13 iyn 18:00Sosial

Xaləddin İsgəndərovun qalmaqallı oğluna vəzifə verildi

Xaləddin İsgəndərovun qalmaqallı oğluna vəzifə verildiBinəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu, vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərova yeni vəzifə verilib.

Məlumatda bildirilir ki, bununla bağlı Fazil Məmmədov əmr imzalayıb. Nazir bacısı oğlunu Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədova müavin təyin edib. Özü də icra başçısının oğluna vəzifə ilə yanaşı mayor və kiçik vergi müşaviri rütbələri verilib.

Qeyd edək ki, ötən ilin sonlarında Elnur İsgəndərovla bağlı mediada bəzi məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Xaləddin İsgəndərov İcra Hakimiyyətinin binasının birinci mərtəbəsində bu quruma heç bir dəxli olmayan Elnur İsgəndərova lüks kabinet verib. Binəqədidə icra başçısından sonra ikinci şəxs məhz Elnur İsgəndərov hesab edilir.

Qaynarinfo.az
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ