deyil, biz yalniz məkan veririk", - Məcidov əlavə edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında təşkil olunan tədbir bir neçə müddətdir ki, davam edir. Bakı Bulvarında təşkil edilən rəqs məkanı 25 iyun 2016-cı il tarixindən etibarən fəaliyyətə başlayıb. Rəqslər hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam edir. Bu gün də paytaxt sakinləri və qonaqları Bakı bulvarında rəqs məkanında müxtəlif xalqların rəqslərini həm izləyiblər, həm oynayıblar.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ