08 iyn 07:47Sosial

Deputat mandatından imtina etdi

Deputat mandatından imtina etdi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib.

Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib.

***

45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsinin səbəbi məlum olub.

1 noyabr 2016-cı ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının seçki qanunvericiliyin uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsi barədə sərəncam imzalayıb.


APA.az
loading...
Reklam
XƏBƏR LENTİ