15 may 16:17Sosial

Taleh Şahsuvarlı Aslan İsmayılovu debata ÇAĞIRDI

Taleh Şahsuvarlı Aslan İsmayılovu debata ÇAĞIRDI“Aslan İsmayılovu debata dəvət edirəm, onunla cəmiyyətin gözü önündə polemika aparmağı Azərbaycan davası müstəvisində özümə borc hesab edirəm”.

Avrasiya.net xəbər verir ki, bu sözləri AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı bildirib.

Baş redaktor deyib ki, Aslan İsmayılov az qala özünün bütün çıxışlarında “hakimiyyət məni təxribata çəkmək istəyir” sayaq patoloji bəyanatlar verir:

“Ən yüksək polemika mədəniyyəti sərgiləməyə hazıram. Aslan İsmayılovla əlbəyaxa davaya çıxmayacam, sifətinə su firlatmayacam, təhqiramiz üslub sərgiləməyəcəm. Təxribata deyil, meydana, polemika meydanına çəkmək istəyirəm! Cəsarəti varsa, buyursun!".

Taleh Şahsuvarlı bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyən media resursunun rəhbəri olaraq hüquqşünas Aslan İsmayılovu inlayn televiziyalarda intellektual müzakirəyə dəvət edir, ona “hodri meydan” deyir.
Aslan İsmayılovun həmin debata gələcəkmi?... Bu, sual altındadır.

Taleh Şahsuvarlının statusunu təqdim edirik:
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU