XƏBƏR LENTİ

18-01-2017 19:39 6-cı sinif şagirdi intihar etdi - Şabranda 18-01-2017 19:00 Sabiq polis: MTN-də məni döydülər 18-01-2017 18:09 Qarabağda erməni əsgər öldürüldü 18-01-2017 16:59 82 yaşlı kişi 12 gündür itkin düşdü 18-01-2017 16:41 Arvadının başını əzdi - VİDEO 18-01-2017 16:08 DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ! Bakının mərkəzində oğlanı zorla belə qaçırtdılar - VİDEO 18-01-2017 16:00 ŞOK CİNAYƏT! Atasının evlənmək istədiyi qadının bütün ailə üzvlərini öldürdü 18-01-2017 15:54 Rusiya Ermənistana ən müasir hərbi sistemlərini göndərdi 18-01-2017 15:52 Jurnalisti təhqir edən idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb 18-01-2017 15:50 36 yaşlı kişi bulvardakı saat qülləsinə çıxaraq intihar etmək istədi 18-01-2017 14:06 Moskvada fahişələr leytenantı zorlayıblar 18-01-2017 14:02 Hacı Əbdülün vəziyyəti ağırlaşdı 18-01-2017 14:02 Azərbaycanda müəllim dərsdə öldü 18-01-2017 13:52 Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 18-01-2017 13:49 Lənkəranskinin sağ əli azadlığa çıxdı 18-01-2017 13:45 Xalq artisti məhkəməyə verildi- 300 min manat təzminat... 18-01-2017 13:17 "Hadisələrin başında Primakovun dəstəsi və AXC-nin bəzi liderləri dururdu" 18-01-2017 12:53 MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat 18-01-2017 12:45 Gəlini ilə əlbir olub oğlunu öldürən ata - Məqsədi gəliniylə... 18-01-2017 12:12 Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi 18-01-2017 12:02 Türk vəkil erməni məhbusun qarşısında baş əydi – VİDEO 18-01-2017 11:39 Nadir Qafarzadə Azərbaycandan getdi: “Allaha tapşırıram” 18-01-2017 11:35 "Toy libasın kəfənin oldu"- Universitetdə ölən İbrahimin ən yaxın dostunun ürəyi yandı 18-01-2017 11:19 Moskva-Yerevan təyyarəsində dava düşdü 18-01-2017 11:08 Kamran Ağayev cəzalandırıldı 18-01-2017 11:06 88 yaşlı qadının meyiti morqda yoxa çıxdı 18-01-2017 10:37 "Reina" qətliamçısının ilkin ifadəsi: "Hədəfim Taksim idi amma..." - VİDEO 18-01-2017 10:15 ŞOK OLAY: Ana qızını çarpayıya bağlayıb diri-diri yandırdı - VİDEO 18-01-2017 10:13 Seksual təcavüzə görə Tramp məhkəməyə verildi - İnauqurasiyaya 3 gün qalmış... 18-01-2017 10:06 Azərbaycanlı Kiyevin mərkəzində donaraq öldü 18-01-2017 10:06 Məşhur karateçi: "Yeznəmi və qardaşını bacıma görə öldürdüm" 18-01-2017 09:55 “Lotu Quli”nin həbsxanalarda yayılmış müraciəti açıqlandı: “Lənkəranski heç kimdir” 18-01-2017 09:46 Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası – Foto 18-01-2017 09:33 "Reina" terrorçusu ilə bağlı yeni xəbər 18-01-2017 09:30 Rusiya İrəvana 300 milyon ayırır - Məxfi plan 18-01-2017 09:24 Bolqarıstanın nüfuzlu qəzetində İlham Əliyevin məqaləsi dərc olunub 18-01-2017 09:23 Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqladı, avtomobili qaçırdı 17-01-2017 21:35 Eektron siqaret damağında partladı: 7 dişi töküldü - FOTO 17-01-2017 20:29 Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü - VİDEO 17-01-2017 20:22 İnternetdə tanış olduğu azərbaycanlı qızlar ərəbi döydülər 17-01-2017 19:30 "Reina" qətliamında İsrail izi: Bir həftə əvvəl bəlli idi 17-01-2017 16:48 100 milyonu yeyib Azərbaycana qaçan Riyad Qafarov kimdir? 17-01-2017 16:24 Şagirdini döyən müəllim xəstəxanalıq oldu - VİDEO 17-01-2017 15:40 Nəvəsinin cinsiyyət orqanını kəsən babadan DƏHŞƏTLİ ETİRAF 17-01-2017 15:38 Qalmaqallı direktor qovuldu, işi prokurorluğa göndərildi 17-01-2017 14:26 Özündən 11 yaş böyük iş yoldaşını niyə öldürdü? - Bakıdakı cinayətin TƏFƏRRÜATI 17-01-2017 14:24 Eks-nişanlısı azərbaycanlı Nazı döydü - VİDEO 17-01-2017 14:06 Bakıda gecə klubunda qan töküldü 17-01-2017 14:00 Universitetdə tələbə öldü - Azərbaycanda 17-01-2017 13:57 Akademikin yeni kitabı təqdim olundu 17-01-2017 13:57 “Reina” qatili haqqında dəhşətli - Fakt 17-01-2017 13:56 Sərkisyana hücum olunub 17-01-2017 12:05 “Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi ekspert 17-01-2017 11:54 Dünya bu FOTOdan danışır: Hamısını lüt soyundurub sıraya düzdülər, sonra isə... 17-01-2017 11:50 Ramil Usubovdan SƏRƏNCAM: Polkovniklər işdən qovuldu 17-01-2017 11:41 Azərbaycanlı iş adamı həbs edildi





Baytarı müəllim, müəllimisə xadimə götürüblər - Daha bir təhsil rüsvayçılığı

19-05-2016 16:57Sosial
Baytarı müəllim, müəllimisə xadimə götürüblər - Daha bir təhsil rüsvayçılığıAbşeron rayonu, Masazır 2 nömrəli kənd məktəbinin müəllimləri direktorun özbaşınalığı ilə bağlı ictimaiyyətə müraciət ediblər. Məktəb kollektivinin sözlərinə görə, direktor aidiyyəti qurumlara edilən müraciətlərin qarşısını aldığından onların problemi ilə maraqlanan yoxdur.

Məktəbin müəllimləri AzNews.az-a müraciət edərək direktorun bütün qayda-qanunları aşan əməlləriylə bağlı danışıblar. Bildiriblər ki, 1 il yarımdır, məktəbə direktor vəzifəsinə təyin edilən İbrahim Təhməzov məktəbin düzənini pozub, əlavə ştatlar açaraq müəllimlərin dərs yükünü azaldıb.

10 ilə yaxındır ki, sözügedən məktəbdə işləyən Ulduzxan Əsgərovun sözlərinə görə, məktəbin əvvəlki direktoru elə İ.Təhməzovun həyat yoldaşı olub: “Çox yaxşı insan, çox yaxşı qadın idi. Onun dövründə məktəbdə çox gözəl kollektivimiz var idi. Xeyir-şər, böyük-kiçik hər şey qaydasında idi. İbrahim Təhməzov gələndən sonra hər şey pozulub. Müəllimlər arasında əvvəlki xətir-hörmət qalmayıb. Müəllimlər bir-biri ilə, əsasən də direktorla didişir. Məktəb fəlakət qarşısındadır”.

BİR İLƏ 30 MÜƏLLİM İŞƏ GÖTÜRÜLÜB... HƏRƏSİNDƏN DƏ 5000...

37 illik müəllim stajı olan U. Əsgərov yeni direktorun gəlişindən sonra məktəbə 30 müəllim götürüldüyünü deyir:

“İşə götürülən müəllimlərin hamısından pul alır. Direktor Təhsil qanunlarının bütün tələblərini pozur. Çünki məktəbə yeni müəllim yalnız vakansiya yarananda götürülə bilər. O da test üsulu ilə imtahan verib nazirlik xəttiylə gələ bilər. Lakin bu qayda bizim məktəbdə işləmir. Direktor pul verənlərin hamısını gətirir işə düzəldir. Məktəbimizdə elə müəllimlər işləyir ki, onlar heç pedaqoq da deyil. Pul alır, gətirir, o müəllimdən 5 saat kəsir, bu müəllimdən 3 saat kəsir, ona dərs yükü verir. Gələn adamlar da 1 ay sonra peşman olur. Artıq nə pulunu ala bilir, nə də işdən gedə bilir”.

Adının çəkilməsini istəməyən digər şikayətçi müəllim bildirir ki, İ.Təhməzov bir müəllimi işə qəbul etmək üçün ən az 5000 manat pul istəyir: “İşə götürdüyü son 3 nəfərin hərəsindən 5000 və 7000 dollar, birindən isə 5000 manat alıb. Söhbət əsnasında bu məbləğləri öyrənmişik. Bizim məktəbimizdə 800 uşaq var. Bu qədər şagird sayına da maksimum 80 müəllim düşür ki, belə məktəblər də sıx sayılır. 1 müəllimə 10 uşaq düşür. Lakin bizdə 130 müəllim var. 1 müəllimə 6-7 uşaq düşür. Bu, hansı qayda-qanuna sığır?”

MÜƏLLİMLƏRİN ADINDAN SAXTA ƏRİZƏLƏR YAZIR

Şikayətçilər yeni gətirilən müəllimlərə ayrılan dərs yükünün digər müəllimlərdən kəsildiyini söyləyir: “İşə götürdüyü müəllimlərə dərs vermək üçün o biri müəllimlərdən kəsməlidir axı. Ona görə köhnə müəllimlərin adından ərizə yazır. Şəxsən bizim adımızdan ərizə yazıb. Xəbərimiz olmayıb. Maaşımızı az verdilər, mühasibatlığa getdik, soruşuruq ki, niyə maaşımızı az verirsiniz? Deyir özünüz ərizə yazıb, imtina eləmisiz dərslərindən. Baxırıq ki, bizim əvəzimdən ərizə yazıb, bir imzalar da atıb, verib mühasibatlığa. O cümlədən, onlarla müəllimin adından belə ərizələr yazıb, təzə müəllimlər üçün dərs yükü ayırıb. Bütün bunlar ona azlıq edir. Məktəbdə 20-30 texniki işçi olmalıdır. Amma 3-4-ü görünür. Bu 3-4 nəfər 30 nəfərin işini görür. Yerdə qalan texniki işçilərin hamısının pulunu direktor alır. Tanıdığı adamları gətirir yazdırır, onların adı rəsmi ştatda gedir, maaşlarını direktor alır. Onun işə müəllim götürməsi səbəbindən digər müəllimləri maaşları təxminən 200 manat civarında azalıb. Məsələn, tarix fənnindən 3 müəllimə yer var. Amma 8 müəllim götürüb. Digər müəllimlərin hamısını müvəqqəti saxta əmrlə götürüb. Guya, analıq məzuniyyətinə gedən var. Onu əvəzləyəcək. Lakin hamısı yalandır”.

ŞTAT YERLƏRİ DOLDUĞUNDAN, MƏKTƏBİN HƏYƏTİNİ SATIB...

Müəllimlərlə söhbət zamanı məlum olur ki, məktəbi “biznes mərkəzinə” çevirən direktor əvvəllər torpaq alveriylə məşğul olurmuş. Bu vərdişini direktor vəzifəsini qazanandan sonra da davam etdirib: “Məktəbin həyətyanı sahəsini satmışdı. Ağsaqqallar işə qarışandan sonra pulu geri qaytardı. Nə idarəetməni bilir, nə ixtisasını bilir, nə ümumi savadı var. Amma “qara iş”ləri elə gözəl bilir ki... Kollektiv olaraq onunla işləyə bilmirik. Nə təlim qalıb, nə tərbiyə. Əvvəl qaçqın məktəbində direktor olub. 11 nömrəli Laçın məktəbində. 18 il orada işləyib. Özü də deyir ki, mən o məktəbdə də belə işləmişəm. 6 il bundan əvvəl onun direktoru olduğu həmin məktəbdə analoji hadisələr yaşanmışdı. Məktəbin həyətini satmışdı. Otaqlarını satmışdı. Lakin hansısa yollarla özünü qurtarmağı bacardı”.

Müəllimlər direktorun bu əməllərlə kifayətlənmədiyini, şagirdlərdən də rüşvət aldığını deyir: “Qanunla 11-ci sinif şagirdləri hər gün dərsə gəlməlidir, ilin sonunda da imtahanını verib attestat almalıdır. Amma bizim məktəbdə belə deyil. Direktor 11-ci siniflərlə danışır, hesabını alır. Şagirdlər də ilin əvvəlində gedir, bir də attestat almağa gəlirlər”.

“HƏR GÜN DAVA-DALAŞDI”

Direktorun daha bir özbaşınalığı və qazanc yeri laborantlarla bağlıdır: “Laborantlarla bağlı da qanunsuzluq baş alıb gedir. Tutaq ki, 3 nəfər laborant ştatı var məktəbimizdə. 3 nəfərin yerinə 9 nəfər götürür. Onlardan pulu laborantlıq vəzifəsinə görə alır. Aldadır ki, siz laborantsınız. Amma həmin şəxsləri 2-3 ay ərzində xadimə kimi rəsmiləşdirir. Laborantlıq vəzifəsinə gələn adam da maaşı o vəzifəyə görə yox, xadimə vəzifəsinə görə alır. Kitabxanaçı kimi götürdüyünü xadimə kimi rəsmiləşdirir. Buna görə də, məktəbdə hər gün dava-dalaşdı. Laborantlığa görə 150 manat almalı olan şəxs, 110 manat alır, nəticədə əslində, ştat olaraq xadimə vəzifəsində olduğunu öyrənəndə, direktorla dalaşır, onların valideynləri gəlir. Məktəbdə sakit bir günümüz yoxdur”.

MAKLERLİKDƏN DİREKTORLUĞA


Müəllimlər maraqlı bir məqama da toxunublar: “Əsasnamə var ki, daimi qeydiyyatı olan, pedaqoji stajı 5 ildən çox olan ən qabaqcıl müəllim test üsulu ilə imtahan verib keçəndən sonra gəlib məktəb direktoru ola bilər. Amma İbrahim Təhməzovun daimi qeydiyyatı yoxdur. Çünki qaçqınların daimi qeydiyyatı yoxdur. Onun yerli məktəbin direktoru olması özü düzgün deyil. Hazırda 99 faiz müəllim direktordan şikayətçidir. Amma heç kim ictimai şəkildə dilə gətirmir”.

Müəllimlərin söhbəti zamanı məlum olur ki, direktorun özünəməxsus idarəçiliyi və kadr siyasəti nəticəsində məktəbdə bütün ixtisas sahibləri dərs deyə bilir. Direktorun yeni götürdüyü müəllimlər içərisində baytar həkimindən tutmuş, avtomobil mühəndisi, hətta stomatoloq da var. Pisi odur ki, bu məktəbdə bəzən baytar müəllim ştatına, ixtisasca müəllim-pedaqoq olanlar isə, süpürgəçi, xadimə ştatına götürülür. Təyinat hansı ixtisasa yiyələnməklə bağlı deyil, verilən “şirinliyin” miqdarıyla müəyyənləşir.

İttihamlarla bağlı direktorun özüylə heç cür danışmaq imkanı olmadı.

Təhsil Nazirliyinin reaksiyasını isə yayımlayacağıq.
Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+