23 may 20:47Sosial

Qaxda iki uşaq atası itkin düşüb - FOTO

 Qaxda iki uşaq atası itkin düşüb - FOTOQax rayonunun 30 yaşlı sakini itkin düşüb. Bu barədə "Report"un Şəki-Zaqatala bürosunun müxbirinə Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Qax şəhəri, Azərbaycan prospekti ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb.

Onun ailə üzvlərinin sözlərinə görə, Əhməd Qabulov gecə 2 radələrində evdən çıxıb və geri qayıtmayıb: "Dünəndən etibarən onun harada olduğu məlum deyil. Əhməd Şükürovun əlamətləri-arıq bədən quruluşlu, boyu 167 santimetr, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində boz pencək, boz köynək, qara şalvar və qara rəngli boğazlı çəkmə olub".
Onu görənlərdən Qax RPŞ-ə ilə əlaqə saxlamaları xahiş olunur. Tel: (024) 255-23-52

Qeyd edək ki, Ə.Qabulovun iki azyaşlı övladı var.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21