08 iyn 20:43Sosial

Əli Kərimlinin mühacir biznesini ifşa edən SƏS YAZISI

Əli Kərimlinin mühacir biznesini ifşa edən SƏS YAZISIBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bir neçə gün bundan öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə “Azərbaycan saatının” müxbiri, Hollandiyada yaşayan Fikrət Hüseynlinin birləşərək, Azərbaycan vətəndaşlarına xarici ölkələrdə “siyasi sığınacaq” statusu almaq məqsədilə saxta partiya arayışı satmasına dair sənədlər yaymışdı.

Niyaməddin Orduxanlı növbəti dəfə özünün Facebook səhifəsində bu mövzuya qayıdaraq Fikrət Hüseynlinin həm saxta partiya arayışı alan Vüqar Əzizovla aralarında olan səs yazısını, həm də əldə etdiyi sənədlərin və videonun mənbəyini göstərib:
Əli Kərimlinin mühacir biznesini ifşa edən SƏS YAZISI

“Hörmətli dostlar, məndən soruşurlar ki, keçən dəfəki statusumda Əli Kərimli ilə Fikrət Hüseynlin birləşib 3000 avroya Əzizov Vüqar Əlverdi oğlunun AXCP-nin Nizami rayon şöbəsinə üzv olmasına dair əldə etidyi arayışı, Fikrət Hüseynlinin Latviyadakı Bank hesabına dair sənədi və digər səndələri necə əldə etmisən? Sizə deyim. Çox sadə. İstənilən şəxs “Evro Asiya News” saytına daxil olaraq, 3 iyun 2016-ci il tarixli “Avropada insan ticarəti qaçaqçılığı ilə məşğul olan saxta müxalifətçilər” yazsını oxuya, yaxud da Facebook istifadəçisi olan Gabil Rzayevin səhifəsinə daxil olub, həmin bu sənədlərlə yaxından tanış ola bilər.

Fikrət Hüseynlinin Vüqar Əzizovla telefonda “pul Lativiyadakı hesab nömrəmə köçürülməsə” fikiri də həmin mənbəyə əsaslanır. Sadəcə, görünən budur ki, bütün bunlar həqiqətdir! Əli Kərimli heç vaxt real müxalifət olmayıb və bu insan özü üçün “radikal müxalifət” imici qazanaraq sadə insanlardan pul qoparıb.
Əli Kərimlinin mühacir biznesini ifşa edən SƏS YAZISI
Bütün bunlar sənədlərə, sübutlarla öz təsdiqini tapır. Ən maraqlısı da odur ki, Vüqar Əziziov da arayışın həqiqətən də AXCP tərəfindən verildiyini və bu arayışı Azər Qədirov adlı şəxsin onun telefonun yaddaşından götürüb sayta yerləşdirdiyini təsdiq edir. Yaxud da “Youtube”yə daxil olub “Ali kerimovun finansmani fikret huseynovun avraopadaki insan alveri” adlı videonu tapıb baxa bilərsiniz. Sadəcə, mənim bu statusum ona həsr olunur ki, insanlar Əli Kərimlinin, Qənimət Zahidin, Natiq Ədilovun, Fikrət Hüseynlinin və digər şəxslərin toruna düşməsinlər. Bu adamların əsas məqsədi sizləri aldatmaqdır və sizlərə “xarici ölkədə yaşaya bilərsiniz” fikirini təblığ etməkdə məqsədləri öz çirkin siyasətlərinə qurban vermək, həm də sizlərdən pul qazanmaqdır. Əli Kərimli həmişə öz maraqlarına xidmət edib!”.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24