22 iyl 13:45Sosial

Ləğv olunan bankların əmlakı satışa çıxarılır

Ləğv olunan bankların əmlakı satışa çıxarılırLisenziyası ləğv olunan banklarda qorunan əmanətlərin təxminən 80%-i qorunan əmanətlərdir.

Avrasiya.net xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, bu banklarda əsasən qorunmayan əmanətçilər çoxluq təşkil edir: `Qorunmayan əmanətçilərə bankın 10 faizdən çox səhminə malik əmanətçilər, son ildə bankın auditini həyata keçirən və bankın inzibatçıları daxildir."

Azad Cavadov həmçinin əlavə edib ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu bankların əmlaklarının satışına başlanacaq:

`Bununla bağlı "emlak.adif.az" saytı yaradılacaq. Bilirsiniz ki, bankların mülkiyyətində müxtəlif əmlaklar, kompüterlər və digər avadanlıqlar var. Dəyəri böyük olan əmlakların sayı azdır və bu əmlaklar qiyməti beynəlxalq qiymətləndirici şirkətlər tərəfindən müəyyən ediləcək. Bundan sonra, dəyəri yüksək olan əmlaklar hərraclar vasitəsilə satılacaq".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
2 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nin nəzarəti altında aparılacaq.

Lisenziyası geri çağırılan bankların qorunan əmanıtçilərinə kompensasiya ödənişlərinə hazırlığa başlanılıb. Sığorta hadisəsi hələ baş verdikdən sonra 7 gün ərzində ödənişlərə başlanılacaq.

Bu banklar əmanətlərin Sığortalanması Fonduna üzv bankların reystrindən çıxarılıb və onlara verilmiş şəhadətnamələr ləğv edilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ