14 iyn 11:26Sosial

İrəvan və Qarabağ haqqında tanınmış resurslar 3 min gəncə tanıdılıb

İrəvan və Qarabağ haqqında tanınmış resurslar 3 min gəncə tanıdılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “İrəvan - bizimqala. 3-cü mərhələ” adlı layihə icra edilib.
7 – 8 iyun tarixlərində Ağdaş rayonunda, 9-10 iyun tarixlərində Goranboy rayonunda və 13-14 iyun tarixlərində Samux rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanıb. Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsızlıq özünü pis tərəfdən göstərir. Ona görə də biz dədə - baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Bu haqda layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd edib. Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhfə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilib, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunub. İrəvan və Qarabağ haqqında tanınmış resurslar gənclərə tanıdılıb.
Seminarlar tarixçi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin sədr müavini Səbuhi Hüseynov tərəfindən aparılıb. Seminar -dərslər aşağıdakı mövzuları əhatə edib:
• İrəvan – qədim Azərbaycan torpağı
• İrəvan – tarixi faktlar
• İrəvanın tarixi memarlıq abidələri
• İrəvan əhalisi
• Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak ediblər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adıçəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 3 000 gənc cəlb olunub.
Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları ilə təmino lunmuş, İrəvan tarixi ilə bağlı nəşr – poliqrafiya məh¬sulları iştirakçılara paylanmışdır. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Xatırladırıq ki, layihənin 1- ci və 2- ci mərhələsi 2015-ci ildə Azərbaycanın Sabirabad, Biləsuvar, Ağstafa, İsmayıllı, Masallı, Şəki regionlarında həyata keçirilmişdir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ