07 iyn 14:20Sosial

Azercell satışa çıxarıldı – Türkcell gəlir

Azercell satışa çıxarıldı – Türkcell gəlirAzNews.az-a daxil olan məlumata görə, İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera Azərbaycanın ən iri mobil rabitə operatorundakı səhmlərini satmaq qərarına gəlib.

Əldə etdiyimiz məlumata görə, TeliaSonera-nın Azercell-dəki payına artıq müştəri də tapılıb. Bildirilir ki, Türkcell şirkəti Azercell-in 59 faizlik payının yeni sahibi olmaq istəyir.

Xatırladaq ki, “TeliaSonera” şirkəti ötən ilin belə bir bəyanat yaymışdı ki, telekommunikasiya nəhəngi tədricən Avrasiya regionundan çıxaraq əsasən biznesini Avropa regionuna yönəldəcək. Bəyanatda deyilirdi ki, şirkət tədricən Avrasiya regionundan tamamilə çıxacaq. Bəyanatda qeyd edilən Avrasiya regionuna postsovet respublikaları və Nepal daxildir.
loading...
Reklam
XƏBƏR LENTİ