26 may 20:31Sosial

Prezident icra başçısını təltif etdi

Prezident icra başçısını təltif etdiAzərbaycan Prezidenti İlham Əliyev Mərdan Camalovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov "Şöhrət" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, M.Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə millət vəkili Rauf Asif oğlu Əliyev də "Şöhrət" ordeni ilə təltif edilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ