07 iyn 14:03Sosial

İqbal Ağazadə sorğuda birinci oldu

İqbal Ağazadə sorğuda birinci oldu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş Seçki Dairəsində təkrar keçiriləcək parlament seçkisində namizədlərin reytinqini müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

ADİİM-dən bildirilib ki, sorğuda yalnız seçici hüququ olan vətəndaşları iştirak edib. Təşkilatın əməkdaşları seçicilərlə şifahi sorğu keçiriblər, onlara verilən anketlərdə isə qeydlər aparılıb.

Məlumata görə, 90 saylı Ağdaş Seçki Dairəsində respondentlərin 75 faizi təkrar seçkilərdə Ümid Partiyasının sədri İ.Ağazadəyə səs verəcəklərini bildiriblər: “Sorğu 2 gün ərzində 120 seçici arasında aparılıb. Nəticələrə görə, sonrakı yerlərdə YAP-ın namizdəi Cavid Osmanov (15 faiz), Əli Haqverdiyev (3 faiz) və digərləri gəlir. İqbal Ağazadənin daha çox səs qazanmasına səbəb isə deputat olduğu zamanlarda vətəndaşların hüquqlarının qorunması ilə bağlı Milli Məclisdə cəsarətli çıxışları, seçicilərinin problemlərinin həllində onlara yaxından dəstək göstərməsidir".

Xatırladaq ki, 90 saylı Ağdaş Seçki Dairəsində 7 namizəd Milli Məclisə keçiriləcək təkrar seçkilərdə öz güclərini sınayacaqlar. Seçki 18 iyunda keçiriləcək.

P.S. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2015-cı ildə keçirilən parlament seçkilərində bir çox seçki dairələrində namizədlərin reytinqlərini müəyyənləşdirmək məqsədilə bu tip sorğular keçirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51