02 iyn 04:58Sosial

Azərbaycan ən çox siqaret çəkən ölkələr sırasındadır

Azərbaycan ən çox siqaret çəkən ölkələr sırasındadırÜmümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, spirtli içki ilə yanaşı ən çox siqaretdən istifadə edən ölkələr də Şərqi Avropada yerləşir.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, ən çox siqaret çəkən ölkələrin siyahısına Çernoqoriya başçılıq edir. Burada hər yetkin vətəndaşa ilə 4 min 124 siqaret düşür, bu da günə 11,3 siqaret deməkdir.

Statistikaya əsasən, ilk beşliyə həmçinin Belarus, Livan, Makedoniya və Rusiya daxildir.

Azərbaycan bu siyahıda 13-cü yerdədir.

İlk iyirmilik belədir:

1. Çernoqoriya

2. Belarus

3. Livan

4. Makedoniya

5. Rusiya

6. Sloveniya

7. Belçika

8. Lüksemburq

9. Çin

10. Bosniya və Hersoqovina

11. Çexiya

12. Qazaxıstan

13. Azərbaycan

14. Yunanıstan

15. Cənubi Koreya

16. Avstriya

17. İordaniya

18. Ukrayna

19. Estoniya

20. Macarıstan

Əhalisi ən az siqaret çəkən ölkə Qvineyadır.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
29-04-2017, 10:41