20 fev 11:32Sosial

İqtisadçıdan Hicran Hüseynovaya: “Yalandırsa, aparat rəhbəri niyə işdən çıxarılıb?”

İqtisadçıdan Hicran Hüseynovaya: “Yalandırsa, aparat rəhbəri niyə işdən çıxarılıb?” Xeyli müddətdir ki, adı gündəmi zəbt etmiş 170 minlik rüşvətdə hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ətrafında qalmaqal davam edir.

İqtisadi ekspert Qadir İbrahimli sözügedən məsələdə adı çəkilən Hicran Hüseynovanı ittiham edib: “Adı 170 minlik qalmaqalda hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyir ki, bunlar hamısı yalandır, böhtandır.Yaxşı yalan və böhtandırsa, məsələdə əsas fiqur olan aparat rəhbəri niyə işdən və ölkədən çıxarılıb? Axı açar fiqur odur...” Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hücran Hüseynovanın və sabiq aparat rəhbəri Səfər İmanovun işə düzəltmək adı ilə Eynur Kərimov adlı şəxsdən 170 min dollar aldığı iddia edilir.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27