01 iyn 22:31Sosial

Ziya Məmmədov Ukraynada 100 milyonluq otel alıb - FOTO

Ziya Məmmədov Ukraynada 100 milyonluq otel alıb - FOTONəqliyyat naziri “Mirotel”in bir hissəsini hansı həmkarına hədiyyə edib?

Nəqliyyat naziri Ziya Məmmədov Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri yüz milyonlarla dollar olan otel aldığı idida olunur.

Bu barədə aztoday.az-a Truskavets şəhərinə müalicə məqsədilə ilə gedib-gələn soydaşlarımız məlumat veriblər. Onların sözünə görə, Truskavetsin ən məşhur və bahalı istirahət məkanı azərbaycanlı oliqarxın aldığı “Mirotel” sayılır.

Soydaşlarımızın dediklərinə inansaq, Truskavetsdə hamı “Mirotel”in azərbaycanlı nazirə məxsus olduğunu bilir.

Məlumatda iddia olunur ki, son zamanlar Ziya Məmmədovun başını “qara buludlar” alan ərəfədə nəqliyyat naziri “Mirotel”in bir hissəsini nazir həmkarlarından birinə hədiyyə edərək vəziyyətdən çıxıb…

Azərbaycanlı nazir-oliqarxa məxsus otelin fotolarını təqdim edirik.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ