23 iyn 02:35Sosial

Nazirdən iki başçının oğlu ilə bağlı əmr

Nazirdən iki başçının oğlu ilə bağlı əmrDaxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Mia.az xəbər verir ki, nazir Ramil Usubovun əmri ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin edilib.

Nazir Ramil Usubovun başqa əmriylə isə 29-cu PB-nin rəisi Faiq Hüseynov sərəncama götürülüb.

Qeyd edək ki, Vüsal Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur. Sərəncama götürülən Faiq Hüseynov isə Binəqədinin sabiq icra başçısı Hüseyn Hüseynovun oğludur.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24