XƏBƏR LENTİ

17-01-2017 21:35 Eektron siqaret damağında partladı: 7 dişi töküldü - FOTO 17-01-2017 20:29 Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü - VİDEO 17-01-2017 20:22 İnternetdə tanış olduğu azərbaycanlı qızlar ərəbi döydülər 17-01-2017 19:30 "Reina" qətliamında İsrail izi: Bir həftə əvvəl bəlli idi 17-01-2017 16:48 100 milyonu yeyib Azərbaycana qaçan Riyad Qafarov kimdir? 17-01-2017 16:24 Şagirdini döyən müəllim xəstəxanalıq oldu - VİDEO 17-01-2017 15:40 Nəvəsinin cinsiyyət orqanını kəsən babadan DƏHŞƏTLİ ETİRAF 17-01-2017 15:38 Qalmaqallı direktor qovuldu, işi prokurorluğa göndərildi 17-01-2017 14:26 Özündən 11 yaş böyük iş yoldaşını niyə öldürdü? - Bakıdakı cinayətin TƏFƏRRÜATI 17-01-2017 14:24 Eks-nişanlısı azərbaycanlı Nazı döydü - VİDEO 17-01-2017 14:06 Bakıda gecə klubunda qan töküldü 17-01-2017 14:00 Universitetdə tələbə öldü - Azərbaycanda 17-01-2017 13:57 Akademikin yeni kitabı təqdim olundu 17-01-2017 13:57 “Reina” qatili haqqında dəhşətli - Fakt 17-01-2017 13:56 Sərkisyana hücum olunub 17-01-2017 12:05 “Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi ekspert 17-01-2017 11:54 Dünya bu FOTOdan danışır: Hamısını lüt soyundurub sıraya düzdülər, sonra isə... 17-01-2017 11:50 Ramil Usubovdan SƏRƏNCAM: Polkovniklər işdən qovuldu 17-01-2017 11:41 Azərbaycanlı iş adamı həbs edildi 17-01-2017 11:08 Bakıda 14 yaşlı oğlanı zorlayaraq videoya çəkdilər – CİNAYƏT 17-01-2017 11:04 Şəmkirdə maskalı şəxslər evə basqın edib – “Lampanı söndürdü, bıçağı boğazıma dirədi” 17-01-2017 10:53 Qarabağda erməni əsgəri yaralandı 17-01-2017 10:49 Gövhər Baxşəliyevadan ŞOK AÇIQLAMA: "O, 180 nəfərə saxta sənəd verib" 17-01-2017 10:48 "Reina" terrorçusu ilə birlikdə tutulan 3 QADININ SİRRİ AÇILDI 17-01-2017 10:45 Bu gün Davos forumu başlayır 17-01-2017 10:44 Millimizin sabiq baş məşqçisi axtarışa verildi 17-01-2017 10:27 Reina terrorçusu həbs edildi + VİDEO 17-01-2017 10:26 İŞİD terrorçuları üzərindən Azərbaycan pasportu tapılıb - VİDEO 16-01-2017 22:48 Erməni oğlanla evlənən azərbaycanlı qız ailəsinin FOTOLARını paylaşdı 16-01-2017 22:45 Sverdlovsk alverçiləri bu dəfə Lotu Quliyə xərac verəcəklər 16-01-2017 22:43 Məsud Bərzani istefa verdi 16-01-2017 21:11 Akif Çovdarov jurnalist ovunu davam etdirdi 16-01-2017 21:06 Ağdamda 56 yaşlı qadın intihar etdi 16-01-2017 21:05 9 ay hamiləliyindən xəbərsiz olub - Bakıda qəribə hadisə - VİDEO 16-01-2017 18:46 60-a yaxın Azərbaycan vətəndaşı terrorçulara qoşulub 16-01-2017 18:37 Prezident Elman Rüstəmova “2” verdi – baş bankir üçün geriyə sayım başladı 16-01-2017 18:33 General-leytenant: “Şəhidimizin qisası alındı” 16-01-2017 18:26 Bişkekdə qəzaya uğrayan “Boeing-747” haqda şok sirlər üzə çıxdı 16-01-2017 17:25 "Təfəkkür" universiteti fəaliyyətini dayandırdı 16-01-2017 17:14 İdmançıdan şok açıqlama: “Onların nəslində bir kişi yoxdur” - VİDEO 16-01-2017 17:11 Lənkəranskini dəfn edən axund danışdı: “Mərhumun üzünü görməsəydim...” 16-01-2017 16:56 Qüdrət Həsənquliyev 2016-cı ilin ən fəal deputatı oldu 16-01-2017 15:58 Qusarda kişi hər iki qolunun damarlarını kəsdi 16-01-2017 15:56 Bərdədə məscidə polis hücumu? – İmam və dindarlar şöbəyə aparıldı? 16-01-2017 15:55 Bakıda kafe işlədən qadın iş başında bıçaqlandı 16-01-2017 15:43 Valideynlərin uşaqlarla ünsiyyəti yerli və Avropa məhkəmə təcrübəsinin müqayisəli təhlili 16-01-2017 15:38 Partiya sədri: "Bütün gücümüz səfərbər olunmalıdır" 16-01-2017 15:28 Sərkisyan öldürüldü 16-01-2017 15:26 RƏZALƏT: Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədi 16-01-2017 15:21 «Leyla Şıxlınskaya» klinikasında biabırçılıq – İki körpənin həyatı ilə oynadılar 16-01-2017 15:09 Moskva metrosunu partladan 3 erməni - VİDEO 16-01-2017 14:53 Lənkəranskinin 5 metrlik heykəli Azərbaycana gətirildi 16-01-2017 14:48 25 yaşlı kişi intihar etdi - Bakıda 16-01-2017 12:59 Arvadını yandıran polis ''odnaklasnik'' şəkilinə görə işdən çıxarlbmış... 16-01-2017 12:56 Daşkəsəndə kütləvi dava 16-01-2017 12:55 Gənc oğlan 42 yaşlı sevgilisini və qızını güllələdi





"Ərə getdim, ata evinə bakirə qayıtdım..."

24-06-2016 17:19Sosial
"Ərə getdim, ata evinə bakirə qayıtdım..."Sücayət haqqında Ülkər adlı xanım status yazmışdı. Mənəvi və maddi dəstəyə ehtiyacı olduğunu ürək ağrısı ilə qeyd etmişdi. Elə bu ağrılı yanaşmaya görə 3 yaşından iflic olan xanımla əlaqə yaradıb, söhbətləşdik.

Məlum oldu ki, Əliyeva Sücayət Azay qızının 27 yaşı var, Bərdə rayonunun Zümürxan kəndində yaşayır, I qrup əlildir. 24 ildir ki, ortez adlanan aparatla gəzir. Ünvanladığım suallara komplekssiz cavab verir. Özünü ifadə etməkdə, fikrini çatdırmaqda sərbəstdir.

Müəllimlər mənə haqsızlıq etdilər

- Sücayət, məktəbə gedibsən? Təhsilin var?


- Bəli, 11-ci sinfə kimi məktəbə getmişəm, oxumuşam. Özü də məktəbə özüm gedib-gəlirdim, heç kəs kömək etmirdi. Əslində, mən evdə dərs almalı idim, amma bunu edən olmadı, müəllimlər gəlmədi, mən də oxumaq istəyirdim, özüm gedib-gəlirdim.

- Sinif yoldaşların necə idi? Əlil olmağına görə sənə münasibətləri pis deyildi ki?

- Yox, sağ olsunlar, mənə kömək edirdilər, çantamı çox vaxt onlar aparıb-gətirirdi. Amma müəllimlərim mənə qarşı haqsızlıq etdilər, onlar haqda o qədər də xoş danışa bilmirəm...

- Nə mənada haqsızlıq etdilər?


- Məktəbə gəlməyən uşaqlar var idi. Ancaq imtahandan imtahana gələrdilər. O uşaqların atalarının pulu var idi deyə, onlara həmişə "5" yazardılar. Amma mən əziyyətlə 11 il məktəbə getdim, heç dərs buraxmadım, bir az zəif oxudum deyə, "3", "4" qiymət verdilər.

- Əslində, müəllimlərin sənin qiymətini kəsmədilər, nəyə layiq idin, onu da yazdılar...

- Hə, düzdür, mənim qiymətim nə idi, onu da yazırdılar. Bəs, dərsə heç gəlməyənlər, oxumayanlar necə? Axı, onlar o yazılan qiymətə layiq deyildilər. Həm də mənə görə dövlətdən ayrıca maaş da alırdılar. Əslində, gəlib mənə evdə dərs keçməli idilər.

Mənim ayaqlarım şikəstdir, ürəyim yox

- Sücayət, sinif yoldaşın olan qızlar səninlə sirlərini bölüşürdülər?


- Hə, qızlarımız mənimlə bu haqda çox söhbət edirdi, məndən məsləhət alırdılar, dərdləşirdilər. Elə indi də elədir, bir problemləri olanda mənimlə bölüşürlər.

- Bəs, sən necə, xoşuna gələn vardımı, heç istərdinmi ki, sənə də məktub yazsınlar, SMS göndərsinlər?

- Əlbəttə, istəyirdim. Mənim ayaqlarım şikəstdir, ürəyim yox. O vaxtlar istəyirdim, amma olmurdu, sonra böyüdüm, gözəlləşdim, mənə baxanlar, xəbər göndərənlər çox oldu. Elə indi də az deyil, mən bezirəm, istəmirəm. Sonra ailə qurdum, başıma oyunlar gəldi, daha heç nə istəmirəm...

Sırf övladım olsun deyə...

- Sevib ailə qurdun, yoxsa qüsurlu olduğuna görə kiməsə verdilər və sən də razılaşdın?


- Yox, sevmədim. Sırf övladım olsun deyə ərə getməyə razılıq verdim. Fikirləşdim, mən beləyəm, o da qüsurludur, nə olsun, övladımız olar. Böyüyər, məni qardaşa möhtac qoymaz, ana olaram, balam baxar mənə. Amma düşündüklərim olmadı, bədbəxt oldum, qayıtdım atamın evinə...

- Niyə ana ola bilmədin? Sən ki uşaq istəyirdin...

- Yox, ona görə ayrılmadım, ərim xəstə idi, evimizdən necə bakirə getmişdimsə, elə də geri döndüm. Onun cinsi xəstəliyi vardı, gəldim ata evinə. Atam, anam dönüşümə bir söz demədi. O da bir kəlmə - "haqqını halal et", - dedi...

İstəmirəm, kimsə görsün, xəlvətdə ağlayıram

- İcra Hakimiyyətinə, deputatınıza müraciət edibsən səhhətinlə, yaxud hər hansı bir arzunla bağlı?


- Hər yerə yazmışam.

- Nə istəmisən?

- İlk vaxtlar ayağım üçün yazırdım ki, müalicəyə kömək etsinlər, sağalım. Sonra gördüm ki, mənim müalicəm yoxdur, daha yazmadım. Amma son vaxtlar imkansızlıqdan maddi dəstək üçün müraciət etdim, yenə də heç kəsdən səs-soraq çıxmadı.

- Nə arzulayırsan? Həyatında nə istərdin ki, sənin üçün dəyişsin?

- İstəyirəm işim, evim olsun, ayaqlarım salamat olsun. Toy olur kənddə, gedirəm. Həmişə də ağlayıram, pis oluram. İstəmirəm, kimsə görsün, xəlvətdə ağlayıram...

Evim olur, ana oluram, balama qulluq edirəm

Ana olsaydın, neçə uşaq istərdin? Adlarını nə qoyardın?

- Xəyalımdadır mənim dünyam. Evim olur, ana oluram, balama qulluq edirəm, sözümə baxmayanda ehmalca vururam, amma ağrıtmasın deyə, gülə-gülə, yavaş vururam. Qızımın olmasını istəyirəm, adını da Rəbiyyə qoyuram.

- Niyə Rəbiyyə?

- Həzrəti Rəbiyyə haqda filmə baxmışdım. O filmi çox sevmişdim, ona görə...

- Ailədə kimin var? Ata, ana, bacı, qardaş...

- Ata xəstədir, qaraciyər serrozudur, anam da var, qardaşım da. Qardaşımın anadangəlmə gözləri zəif görür. O, ailəlidir, iki övladı var.

- Boşanandan sonra sənə evlənmək təklifi edən oldu?

- Evlənmək təklifi oldu bu yaxınlarda. Amma getmədim, çünki ayrıldığım cəmi 4 aydır. Mənim gücüm çatar, əminəm ki, gözəl həyat yoldaşı, ana ola bilərəm. Amma istəmirəm, sadəcə, qorxuram... Mənim istəyim... problemim nədir? Mən ərə gedərkən anam borc elədi, cehizlərimi aldı. Sonra da ayrıldım. İndi həmin borcu öz əlillik təqaüdümlə qaytarıram, hər ay 120 manat. Bu yaşıma qədər tələbatımı təqaüdümlə özüm ödəmişəm. Valideynlərimin maddi gücü çatmayıb... Məktəbə getmişəm, dəftər-kitabımı, paltarımı öz pulumla almışam. Müalicəmi də həmin pulla etmişəm. Bir-iki ay təqaüdümü yığıb gedirdim Bakıya, aparatımı düzəltdirmək üçün. İndi təqaüdüm borca gedir deyə, gedə bilmirəm. Aparatım xarabdır, yeriyə bilmirəm...

Axar.az
Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+