22 fev 07:27Sosial

İtkin düşən neftçiyə aid olduğu ehtimal edilən kişi meyiti tapılıb

İtkin düşən neftçiyə aid olduğu ehtimal edilən kişi meyiti tapılıbXəzər dənizinin Neftçala rayonuna yaxın hissəsində balıqçılar dənizdə cəsəd aşkar ediblər. Onlar bu barədə dərhal Neftçala rayonunun hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Virtualaz.org saytı xəbər verir ki, nəticədə cəsəd Dövlət Sərhəd Xidmətinin yaxınlıqda üzən gəmisi tərəfindən göyərtəyə götürülüb və Neftçala şəhərinə gətirilib. Naməlum kişi meyitinin əynində yalnız mayka olduğundan üzərində şəxsiyyətini müəyyən edəcək sənədi tapılmayıb. Hazırda meyitin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tibbi ekspertizanın keçiriləcəyi gözlənilir.

İlkin ehtimallara görə, cəsəd “Günəşli” neft yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən birinin ola bilər.

Qeyd edək ki, indiyədək itkin düşən neftçilərdən yalnız 8-nin meyiti tapılb, 22 nəfər isə hələ də axtarılır.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21